Elçin Musaoğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elçin Musaoğlu
Elçin Musa oğlu Quliyev
Digər adı Elçin Quliyev
Doğum tarixi (58 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Fəaliyyəti Rejissor
Təhsili
IMDb ID3296495

Elçin Musa oğlu Quliyev (11 iyul 1966, Bakı) — kinorejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi (2016).

Elçin Musaoğlu 11 iyul 1966-cı ildə Bakıda anadan olub. M.A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb (1989-1990).

"Azərbaycanfilm" kinostudiyasında (1990), Akademstudioda (1992), "Azərbaycantelefilm" YB-də (1994-2004) çalışıb. 2005-ci ildən Ritm Prodakşnda çalışır. "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur.

Ad və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • Gənclər Nazirliyinin "İlin ən yaxşı kinorejissoru" (1999)
  • "Şüşə oyuncaqlar" filminə görə Əl Cəzirə Beynəlxalq Televiziya filmləri festivalında "Golden Award mükafatı" (2006)
  • "40-cı qapı" filminə görə 42-ci Beynəlxalq Hyuston Film festivalında "Gold Remi Award.Foreign"(Ən yaxşı xarici film) mükafatı (2009)
  • "40-cı qapı" filminə görə 11-ci Beynəlxalq Bakı Şərq-Qərb Film Festivalında "Ən parlaq debüt"mükafatı (2009)
  • "40-cı qapı" filminə görə 19-cu Beynəlxalq Cottbus Film Festivalında "The International Film Guide Inspiration Award" və "Prize of the Ecumenical Jury with a Special Mention" mükafatları (2009)
  • "40-cı qapı" filminə görə Monteneqro TV və Film Festivalında "The award for best photography", "The award for best directing" və "Silver olive" mükafatları (2009)
  • "40-cı qapı" filminə görə Tiburon Beynəlxalq Film Festivalında (ABŞ) "Federico Fellini Award" mükafatı[1] (2010)
  • "40-cı qapı" filminə görə Eurasia IFF (Qazağıstan) festivalında "Award Jury NETPAC" mükafatı[2](2010)
  • "40-cı qapı" filminə görə New York Eurasia Film Festivalında "Award Best Screenplay" mükafatı(2010)[3]
  • "Nabat" filminə görə "Ən yaxşı bədii film" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015)[4]
  • "Nabat" filminə görə Manhaym-Haydelberq beynəlxalq film festivalında 3 mükafat
  • "Nabat" filminə görə Pune Beynəlxalq film festivalında “Special Mention Award” mükafatı
  • "Nabat" filminə görə 33-cü Fəcr beynəlxalq kinofestivalında “Ən yaxşı rejissor” mükafatı
  • "Nabat" filminə görə Tripoli Film Festivalında "ən yaxşı film" mükafatı
  • "Nabat" filminə görə Avrasiya Beynəlxalq Film festivalında "ən yaxşı rejissor" mükafatı
  • Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016)[5]
"40-cı qapı" filminin çəkilişləri
  1. Qatil (film, 1994)
  2. P. S. (film, 1995)
  3. Valın üçüncü üzü (film, 1996)
  4. Qum dənəsi (film, 1997)
  5. Səyyahın gündəliyi (1997)
  6. Rüstəm haqqında (1999)
  7. Söz uşaqlara verilir (film, 1998)
  8. Hər şey olduğu kimi (film, 2000)
  9. Günəş və bulud (film, 2000)
  10. İsmixan Rəhimov (film, 2000)
  11. Küyçü Həmid (film, 2000)
  12. O quzeylər (film, 2000)
  13. Tofiq Bakıxanov (film, 2000)
  14. Bir qəlbin iki dastanı (film, 2001)
  15. Gəmiqaya (film, 2001)
  16. Havalansın Xanın səsi (film, 2001)
  17. Qaya (film, 2001)
  18. Mingəçevir (film, 2001)
  19. Rəşid Behbudov (2001)
  20. "Ruhun rəngləri". Nərminə Vəliyeva (film, 2001)
  21. Şəfiqə Baxşəliyeva (film, 2001)
  22. Usta Rəşid (film, 2001)
  23. Basqal (film, 2002)
  24. Fotoqraf (film, 2002)
  25. Gözümün İşığı (2002)
  26. Gülağa Məmmədov (film, 2002)
  27. Lütfiyar İmanov (film, 2002)
  28. Maestro (film, 2002)
  29. Mariya Titorenko (film, 2002)
  30. Durnalar qayıtdı (film, 2003)
  31. Firəngiz Əhmədova (film, 2003)
  32. Şüşə oyuncaqlar (2003)
  33. Nur payı (2005)
  34. Qamış şəhərin yuxuları (2006)
  35. Mən kitabımı başlayıram (film, 2006)
  36. Qaşqayın son proqnozu (film, 2007)
  37. 40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)
  38. Nabat (film, 2014) (tammetrajlı bədii film)
  39. Türkiyə mənim də vətənim
  1. ""40-cı QAPI" FİLMİ YENƏ BEYNƏLXALQ MÜKAFAT ALDI". 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  2. ""40-cı qapı"nın 10-cu mükafatı". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  3. “40-cı qapı” Amerikada" “ən yaxşı ssenari” mükafatını qazanıb: [Rejissor Elçin Musaoğlunun quruluşunda hazırlanan eyni adlı film “New York Eurasisian Film Festival”ında] //Mədəniyyət.- 2010.- 19 noyabr.- S. 6.
  4. Report. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). Report.az. 29 dekabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  5. President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 29 iyul 2016. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.