Entoni Kuinn

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Entoni Kuinn
isp. Manuel Antonio Rodolfo Quinn Oaxaca
Doğum adı Manuel Antonio Rodolfo Quinn Oaxaca
Doğum tarixi 21 aprel 1915(1915-04-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 iyun 2001(2001-06-03)[1][2][…] (86 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Uşaqları 12 (Lorenzo Kuinn daxil olmaqla)
Fəaliyyəti kino aktyoru, heykəltaraş, yazıçı, kinorejissor, aktyor, televiziya aktyoru, rəssam
Fəaliyyət illəri 1936–2001
Mükafatları Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatı
IMDb ID0000063
{{{imzanın izahı}}}
anthonyquinn.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Entoni Kuinn (ing. Anthony Quinn; 21 aprel 1915[1][2][…], Çiuaua şəhəri[d]3 iyun 2001[1][2][…], Boston[3]) — Amerika aktyoru.

Antonio Rudolfo Oahaka Kuinn (isp. Antonio Rudolfo Oaxaca Quinn) 1915-ci ildə Meksika şəhəri olan Çiuauada Meksika inqilabının qızğın vaxtlarında anadan olmuşdur. Onun anası Manuela Oahaka astek tayfasının nümayəndələrindən idi. Atası Fransisko Kuinn isə irland nəslindən idi[4]. Kuinnin uşaqlığı El-Pasoda, Texasda və onun məktəbi qurtardığı Los-Anceles ətrafında keçmişdir. Gənclik illərində o, incəsənət və memarlıqla maraqlanmış və bunları aralarında böyük yaş fərqinə baxmayaraq Frenk Lloyd Raytdan öyrənmişdir.

1930-cu illərin ortalarında Entoni Kuinn aktyorluq fəaliyyətinə başlamış, əvvəl teatrda sonra isə kinoda rollar ifa etmişdir. Onun kinoda ilk işi 1936-cı ildə Harold Lloydun iştirakı ilə çəkilmiş "Süd yolu" komediyasında olmuşdu. Sonrakı illərdə onun repertuarında müxtəlif rollar oldu. Həmin rollar arasında hindu, quldur, mafioz, ərəb və hətta çinli partizan rolları var idi.

1947-ci ildə Entoni Kuinn Amerika vətəndaşlığını qəbul etdi və 1950-ci illərin əvvəlində kinoya qayıtdı. İlk böyük uğurunu 1951-ci ildə Meksika inqilabçısı Eufemio rolunu oynadığı "Yaşasın Sapata!" filmindən sonra qazanır. Bu rol aktyora "Oskar" mükafatını qazandırır. 1956-cı ildə Kuinn "Yaşamaq yanğısı" filmindəki roluna görə ikinci dəfə "Oskar" mükafatı laureatı olur.

1950-ci illərin ortalarında Entoni Kuinn artıq İtaliyada tez-tez çəkilməyə başlayır. Onun İtaliyada çəkildiyi filmlərdən birinciləri Federiko Fellininin 1954-cü ildə çəkdiyi "Yol" və Jan Delannuanın 1956-cı ildə çəkdiyi "Paris Notrdam kilsəsi" əsərləri olur. 1960-cı illərdə aktyor xarakterik rollara müraciət etdi. Onun "Navaron adasının topları" (1961), "Ərəbistalı Lourens" (1962) və "Yunan Zorba" (1964) filmlərindəki rolları kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmişdir. Sonrakı iki onillikdə aktyor "Blef" (1976), "Səhra aslanı" (1981) kimi filmlərdə uğurlu rollar oynamışdı.

1990-cı illərdə Entoni Kuinnin fəaliyyəti zəifləsə də o, yenə bir çox filmlərdə çəkilirdi. 1992-ci ildə "Qanqsterlər" filmindəki roluna görə "Qızıl moruq" antimükafatına namizəd olmuşdur.

Şəxsi həyatına nəzər salsaq, Entoni Kuinn 3 dəfə ailə qurmuşdur. Onun ilk arvadı Sesil B. De Millin qızlığı Katerin olmuşdur. Bu nikahdan 5 övlad dünyaya gəlmişdir. Boşanmadan sonra Kuinn 1966-cı ildə İolande Addolori ilə evlənmiş və onların 3 övladı olmuşdur. Kuinnin üçüncü və sonuncu həyat yoldaşı onun keçmiş katibəsi Keti Benvin idi. Onların iki övladı olmuşdur. Son övladı dünyaya gələndə Entoni Kuinnin artıq 81 yaşı var idi.

Entoni Kuinn maddi olaraq, xəyalarını gerçəkləşdirmişdi. Yüz milyonlarla dollarlıq mülkü, dəyərli tabloları var idi. Amma o, xoşbəxt deyildi. Adamların çox olduğu yerlərdə, jurnalistlər qarşısında gülümsəyir, lakin evində yaxınları ilə birlikdə ikən küskün olurdu. Qocalıq illəri gəlib çıxmışdı. Bütün o sərvəti qoyub gedəcəyini fikirləşdikcə, yuxuları qaçırdı.

Aktyor ömrünün son illərini Bristolda – Rod-Aylend ştatında keçirirdi. Entoni Kuinn 3 iyun 2001-ci ildə sətəlcəm, nəfəs çatışmazlığı və boğaz xərçəngindən 86 yaşında dünyasını dəyişmişdir.

  1. Yol (film, 1954) / La Strada
  2. Paris Notrdam kilsəsi (film, 1956) / Notre-Dame de Paris
  3. Yaşamaq yanğısı (film, 1956) / Lust for Life
  4. Səfər (film, 1964) / The Visit
  5. Allahın elçisi Məhəmməd (film, 1976) / The Message
  6. Çöl aslanı (film, 1981) / Lion of the Desert
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Anthony Quinn (nid.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118597388 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Actor Anthony Quinn Dies

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]