Emma Frost

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Emma Frost
ing. Emma Frost
Nəşriyyat ABŞ Marvel Comics
Yayım tarixi "Əsrarəngiz İks-adamlar" #129 (yanvar, 1980)
Yaradıcı(lar) Kris Klermont
Con Brin
Xüsusiyyətlər
Əsl adı Emma Qreys Frost
Doğum yeri Boston, Massaçusets, ABŞ
Cinsiyyəti qadın
Boyu 178 sm
Çəkisi 65 kq
Göz rəngi göy
Saç rəngi qəhvəyi
Növü mutant
Vətəndaşlıq
Komiks bioqrafiyası
Kainat 616
Üzvlükləri İks-adamlar
Kabal
Xavier İnstitutu
Cəhənnəm Atəşi Klubu
Hellionlar
Nəsil X
Qaranlıq İks-adamlar
Foniks Beş
Partnyorları
Ləqəbləri Ağ kraliça
Qara kraliça
Buz kraliçası
Fırtına
Gücləri

Telepatiya, zehni oxumaq və idarə etmək, yaddaş dəyişdirmək, induksiya iflici, illüziya

, astral səyahət, almaz dəri.

Emma Frost (ing. Emma Frost) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlar komandası ilə tanınır. 1980-ci ildə Kris Klermont və Con Brin tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 129-cu sayında yer almışdır. Ağ kraliça adı ilə də tanınır. İlk əvvəllər bir super cinayəkar olsa da, yaxşıların tərəfinə keçib İks-adamların əhəmiyyətli üzvlərindən biri olmuşdur.

Emma Frost bir telepatdır. Bununla yanaşı dərisi almaz qədər sərt ola bilir.

2011-ci ildə çəkilən "İks-adamlar: Birinci dərəcə" filmində Emma Frost əhəmiyyətli personajlardan biri olmuşdur. Bundan əvvəl 1996-cı ildə "Nəsil X" və 2009-cu ildə "İks-adamlar: Başlanğıc. Şimal porsuğu" filmlərində də görünmüşdür.

2008-ci ildə "Empire" jurnalı Emma Frostu "Ən böyük 50 komiks personajı" siyahısında 30-cu yerdə götürmüşdür.[1] IGN-nın 2006-cı "Top 25 İks-adamlar üzvü" siyahısında isə 21-ci yerdə göstərilmişdir.[2]

XVIII əsrdə yaradılmış Cəhənnəm Atəşi Klubunun[3][4] üzvləri tanınmış və nüfuzlu şəxslərdir. Xaricə çox da açıq olmayan qrupun əsas məqsədi dünyada siyasi və iqtisadi üstünlük quraraq üzvlərinə mənfəət qazandırmaqdır.

Klubun üzvləri ildən-ilə dəyişsə də, idarə sxemi dəyişməmişdir. Adlarını şahmat taxtasının fiqurlarından alan idarə üzvləri şəxsiyyətlərini əks etdirən rənglərlə xatırlanmışdır. Bunlar "Kral", "Vəzir", "At" və "Fil"dir.

Emma Frost bu kluba əvvəlcə striptizçi kimi qatılır, daha sonra yüksələrək klubda böyük mövqə tutur. Özü kimi mutant olan Sebastian Şou ilə birlikdə klubun üzvlərinə mutantları daxil edir, klubun adını "Daxili çərçivə" qoyur.

Həm gözəlliyi, həm də telepatik qabiliyyətinə görə Emma Frost daim diqqət mərkəzində olmuşdur. Biseksual hərəkətlərini və bədənini saxlama tərəfkeşi olmayan Emma Frost bir çox nəfərlə münasibət yaşamışdır. Münasibət yaşadığı şəxslərin ən böyük ortaq nöqtəsi liderlik keyfiyyətinə sahib olmalarıdır. Cəhənnəm Atəşi Klunun lideri Sebastian Şou; Atlantida kralı Namor; milyoner və dahi Dəmir adamla yaşamışdır. Amma ən böyük sevgisi Təpəgözlə bağlıdır.

  • İks-adamlar-lə ilk dəfə Cəhənnəm Atəşi Klubunda tanış olmuşdur. O dövrdə müsbət personaj olmasa da, daha sonra İks-adamlarin tərəfinə keçmişdir.
  • Emma Frost öz klonları olan 5 qıza sahibdir. Onun kimi telepatik güclərə sahib bu qızlar Stepford bacıları kimi tanınır. Amma onların 2-si ölmüş, üçüz kimi yollarına davam etmişdilər. Stepfordlar və Emma Frost bir-birinə bağlıdırlar. Bu bağ bəzən "Arı şanı yaddaşı" adlandırılır.
  • Norman Osbornun Marvel dünyasında ağalıq etdiyi dövrdə Qaranlıq İks-adamlar-nin lideri olmuşdur. Buna görə paltarlarını qarası ilə dəyişmiş, adını da Qara kraliça qoymuşdur.[5]
  • Foniks gücü adlı güc bir dövr Emma Frostun bədənində özünə yer tapmışdır. Həyat və ölümü, küllərindən yenidən doğmağı təmsil edən və sahibinə böyük qüvvət verən bu kosmik güc beşə bölünərək Foniks Beş adlı komandanın üzvləri arasında paylaşılmışdır. Emma Frost bu güclə hətta Tora belə qalib gəlmişdir. Foniks Beş[6] komandasının digər üzvləri isə Təpəgöz, Maqik, Koloss və Namordur.

Emma Frost Omeqa[7] səviyyəli telepat mutantdır[8]. telepat bacarığa çox güclüdür, bu cür güclü bacarığa sahib nadir personajlardandır. Başqalarının zehinlərinə girib fikirlərini oxuya bilir. Birinin zehnində olmayan hadisələr yaşada, yaddaşını dəyişdirə bilər.

Bununla yanaşı Emma Frost digər mutantlarda görünməyən "ikinci mutasiyaya" sahibdir: dərisini almaza çevirmək qabiliyyətinə malikdir.[4] Dərisi almazdan ibarət olduğu müddətdə digər telepatlar onun fikirlərini oxuya bilmir. Almaz onu istidən, təzyiqdən, yorulmaqdan qoruyur. Dərisi almazdan ibarət olduğu müddətdə digər telepatlar onun fikirlərini oxuya bilməsə də, telepat gücündən də istifadə edə bilmir.

Cenyuari Cons "İks-adamlar: Birinci sinif" filmində Emma Frost rolunda.

1996-cı ildə çəkilən "Nəsil X" televiziya filmində Emma Frostu Finola Hayes canlandırmışdı. 20th Century Fox tərəfindən çəkilən "İks-adamlar" seriyasının 3-cü filmi olan "İks-adamlar: Son müqavimət" filmində bu personaj yer vermək fikri var idi. Hətta bu rol üçün Siqurni Uiver seçilmişdir, amma onun layihəni tərk etməsinə görə Emma Frost bu filmdə görünməmişdir.

2009-cu ildə çəkilən "İks-adamlar: Başlanğıc. Şimal porsuğu" filmində Emma Frost personajına kiçik də olsa, nəhayət, yer verilmişdir. Amma burada Emma Frost kimi deyil, Emma Silverfoks kimi, üstəlik telepat gücü olmadan təsvir edilmişdi. Lakin filmin fraqmanında personajın "Emma Frost" olduğu göstərilmişdir. Bu rolu filmdə Taina Tozzi ifa etmişdir.

Emma Frostun ən çox diqqət çəkdiyi film 2011-ci ildə çəkilən "İks-adamlar: Birinci sinif" filmidir. Komiksə uyğun olaraq bu dəfə Emma Frost telepat bacarığı, almaz dərisi, Sebastian Şou ilə partnerliyi, Cəhənnəm Atəşi Klubuna üzvlüyü göstərilmişdir. Emma Frostu filmdə Cenyuari Cons oynamışdır.

2014-cü ildə çəkilən "X adamlar: Gələcəyin keçmiş günləri" filmində Maqneto təyyarədə 1962–1973-cü illərdə insanlar tərəfindən öldürülən mutantların adlarını sadayarkən Emma Frostun da adını çəkmişdir.

2018-ci il istehsalı "Qara Feniks" filmində Emma Frost personajının olması planlaşdırılsa da, filmdən çıxarılmışdır.[9]

  • "İks-adamlar: İks-adamlar praydı"
  • "İks-adamlar"
  • "Şimal porsuğu və İks-adamlar"
  • "The Uncanny X-Men"
  • "X-Men Legends"
  • "Marvel Super Hero Squad Online"
  • "X-Men: Destiny"
  • "Marvel: Avengers Alliance"
  • "MMORPG Marvel Heroes"
  • "Lego Marvel Super Heroes"
  1. "Empire". 2012-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-11.
  2. "Top 25 İks-adamlar".[ölü keçid]
  3. GenX #-1
  4. 1 2 New İks-adamlar #139
  5. Dark İks-adamlar: The Beginning #1. Marvel Comics
  6. Avengers Academy #32 (August 2012)
  7. Uncanny İks-adamlar #513, 515 (July, September 2009)
  8. Generation X #16, 29–30 (June 1996, August–September 1997)
  9. Chapman, Tom. "Dark Phoenix Concept Art Debuts X-Men Nemeses, The Hellfire Club". Comic Book Resources. 19 dekabr 2019. 2019-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqusr 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]