Edvard Teller
Edvard Teller | |
---|---|
ing. Edward (Ede) Teller mac. Teller Ede | |
Doğum tarixi | 15 yanvar 1908[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 sentyabr 2003[1][2][…] (95 yaşında) |
Vəfat yeri |
|
Elm sahəsi | nəzəri fizika |
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbərləri | Verner Heyzenberq[7] |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Edvard Teller (ivritcə:אדוארד טלר), (15 yanvar 1908[1][2][…], Budapeşt, Avstriya-Macarıstan[4] – 9 sentyabr 2003[1][2][…], Stenford[d], Kaliforniya[5][6]) — O, macarəsilli amerikalı fizik və ABŞ-da nüvə texnologiyasının banilərindən biridir. Edvard Teller İkinci Dünya müharibəsində Manhetten layihəsinin üzvü və Lourens Livermor Milli Laboratoriyasının yaradıcısı olmuşdur.
Bəziləri onu “hidrogen bombasının atası” adlandırır. Özü isə bunu dəyərsiz hesab edirdi. O, doktorluq dissertasiyasını Leypsiq Universitetində Verner Heyzenberqin rəhbərliyi altında yazmış və Enriko Ferminin məsləhəti ilə nüvə fizikasına müraciət etmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Edvard Teller Macarıstanın paytaxtı Budapeştdə yəhudi ailəsində anadan olmuşdur. Atası məşhur hüquqşünas, anası pianoçu idi və Avstriyanın vəliəhdi Sarayevoda öldürüləndə onun altı yaşı vardı. Birinci Dünya müharibəsindən sonra Teller on səkkiz yaşında Macarıstanı tərk edərək Almaniyaya getmişdir. Bu geri dönməz səyahətin səbəbi Macarıstanda antisemit qanunların sərtləşdirilməsi idi. Macarıstan universitetləri həmin dövrdə yəhudi abituriyentləri qəbul etmədiyi üçün təhsilini davam etdirməyi orada qeyri-mümkün idi.
O, Almaniyanın Leypsiq Universitetində fizika sahəsinə daxil olub və kvant fizikası üzrə doktorluq dissertasiyasını yazmış, eyni zamanda bu universitetin nüvə fizikası tədqiqat mərkəzində işləmişdir. Amma həmin illərdə Almaniyada yəhudilərin həyatı çətinləşdi. Edvard Teller də o dövrün bir çox görkəmli alimləri kimi Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra Almaniyanı tərk edərək, 1935-ci ildə İngiltərədə, sonra Danimarkada qısa müddət qaldıqdan sonra həmişəlik Amerikaya gedir və 1941-ci ildə orada vətəndaşlıq alır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Edward Teller // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ 1 2 Теллер Эдвард // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 The explosion of the first atomic bomb.
- ↑ 1 2 Neue Reaktor-Technologien.
- ↑ Mathematics Genealogy Project (ing.). 1997.
- 15 yanvarda doğulanlar
- 1908-ci ildə doğulanlar
- Budapeştdə doğulanlar
- 9 sentyabrda vəfat edənlər
- 2003-cü ildə vəfat edənlər
- 95 yaşında vəfat edənlər
- Kaliforniyada vəfat edənlər
- Berkli Kaliforniya Universitetinin müəllimləri
- Göttingen Universitetinin müəllimləri
- Leypsiq Universitetinin məzunları
- Göttingen Universitetinin məzunları
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Macarıstan Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Prezident Azadlıq medalı ilə təltif edilənlər
- ABŞ Milli Elmlər medalı ilə təltif olunanlar
- Əlifba sırasına görə alimlər