Endometrial karsinoma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Endometrial karsinoma

Endometrial karsinoma (uşaqlıq cismi xərçəngi, lat. Carcinoma corporis uteri) uşaqlıq yolunun epitel qatında inkişaf edən onkologiya xəstəliyidir.[1]

Patoloji nümunədə endometrial adenokarsinoma

Uşaqlıq cismi xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olan bir sıra faktorlar vardır.[2] Bunlar aşağıdakılardır:

  • Endometrial hüceyrələrin həddindən artıq inkişafı (endometrial hiperplaziya). Hiperplaziya xərçəng xəstəliyi hesab edilməsə də, bədxassəli şişlərə çevrildiyi hallara da rast gəlinir. Belə hallarda aybaşı sikli uzun və qanaxma şəklində olur. Aybaşıdan sonra da ara-ara baş verən qanaxma şəklində axıntılar müşahidə olunur. Endometrium hiperplaziyasına 40 yaşdan yuxarı qadınlarda daha tez-tez rast gəlinir.
  • Piylənmə. Piylənmə problemi olan qadınlarda endometrium xərçənginin inkişaf riski daha yüksəkdir.
  • Ağır reproduktiv və menstrual tarix. Doğuş etməmiş, aybaşı dövrü 12 yaşından əvvəl başlamış və ya 55 yaşından sonra da davam etmiş şəxslər.
  • Progesteronsiz estrogen əsasında hormonal kontraseptivlərin qəbulu.
  • Tamoksifen qəbulu (döş xərçənginin qarşısının alınması və ya müalicəsi məqsədilə).
  • Pelvik orqanlara radiasiya terapiyası.
  • Ailə tarixində endometrial xərçəngə tutulmuş qadınlar olan şəxslər. Bağırsaq xərçənginin irsi formasına tutulmuş (Linç sindromu) olan qadınlar da risk altındadır.
  • Postmenopoz.

Simptomları və əlamətləri

[redaktə | mənbəni redaktə et]

Uşaqlıq xərçənginin ən çox rast gəlinən simptomu vaginadan gələn anormal qanaxmadır. Əvvəla axıntı duru və qanla qarışıq olub, daha sonra qanaxmaya çevrilir. Menopoz dövründən sonra baş verən hər bir qanaxma patoloji bir proses hesab olunur.

Endometrial karsinomanın simptomlarına sidik ifrazı və cinsi əlaqə zamanı ağrı, çanaq nahiyəsində narahatlıq kimi əlamətləri də misal göstərmək olar.

Mərhələnin təyini

[redaktə | mənbəni redaktə et]

Endometrial xərçəng xəstəliyinin təyini üçün əsasən iki sistemdən istifadə olunur. Bu sistemlər TNM və FIGO adlanır. Sistemlərin mahiyyəti eyni olsa da, TNM sistemi endometrial xərçəngi üç indeksdən (T - ilkin şiş, N - regional limfa düyünləri, M - uzaq metastazlar) istifadə edərək mərhələləşdirir. FİGO sistemində isə yalnız bir indeks təyin olunur.[3]

Mərhələ TNM FIGO Mərhələnin təsviri
I T1N0M0 I Şiş uşaqlığın içərisində yerləşir. Şiş uşaqlıq boynunun vəzilərinə yayılır, lakin onun stromasında müşahidə edilmir. Regional limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlara rast gəlinmir.
IA T1aN0M0 IA Şiş uşaqlıqda yerləşir və onun daxili qatının təxminən yarısını əhatə edir. Limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlara rast gəlinmir.
IB T1bN0M0 IB Şiş uşaqlıq divarının yarısını və ya daha çox hissəsini örtür. Regional limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlar yoxdur.
II T2N0M0 II Şiş uşaqlığın stromasına yayılır. Regional limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlara rast gəlinmir.
III T3N0M0 III Şiş uşaqlığın hüdudlarından kənara çıxır, lakin sidik kisəsinin və ya düz bağırsağın selikli qişasına yayılmır. Regional limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlar yoxdur.
IIIA T3aN0M0 IIIA Şiş uşaqlığı tam əhatə etmişdir. Bundan əlavə yumurtalıq və uşaqlıq borusuna da yayılmışdır. Regional limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlar yoxdur.
IIIB T3bN0M0 IIIB Şiş vaginaya tam yayılmış formadadır. Regional limfa düyünlərində, eləcə də digər orqanlarda metastazlar yoxdur.
IIIC1 T1-3N1M0 IIIC1 Şiş uşaqlığın içərisində yerləşir və ondan kənara yayılır. Sidik kisəsinin və ya düz bağırsağın selikli qişasında şişə rast gəlinmir. Limfa düyünlərində metastazlar aşkar edilir, lakin paraaorta limfa düyünlərində və digər orqanlarda metastazlar yoxdur.
IIIC2 T1-3N2M0 IIIC2 Şiş uşaqlığın içərisində yerləşir və ondan kənara yayılır. Lakin, sidik kisəsinin və ya düz bağırsağın selikli qişasında müşahidə edilmir. Paraaorta limfa düyünlərində metastazlar aşkar edilir. Digər orqanlarda metastazlar yoxdur..
IVA T4N0-2M0 IVA Şiş sidik kisəsinin və düz bağırsağın selikli qişasına yayılır. Çanaq və ya paraaorta limfa düyünlərində metastazlar meydana gəlir. Uzaq metastazlara rast gəlinmir.
IVB T1-4N0-2M1 IVB Şiş qasıq limfa düyünlərinə, qarın orqanlarına metastaz vermişdir. Digər orqanlarda da, məsələn, ağciyərlərdə metastazlara rast gəlinir.

Endometrial xərçəng xəstəliyinin I-IV mərhələlərinin müalicəsi zamanı, əsasən, cərrahi üsuldan istifadə olunur. Xəstəliyin mərhələlərindən asılı olaraq köməkçi terapiyalar da təyin edilə bilər (radiasiya terapiyası, kemoradioterapiya, kimyaterapiya). Metastatik endometrium xərçəngi zamanı hormon terapiyasından, kemoterapiyadan, hədəf terapiyasından və ya immunoterapiyadan istifadə olunur.[4]

Cərrahi müalicə

[redaktə | mənbəni redaktə et]

Endometrium xərçənginin əsas müalicəsi uşaqlığın çıxarılmasıdır. Bu əməliyyat ənənəvi (laparotomiya) və ya minimal invaziv (laparoskopik) yollarla həyata keçirilə bilər. Tədqiqatlar göstərir ki, minimal invaziv üsulu daha təhlükəsiz hesab edilir.[5] Uşaqlıqdan əlavə bəzi hallarda çanaqda və ya damarlar boyunca yerləşən limfa düyünlərini belə ki, aorta və aşağı vena kavasını çıxarmaq lazım gəlir. Bu prosedur limfa düyünlərində metastazların aşkar olunması halında həyata keçirilir.[6]

Bütün limfa düyünlərinin çıxarılmasına alternativ (sistemik limfadenektomiya) üsul limfa düyünlərinin biopsiyasıdır.[7] Bu prosedur limfa damarları vasitəsilə limfa düyünlərinə və uşaqlıq boynuna boyanın (indosiyanin yaşılı və ya texnetium) vurulmasını nəzərdə tutur.[8] Sistemli lenfadenektomiyadan fərqli olaraq cərrah bütün limfa düyünlərini deyil, yalnız dərmanı toplayanları çıxarır. Ön limfa düyünlərində metastazlar aşkar edilmirsə, digər limfa düyünlərində onların aşkarlanma ehtimalı 3% -dən aşağıdır. Buna əsaslanaraq, sentinel limfa düyünlərinin biopsiyası sistemli limfadenektomiyaya təhlükəsiz alternativdir.[7]

Radiasiya terapiyası

[redaktə | mənbəni redaktə et]

Endometrium xərçəngi üçün radiasiya terapiyası cərrahiyyədən sonra əlavə müalicə üsulu kimi istifadə olunur. Bəzi hallarda əməliyyatı həyata keçirmək mümkün olmadıqda birbaşa radiasiya terapiyası tətbiq olunur.

Residiv riskini azaltmaq (adjuvan terapiya) və ya metastatik endometrium xərçəngini müalicə etmək üçün cərrahiyyədən sonra kimyaterapiyadan istifadə edilir.

Hormon terapiyası

[redaktə | mənbəni redaktə et]

Hormonal dərmanlar belə ki, progesteronlar və ya aromataz inhibitorları metastatik endometrial xərçəngin müalicəsində istifadə edilə bilər.

Məqsədli terapiya

[redaktə | mənbəni redaktə et]

Monoklonal antikorlara pembrolizumab və dostarlimab aid edilir. 2021-ci ildə dostarlimab marker vasitəsilə endometrial xərçəng xəstəliyinin müalicəsi təsdiq edilmişdir.

  1. "General Information About Endometrial Cancer". National Cancer Institute. 2014-04-22. 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-03.
  2. "Что такое рак эндометрия (матки)". LikeaWoman (rus). 2021-12-27. 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
  3. "Staging-carcinoma and carcinosarcoma". www.pathologyoutlines.com. 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
  4. "Лечение рака эндометрия". LikeaWoman (rus). 2021-12-27. 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
  5. "Laparoscopy versus laparotomy for the management of presumed early stage endometrial cancer". www.cochrane.org (ingilis). 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
  6. Jonathan A. Frost, Katie E. Webster, Andrew Bryant, Jo Morrison. Lymphadenectomy for the management of endometrial cancer // The Cochrane Database of Systematic Reviews . 10. 2017-10-02. CD007585. doi:10.1002/14651858.CD007585.pub4. ISSN 1469-493X. 2022-02-26 tarixində arxivləşdirilib.
  7. 1 2 Nicole Concin, Xavier Matias-Guiu, Ignace Vergote, David Cibula, Mansoor Raza Mirza. ESGO/ESTRO/ESP guidelines for the management of patients with endometrial carcinoma // International Journal of Gynecologic Cancer (ingilis). 2020-12-18. ijgc. doi:10.1136/ijgc-2020-002230. ISSN 1525-1438 1048-891X, 1525-1438 (#bad_issn). 2022-02-26 tarixində arxivləşdirilib.
  8. Emma C. Rossi, Lynn D. Kowalski, Jennifer Scalici, Leigh Cantrell, Kevin Schuler. A comparison of sentinel lymph node biopsy to lymphadenectomy for endometrial cancer staging (FIRES trial): a multicentre, prospective, cohort study // The Lancet. Oncology . 18 (3). 2017-03. 384–392. doi:10.1016/S1470-2045(17)30068-2. ISSN 1474-5488. 2022-02-26 tarixində arxivləşdirilib.
  • Бохман Я. В. Руководство по онкогинекологии. – Рипол Классик, 1989.
  • Козаченко В. П. Онкогинекология: руководство для врачей //М: Медицина. – 2006. – Т. 560.
  • Павлова Т. Д. Онкогинекология: учебное пособие для врачей онкогинекологов и акушеров-гинекологов //Харьков: Каравелла. – 2006.
  • Практическая онкогинекология: избранные лекции. – Центр ТОММ, 2008.
  • Полякова В. А. Онкогинекология. Руководство для врачей //М.: Медицинская книга. – 2001. – С. 73-91.