Edmund Halley
Edmund Halley | |
---|---|
ing. Edmund Halley | |
Doğum tarixi | |
Doğum yeri | İngiltərə |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | İngiltərə |
Elm sahələri | Geofizika, meteorologiya, demoqrafiya, riyaziyyatçı, meteoroloq[d], fizik, astronomiya, astronom |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Edmund Halley (ing. Edmund Halley, 8 noyabr 1656 – 25 yanvar 1742) – İngilis kral astronomu, riyaziyyatçısı, fiziki, demoqrafı, meteoroloqu və geofiziki. Edmund Halley din cəhətdən ateist olub.
Həyatı
[redaktə | mənbəni redaktə et]Edmund Halley 1656-cı ildə Xaqqerston kəndində anadan olmuşdur. Müqəddəs Pavl adına məktəbdə oxumuşdur. 1673-cü ildə təhsilini Kral Kollecində Oksfordda davam etdirmişdir. Cənub yarımkürəsindəki olan ulduzlar haqqında öyrənmək məqsədilə 1673-cü ildə Müqəddəs Yelena adasına səfərə çıxır.
1678-ci ildə İngiltərəyə qayıdaraq "Cənub göy haqqında kataloq"u çap etdirir. Bu kataloqda Cənub yarımkürəsindəki 341 ulduz haqqında informasiya var idi. Həmçinin Halley Nyutonun yaxın dostu olmuşdur. 1703-cü ildə Oksford həndəsə kafedrasının rəhbəri olmuşdur. Qalley 1715-ci ildə elmi məqaləsində sirli obyekt olan dumanlardan yazmışdır. 1680–1682-ci illərdə iki işıqsaçan komet müşahidə edilmişdir. Halley 1716-cı ildə söyləmişdir ki, bu komet 1785-ci ildə yenidən görünəcəkdir. İohan Georg Paliç 1758-ci il 25 dekabrda bu kometi müşahidə etmişdir. Kometin yenidən qayıtmasının izah edən Qalley ilk dəfə olaraq İsaak Nyutonun Ümumdünya cazibə qanununun triumfal elmi izahını vermişdir. Ona görə də, bu kometa hal-hazırda Qalley quyruqulduzu və ya 1P adlanır.
Halley ilk dəfə göstərmişdir ki, dumanlar işıqsaçan kosmik obyektdir. Ona 1720-ci ildə Qrinviç rəssədxanasında rəhbərlik vəzifəsi verilmişdir. Paris Elmlər Akademiyasının üzvü seçilmişdir. 1721-ci ildə fotometrik paradoks ideyasını kəşf etmişdir. Edmund Halley 1742-ci ildə Qrinviç şəhərində vəfat etmişdir.
Şərəfinə verilən adlar
[redaktə | mənbəni redaktə et]- Qalley quyruq ulduzu
- Ayda "Qalley" krateri
- Marsda "Qalley" krateri
- Antarktidada "Qalley" elmi stansiyası
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Эдмунд Галлей и его исследования.
- M. Hoskin, Stukeley’s Cosmology and the Newtonian Origins of Olber’s Paradox, J. Hist. Astr., V.16, p. 77, 1985.
- Edmund Halley and Stellar Proper Motions
- Edmond Halley in MacTutor Archiv Arxivləşdirilib 2009-02-13 at the Wayback Machine
- ↑ 1 2 3 4 5 6 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- 8 noyabrda doğulanlar
- 1656-cı ildə doğulanlar
- 85 yaşında vəfat edənlər
- 25 yanvarda vəfat edənlər
- 1742-ci ildə vəfat edənlər
- Oksford Universitetinin müəllimləri
- Oksford Universitetinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- Əlifba sırasına görə alimlər
- Astronomlar
- Britaniya riyaziyyatçıları
- Britaniya astronomları
- Londonda doğulanlar
- Londonda vəfat edənlər