Ekoloji terror
Ekoloji terror (ekoterrorizm) – konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair Rio-De-Caneyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.
Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edib. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirib. Hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənib. Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur. Azərbaycanın hündürlüyünə (125 m) görə ən yüksək olan və ümumi su tutumu 560 milyon kubmetr olan su anbarı — Ağdərə bölgəsində (Dağlıq Qarabağ) yerləşən Sərsəng su anbarı da işğal altında idi. Sərsəng su anbarı Respublikanın 6 rayonunu (Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) suvarma suyu ilə təmin edirdi[1][2].
Tarixi
[redaktə | mənbəni redaktə et]Ekoloji terror termininin yaradılması 1960-cı illərdə təsadüf edir. Bununla belə, ekoloji terrorun tarixi bundan daha qədimdir. Baş verdiyi dövrdə ekoloji terror adlandırılmasa belə, tarixdə ekoloji terror aktları çoxdur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Günel MƏMMƏDOVA. "Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə törədilən ekoloji terror" (az.). https://gencalimler.az/. 7noyabr 2020. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2021.
- ↑ "Ermənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirir" (az.). http://www.iqtisadiislahat.org/. 23 oktyabr 2020. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2021.
Bu məqalə qaralama halındadır. |