Enriko Qvaita
Enriko Qvaita | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 15 iyul 1910 |
Vəfat tarixi | 18 may 1959 (48 yaşında) |
Vətəndaşlığı | |
Boyu | 172 sm |
Çəkisi | 73 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Enriko Lukas Qonsales Qvaita (isp. Enrique Lucas Gonzales Guaita; 15 iyul 1910 – 18 may 1959) — Argentinalı və italiyalı keçmiş futbolçu. İtaliyada Enriko Qvaita (it. Enrico Guaita) adı altında çıxış edib. Mövqeyi hücumçu olub.
1934 Dünya Çempionatının qalibi.[1]
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Enriko Lukas Qonsales Qvaita 15 iyul 1910-cu ildə Buenos Ayresin yaxınlığında yerləşən Nogayada anadan olub.[2] Enrikonun atası Lukas Qonsalesdə futbolçu idi. Atası "Rasinq"in gənclər komandasında oynasa da, heç vaxt əsas komandaya düşməyi bacarmır. Buna görədə Ata Qvaita futbolçu xəyalını oğlun ilə reallaşdırmaq istəyir. Enriko yeniyetmə ikən atası onu "Estudiantes" klubuna aparır.
Karyerası
[redaktə | mənbəni redaktə et]Qvaita 12 aprel 1928-ci ildə "İnderpendyente" klubuna qarşı oyunda ilk komandasının heyətində debüt edir. İlk oyunundaca 17 yaşlı futbolçu 3 qol vurur. Bu cür gözəl debutdan sonra dərhal klubun əsas heyət oyunçusuna çevrilir.[3]
1933-cü ildə o dövrun bir çox argentinalı futbolçusu kimi Qvaita da İtaliyaya, "Roma" klubuna dəvət edilir. Bu "Estudiantes"in azarkeşlərinin etirazına səbəb olur. Ancaq Qvaita maddi səbəblərdən bu təklif ilə razılaşır. Futbolçunun Argentinada maaşı 350 peso idi ancaq İtaliyada ona daha çox 1600 peso təklif edilirdi. 1 may 1933-cü il tarixində səhər saat 6-da Qvaita, iki argentinalı oyunçu Skopelli və Stanyaro ilə birlikdə İtaliyaya gedir. Onları çoxlu sayda "Roma" azarkeşi və müxtəlif nəşrlərin jurnalistləri qarşılayır. Qvaitanın Romada debütu "Bayern" ilə oyunda olur. Qvaitanın "Roma"da ilk rəsmi görünüşü, 10 sentyabrda İtaliya çempionatının açılış oyununda baş tutur. Ancaq "Breşiya" ilə baş tutan bu oyunda futbolçu zəif təsir bağışlayır və "Roma" klubu 0:1 hesabı ilə məğlub olur. Ancaq 24 sentyabrda baş tutan növbəti oyunda, "Roma"nın "Fiorentina" ilə oyununda futbolçu dubl edir. Oyunu izləyən İtaliya millisinin baş məşqçisi Pozzo onu İtaliya milli komandasına dəvət edir. İlk mövsumundə futbolçu 32 oyunda meydanda olub 14 qol vurur. Mövsum bitdikdən sonra isə İtaliya millisi ilə Dünya çempionatına yollanır.
Dünya Kubokundan sonra Qvaita, "Roma"da oynamağa davam edir və karyerasında ən yaxşı mövsümü keçirdir. Futbolçu 29 oyunda 28 qol vurur və İtaliya çempionatının bombardiri olur. Bu isə hər oyuna orta hesabla 0.965 qol edir.
1935-ci ilin payızında yaxınlaşmaqda olan İtaliya-Efiopiya müharibəsinə görə İtaliyada hərbi çağırış başlayır.19 sentyabr 1935-ci ildə "Roma"nın üç argentinalı futbolçusu Qvaita, Skopelli və Stanyaro hərbi xidmətə hazırlaşmaq üçün hərbi düşərgəyə aparılır. Ancaq argentinalılar tezliklə düşərgədən çıxaraq "Roma"nın idman direktoru Byankone ilə vəziyyəti müzakirə edilrər. Byankome futbolçular ilə göruşdə onların müharibəyə aparılmayacağını və klubun bazasına qayıdıb məşqə qoşulmalarını istəyir. Ancaq futbolçular Argentinanın konsulluğuna gedib konsul ilə bunu müzakirə etmək itədiklərini deyirlər.
Byankone onların axşam məşqinə gəlmələrini söyləyərək onları konsulluğa aparır. Axşam argentinalılar məşqə gəlmir. "Roma"nın baş məşqçisi Barbesino onların konsulluqda ləngidiyini düşünərək narahat olmur. Ertəsi gün axşam "Roma"ya argentinalıların və ailələrinin qaçdıqları barədə zəng gəlir. Onları təqib etməyə başlayırlar, lakin gecikirər. Futbolçuların artıq "Lancia Dilambda" markalı avtomobol ilə Spetsiyaya getdikəri, oradan qatar ilə sərhədə gedib və Fransaya keçdikləri məlum olur. Futbolçular Fransadan gəmi ilə Cənubi Amerikaya üzurlər. Qəzetlər onları üç xain adlandırır və rəsmi orqanlar onları İtaliyaya qayıtmalarının qarşısını almaq üçün qanunsuz valyuta ixracında günahlandırırlar. "Roma" klubu isə üç ulduz futbolçusunun gedişindən sonra demək olar ki, hücumçusuz qalır.
İtaliyadan qaçdıqdan sonra Qvaita "Rasinq" klubuna qoşulur. Daha sonra doğma "Estudiantes"ə keçir və karyerasını orda başa vurur.[3]
Enriko Qvaita 18 may 1959-cu ildə 48 yaşında vəfat edir.
Uğurları
[redaktə | mənbəni redaktə et]- Dünya çempionu: 1934
- İtaliya çempionatının bombardiri: 1934/35 (28 qol)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
- ↑ "Arxivlənmiş surət". 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2018-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 15 iyulda doğulanlar
- 1910-cu ildə doğulanlar
- 18 mayda vəfat edənlər
- 1959-cu ildə vəfat edənlər
- 48 yaşında vəfat edənlər
- Əlifba sırasına görə futbolçular
- FİFA Dünya Kubokunun qalib oyunçuları
- İtaliya milli futbol komandasının oyunçuları
- Argentina milli futbol komandasının oyunçuları
- Argentina futbolçuları
- İtaliya futbolçuları
- Roma FK oyunçuları
- İtalyanəsilli argentinalılar
- İtaliyada legioner futbolçular
- İtaliya A Seriyası oyunçuları
- Müxtəlif milli futbol komandalarında çıxış etmiş oyunçular
- 1934 FİFA Dünya Kuboku oyunçuları
- Futbol hücumçuları
- İspanəsilli italyanlar
- Argentinanın kişi futbolçuları