Emin İbrahimov
Emin İbrahimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
Bakı Dövlət Universiteti (B) Ankara Universiteti (M) |
Fəaliyyəti | diplomat, siyasi məhbus |
Emin Şaiq oğlu İbrahimov — azərbaycanlı sabiq diplomat; hazırda siyasi məhbus; 2007-2020-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ilin martında Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz olaraq istefa verib və Azərbaycan iqtidarının tənqidçisi olub. 2023-cü ilin sentyabrında inzibati qaydada həbs edilib. 2024-cü ilin iyulunda isə bu səfər "xuliqanlıq" ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub.[1][2] Bir sıra yerli və beynəlxalq insan hüquqları təsisatları onun həbsini siyasi motivli hesab edib.[3]
Hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır.[4]
Həyatı
[redaktə | mənbəni redaktə et]Emin Şaiq oğlu İbrahimov 13 iyun 1981-ci ildə Sumqayıt şəhərində anadan olub.[5] 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsindən məzun olub.[6] 2005-ci ildə Türkiyənin Ankara Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb.[7] 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.[8]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]2007-ci ildə dövlət qulluğuna imtahan verib və Azərbaycan Xarici İşlər Nazirliyində attaşe vəzifəsində fəaliyyətə başlayıb.[5]
2012-2016-cı illərdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyində katib, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı Diplomatik Nümayəndəliyində işlər vəkili vəzifəsində çalışıb.[9]
2020-ci il martın 3-də Emin İbrahimov Azərbaycanda insan hüquqlarının pozulması və 9 fevral 2020-ci il parlament seçimlərində baş verən saxtakarlığa etiraz olaraq istefa verib. O, istefa ərizəsində bu qərarının səbəblərini açıqlayıb: “Azərbaycanda seçki sisteminin dağılması, siyasi legitimliyin əsaslarının aşınması, azadlıqların sistemli şəkildə boğulması kontekstində diplomat kimi işləmək getdikcə daha ağır mənəvi dilemmalar yaradır. Bu yaxınlarda keçirilən parlament “seçkiləri” mənim üçün son damla oldu. Bunları nəzərə alaraq, sizdən xahiş edirəm ki, mənim diplomatik xidmətdən xaric olunmağım üçün sərəncam verəsiniz”. İstefasından bir müddət sonra iqtidaryönlü saytlarda Emin İbrahimovu hədəf alan məqalələr dərc olundu.[10]
Emin İbrahimov istefa verdikdən sonra ictimai fəaliyyətlə məşğul olub, sosial media hesablarından istifadə edərək Azərbaycan hökumətinin rusiyayönlü siyasətini tənqid edib və ölkədə insan haqlarının pozulmasına qarşı olduğunu bildirib.[5] Siyasi Menecment İnstitutunda diplomatik və təşkilatı idarəetmə üzrə təlimçi olub.[6]
Emin İbrahimov 2023-cü il sentyabrın 19-da Qarabağda aparılan antiterror tədbirləri zamanı sosial media hesablarında yazdığı tənqidlərdən və müharibəni "Rusiyanın əlinə oynayan siyasət" adlandırdıqdan bir gün sonra, sentyabrın 20-də saxlanılıb. Azərbaycan Baş Prokurorluğunun Qeyri-Cinayət Təqibi üzrə İdarəsi onun barəsində materiallar hazırlayıb və baxılması üçün məhkəməyə göndərib. İbrahimovun terroru dəstəkləyən fikirlərini bölüşdüyü iddia edilib. Emin İbrahimov isə ittihamların uydurma olduğunu, onun müharibə ilə bağlı tənqidlərə görə cəzalandırıldığını bildirib. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən Emin İbrahimov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (qadağan olunmuş məlumatların internetdə yerləşdirilməsi) maddəsi ilə 30 gün müddətinə inzibati həbs cəzası alıb.[11]
Həbs edilməsi (2024)
[redaktə | mənbəni redaktə et]Emin İbrahimov növbəti dəfə 2024-cü il iyulun 22-də saxlanılıb və bu dəfə barəsində cinayət işi başlanıb.[12] Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.[13] İddiaya əsasən Emin İbrahimov metronun “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında Kamal adlı birinə bıçaqla xəsarət yetirib.[5] İbrahimov özünü təqsirli bilməyib, bu ittihamın saxta, hadisənin isə qondarma olduğunu deyib.[5] Həbs qərarı verilən məhkəmədə “mən avtoritar rejimin qurbanıyam” deyib.[5] Emin İbrahimovun sözlərinə görə o, iyulun 22-də mənzilində təmir işləri ilə əlaqədar metrostansiyanın yaxınlığındakı mənzilə gedərkən qəfildən naməlum şəxsin ona hücum edərək paltarını cırmağa cəhd etdiyini bildirib.[5] Az sonra həmin əraziyə mülki geyimli polis əməkdaşları gələrək İbrahimovu həbs ediblər.[5] Emin İbrahimov saxlandıqdan sonra Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparılıb.[5] Onun sözlərinə görə o, orada işgəncələrə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib, hətta zorlanmaqla hədələnib.[5] Tələb isə telefonunun parolunu verməsi olub.[5] Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc işgəncə məsələsini şərh edən zaman bunun yalan olduğunu, ona qarşı hər hansı təzyiqin olmadığını bildirdi.[14]
Nizami Rayon Məhkəməsinin qərarı ilə Emin İbrahimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.[15] İbrahimov həbsinə aclığa başlayıb.[16][17][18][19] Avqustun 12-də Emin İbrahimov valideyni, yaxınları cə dostlarının xahişlərindən sonra 20 gün davam edəm aclığı dayandırmaq barədə qərar verib.[20]
Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.[5]
2024-cü il oktyabrın 24-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.[21] Parlament qətnaməsind COP29 ərəfəsində Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı nəzərəçarpacaq dərəcədə güclənən repressiyaları pisləyib.[21] Qətnamədə Emin İbrahimov da qeyd olunub.[21]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ BBC Azərbaycanca. "Azərbaycanda iqtidarı tənqid edən diplomat "4 aylıq həbs olunub"". www.bbc.com (az.). 2024-05-14. 2024-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
- ↑ Radio Free Europe/Radio Liberty. "Former Azerbaijani Diplomat Detained On Stabbing Charge". www.rferl.org (ingilis). 2024-05-14. 2024-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
- ↑ Tapdıq Fərhadoğlu / The Voice of America (VoA). ""Azərbaycanda siyasi məhbusların azadlığı naminə" İttifaq Azərbaycanda siyasi məhbusların yeni siyahısına 319 nəfərin adını daxil edib". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- ↑ Pərvanə Bayramova / The Voice of America (VoA). "Bəhruz Bayramov təcridxanada sabiq diplomatla görüşüb". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Emin İbrahimov". www.free-anar.site (ingilis). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- ↑ 1 2 Siyasi Menecment İnstitutu (SMİ). "Emin İbrahimov". www.sminstitut.org (ingilis). 2024-05-14. 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
- ↑ Tapdıq Fərhadoğlu / The Voice of America (VoA). "Keçmiş diplomat həbsinə etiraz olaraq aclıq edir". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- ↑ JAM News. "Keçmiş diplomat bıçaqlama ittihamı ilə saxlanılıb". www.jam-news.net (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- ↑ Qanun Nəşriyyatı. "Emin İbrahimov". www.qanun.az (az.). 2024-05-14. 2024-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
- ↑ Aqreqator.az. "Məmmədov və Cəfərovdan sonra İbrahimov: "Çemodan diplomat" şəbəkəsinin yeni üzvü". www.aqreqator.az (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- ↑ Ismi Aghayev / OC Media. "Azerbaijan arrests anti-war figures". www.oc-media.org (ingilis). 2024-05-14. 2024-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
- ↑ Ülviyyə Quliyeva / The Voice of America (VoA). "Keçmiş Azərbaycan diplomatının saxlanıldığı bildirilir". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
- ↑ Ülviyyə Quliyeva / The Voice of America (VoA). "Keçmiş diplomat sağlamlığa qəsdən ağır zərər vurmada ittiham olunur". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- ↑ Günün Səsi. "Zahid Oruc: "Emin İbrahimova qarşı hər hansı təzyiq yoxdur"". www.gununsesi.info (az.). 2024-05-14. 2024-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
- ↑ Meydan TV. "Former diplomat accuses Azerbaijani authorities of fabricated charges". www.meydan.tv (ingilis). 2024-05-14. 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
- ↑ Mikroskop Media. "A former diplomat detained on bogus charges is on a hunger strike". www.mikroskopmedia.com (ingilis). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- ↑ Tapdıq Fərhadoğlu / The Voice of America (VoA). "Apellyasiya Məhкəməsi sabiq diplomatı həbsdə saxlayıb". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- ↑ Pərvanə Bayramova / The Voice of America (VoA). "Həbsdə olan sabiq diplomat 9 gündür aclıq edir". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- ↑ Pərvanə Bayramova / The Voice of America (VoA). "Keçmiş Azərbaycan diplomatı 16 gündür aclıq edir". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- ↑ Pərvanə Bayramova / The Voice of America (VoA). "Həbsdə olan sabiq Azərbaycan diplomatı aclığı dayandırıb". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- ↑ 1 2 3 Emil Bağırov / The Voice of America (VoA). "Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.