Efemerlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yaz efemerləri
Ön fonda Trillium grandiflorum və arxa fonda kiçik Thalictrum thalictroides. Hər ikisi Şimali Amerika meşələrində bitən yaz efemerləridir.

Efemerlər (yun. ephemeros- birgünlük) — səhra, yarımsəhra, bozqırDüzənlik sahələrin ekoloji şəraitinə uyğunlaşmış, vegetasiya dövrü qısa olan birillik bitkilər qurupu. Yazda və payızda torpaqda nəmlik çox olduqda efemerlər çiçəkləyir və toxum verir, quraqlıq düşdükdə isə quruyub sakitlik mərhələsinə keçir. Belə həyat tərzi olanların kserofit hala keçməsinin qarşısını alır. Ona görə də efemerlər mezofit və ya ksero-mezofit qrupa daxil olur.[1]

Efemer qrupları

[redaktə | mənbəni redaktə et]

Efemerlər iki qrupa bölünür:

  • Tipik efemerlər. Tipik efemerlərin (tipik mezofitlər) toxumu yazda cücərir və vegetasiyasını 1,5-2,5 ay ərzində başa çatdırır.
  • Qış efemerləri. Qış efemerlərinin toxumları payızda cücərdiyi üçün vegetasiya dövrü uzun çəkir (bütün qışı və yazın əvvəli).

Efemerlərin təsərrüfat əhəmiyyəti böyükdür. Efemerlər Azərbaycanda qış otlaqlarında (Qobustan, Ceyrançöl, Acınohur və s.) yem bazasının əsasını təşkil edir.

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

BİTKİ ÖRTÜYÜ Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine