Epiqonlar (mifologiya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Epiqonlar (q.yun. ἐπίγονοι, hərfi tərcüməsi — "nəsil davamçıları") qədim yunan mifologiyasında[1] — Fivaya qarşı məşhur yürüşdə iştirak edən qəhrəmanların oğulları. Onlar atalarının uğursuz yürüşündən on il sonra yeni müharibəyə başlamışlar.

Epiqonlar bunlar idilər: Amfiarayın oğlu Alkmeon, Adrastın oğlu Egialey, Tideyin oğlu Diomed, Parfenopeyanın oğlu Promax, Kapaneyin oğlu Sfenel, Polinikin oğlu FersandrMekisteyin oğlu Evrial.

Delfa orakulunun göstərişi ilə əsas komandanlıq Alkmeona verilir. O, arqoslulardan ibarət böyük bir qoşunla şəhərə yaxınlaşır. Fivalılara Eteoklun oğlu Laodamant rəhbərlik edirdi. O döyüşdə öləndən sonra (epiqonlardan bu döyüşdə Egialey ölür) fivalılar şəhərlərinə geri çəkilirlər. Amma sonra öncəgör Tiresinin məsləhəti ilə Fivanı tərk edirlər və arqosluların yanına sülh təklifi ilə çapar yollayırlar. Fivalıların şəhərdən qaçdıqlarından xəbər tutan arqoslular şəhəri ələ keçirib dağıdırlar. Onlar əldə etdikləri qənimətlərin bir hissəsini və Tiresinin qızı Mantonu Delfaya göndərib özləri yürüşü uğurla bbaşa vuraraq evlərinə qayıdırlar.

Homer[2] Fivanın ələ keçirilməsi ilə bağlı Sfenelin dediklərini qeyd edir, amma yeddi döyüşçü haqqında heç nə demir. Epiqonların müharibəsinin poetik təsviri "Epiqonlar" adlı kiklik poemada verilmişdir. Delfa məbədində epiqonların arqoslulara həsr olunan heykəlləri qoyulmuşdur.

Epiqon – özünün, müstəqil yaradıcılıq sistemi olmayıb, hər hansı bir bədii, siyasi, ədəbi, elmi və başqa cərəyanı təqlid edən yazıçı, alim (adam) və b.; təqlidçi. Məsələn, epiqon ədəbiyyatı.

  1. Мифы народов мира. М.: 1991–1992. В 2-х т. Т. 2. С. 664; Псевдо-Аполлодор. Мифологическая библиотека I 9, 13; III 7, 2–5
  2. Гомер. Илиада IV 405–410


Epiloq – [yun. epilogos, epi – sonra və logos – söz] 1)ədəbiyyatda qəhrəmanın sonrakı taleyindən xəbər verən son fəsil: ədəbi əsərin son hissəsi; 2)məcazi mənada son, nəticə, xülasə; 3)qədim yunan dramında tamaşacılara müraciətlə söylənən son söz – bədii əsərlərə (poema, roman, dram) əlavə edilən sonluq. Epiloqda, əsasən, əsərin qəhrəmanlarının sonrakı taleyi haqqında qısa məlumat verilir.