Elizabet Tüdor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elizabet Tüdor
Lalə Həssənbərg
Təxəllüsü Elizabet Tüdor
Doğum tarixi (46 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti yazıçı, fantastika yazıçısı[d]
Fəaliyyət illəri 2001-ci ildən
Əsərlərinin dili Rus
Janrlar elmi fantastika, fantastika
İlk əsəri “Zamanların savaşı”
elizabeth-tudor.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elizabet Tüdor, Lalə Həsənova və ya Lalə Elizabet Tüdor Hassenberq (26 iyul 1978, Bakı) — yəhudiəsilli azərbaycanlı fantastik əsər yazıçısı və hüquqşünas.[1]

1978-ci ildə Bakı şəhərində anadan olan Tüdor (və ya Lalə) 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetini, 2013-cü ildə Florida Beynəlxalq Universitetini və 2015-ci ildə Mayami Hüquq Məktəbi Universitetini bitirmişdir.[2] Yazıçı fəaliyyətinə 1994-cü ildə başlamış və özünə yazıçılıq janrı kimi elmi-fantastikanı seçmişdir. O, Beynəlxalq Rusdilli Yazıçılar Federasiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[3] O, həmçinin "The New Contemporary" və "Broad Universe" kimi beynəlxalq yazıçılar birliklərinə də üzvdür.[4] 2016-cı ildə Tüdor ABŞ-ın ən qədim və ən geniş peşəkar yazıçılar birliyi olan "Authors Guild"ə üzv olmuşdur.[5]

Yaradıcı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bədii yaradıcılığa uşaq yaşlarından başlayan Tüdor müəyyən müddət ixtisası üzrə vəkillik karyerası qurmağı düşünsə də, 1998-ci ildən o özünü bədii yaradıcılğa həsr edir. Yazıçı bütün əsərlərini rus dilində yazmaqdadır. Onun ədəbi təxəllüsü isə Elizabet Tüdordur.

Tüdorun "War of Times" adlı ilk çap əsəri 2001-ci ildə dövriyyəyə buraxılmışdır.[3] 2002-ci ildə Tüdor Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. Eyni ildə onun hazırlanmış iki kitabı çap edilmişdir. Bunlar biri elmi fantastik janrda hazırlanmış "Səmaların seçilmişləri" romanı, digəri isə fantastik, macəra motivli hekayələr toplusundan ibarət "Qatil Çuopakabra" kitablarıdır.[3]

2003-cü ildə o, özünün tarixi-fantastik əsəri olan "Xəzərin sualtı sirləri"ni tamamlamışdır. 2004-cü ildə "Seven Envoys" əsəri çap edilmişdir. Onun bu əsəri ingilis yazıçı Valter Skotta həsr edilmişdir. 2005-ci ildə onun daha iki kitabı çap edildi - "Exiles of Heavens" və "Masters of Heavens"

2007-ci ildə çap edilmiş və elmi-fantastik janrda olan "Collision" əsəri Kaliforniyanın qubernatoru Arnold Şvartseneggerə həsr edilmişdir. Bu əsər 2008-ci ildə Ştutqartda keçirilən festivalda iştirak edən yeganə Azərbaycandan olan kitab olmuşdur. Eyni ildə "Collision" əsəri kimi "The Shadow of Centuries" adlı hekayələr toplusu da çap edilmişdir.[1]

"Saros" adlı tarixi-fantastik janrda yazılacaq kitabının 13 cilddə nəşr ediləcəyi bildirilməkdədir. 2008-ci ildən isə Elizabet Tüdor 12 xilaskar qəhrəmandan bəhs edəcək 13 cildlik silsilə romanlar yazmağa başlayır. Onların arasında "Kevin Konnor", "Aron Şmuel" və "Barak Kellerman" kimi əcnəbi qəhrəmanlar olmaqla yanaşı, həm də azərbaycanlı "Abbas Ələkbərov" obrazı da var. Yeri gəlmişkən, Abbas Ələkbərovun macərlarından bəhs edən elmi-fantastik roman 2016-cı ildə işıq üzü görmüşdür.[1]

  • "Война времен" (2001) (War of times)[3]
  • "Избранники небес" (2002) (Elects of heavens)[3]
  • "Тайны подводного Каспия" (2004) (Secrets of the underwater Caspian)[3][6][7][8][9][10][11][12]
  • "Семь посланников" (2004) (Seven envoys)[3][6][7][8][9][11][12]
  • "Изгнанники небес" (2005) (Exiles of heavens)[13]
  • "Повелители небес" (2005) (Masters of heavens)[13]
  • "Коллизия" (2007) (Collision)[14]
  • Сарос. "Кевин Коннор" (2009) (Saros: Kevin Connor)[mənbə göstərin]
  • Сарос. «Аарон Шмуэль» (2009) (Saros: Aaron Shmuel)[mənbə göstərin]
  • Сарос. «Барак Келлерман» (2011) (Saros: Barak Kellerman)
  • Сарос. «Борис Гроссман» (2013) (Saros: Boris Grossman)
  • Сарос. «Аббас Алекперов» (2014) (Saros: Abbas Alakbarov)[15]

Qısa romanları

[redaktə | mənbəni redaktə et]
  • "Черная смерть в белую зиму"
  • "Ложь, предательство и месть"
  • "Тень веков" (2007)
  • "Убийца Чупакабра" (2002) (Murderer Chupacabra)[3]
  • "Если наступит завтра…" ("If tomorrow comes....")
  • "Захватчики миров"
  • "Горячий капучино" (Hot Capuccino)
  • "Эльютера – остров грез" ("Eleuthera - the island of dreams")
  • "Время, взятое взаймы"
  • "Человек-шок"
  • "Интеллигент-убийца"
  • "Убийца времени" ("The Time Killer")
  • "Сон во сне"
  • "Воришка Бен"
  • "Заключенный 1333" (2008) (Prisoner 1333)
  1. 1 2 3 An interview with Elizabeth Tudor/Lala Hassenberg Arxivləşdirilib 2012-02-11 at the Wayback Machine}}
  2. Ratliff, Dana. "Voyage into the Unknown with Science Fiction Author and FIU Alumna, Lala Hassenberg '13". FIU Alumni News. October 13, 2016. October 14, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.
  3. 1 2 3 4 5 6 7 8 Ordukhanova, H. "THE IMAGINATION STRETCHING ON TO TWO THOUSAND YEARS FORWARD Notes about the creativity of the Azerbaijani writer Elizabeth Tudor". Made in Azerbaijan Magazine (3). 2004. 29 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.
  4. Elizabeth Tudor at Broad Universe Arxiv surəti 24 sentyabr 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib sentyabr 24, 2016, at the Wayback Machine
  5. "Elizabeth Tudor at the Authors Guild". www.authorsguild.net. 2016. 2017-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2023.
  6. 1 2 Bannaeva, N. ""SEVEN ENVOYS" AND "SECRETS OF UNDERWATER CASPIAN" NEW BOOKS BY THE FANTASIST FROM BAKU". Echo. 104 (842). June 2, 2004. 29 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.
  7. 1 2 Lamia. "PRESENTATION OF BOOKS ELIZABETH TUDOR - "SECRETS OF UNDERWATER CASPIAN" AND "SEVEN ENVOYS"". The newspaper 525. 98 (1703). May 21, 2004. 2 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.
  8. 1 2 Shalala. "ELIZABETH TUDOR AND HER NEW BOOKS". Caspian. 097 (832). May 21, 2004. 6 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.
  9. 1 2 Bannaeva, Naila. "NEW FANTASY FROM TUDOR". Obozrevatel (30). May 21–27, 2004. 2 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.
  10. Mamedli, Naiba. "NEW BOOKS BY ELIZABETH TUDOR". Express. 110 (1530). May 21, 2004. 29 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.
  11. 1 2 Ilhama. ""SEVEN ENVOYS" AND "SECRETS OF UNDERWATER CASPIAN"". Palette. 53 (635). May 21, 2004. 29 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.
  12. 1 2 Sevindj. "ELIZABETH TUDOR HAS PRESENTED THE NEW BOOKS TO READERS". Olaylar. 97 (928). May 21, 2004. 2 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.
  13. 1 2 Bannaeva, Naila. ""EXILES OF HEAVENS" AND "MASTERS OF HEAVENS" BY ELIZABETH TUDOR Elizabeth Tudor's two new books were published". The Azerbaijan News (474). November 23, 2005. 2 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.
  14. Bannaeva, Naila. "SIDE BY SIDE WITH GREY GECKOS. ELIZABETH TUDOR HAS DEVOTED THE NEW NOVEL TO HER FAVOURITE ACTOR ARNOLD SCHWARZENEGGER". Izvestia. 172 (27456). Moscow, Russia. September 21, 2007. 2 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.
  15. Rusiya ədəbiyyatını fəth edən azərbaycanlı qadın Arxivləşdirilib 2018-02-13 at Archive.today}}

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]