Edin Ceko

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Edin Ceko
Ümumi məlumatlar
Ləqəbi Bosanski Dijamant[1], Cigno di Sarajevo[2][3]
Doğum tarixi (38 yaş)
Doğum yeri Sarayevo, Yuqoslaviya Sosialist Federativ Respublikası
Vətəndaşlığı  Bosniya və Herseqovina
Boyu 193 sm
Çəkisi 80 kq[4]
Mövqeyi hücumçu
Əsas ayağı sağ
Komanda haqqında məlumat
Komanda Fənərbaxça
Vəzifəsi futbolçu
Karyerası
Gənclik karyerası
1996—2003 Bosniya və Herseqovina Jelezniçar
Klub karyerası[* 1]
2003—2005 Bosniya və Herseqovina Jelezniçar 40 (5)
2005—2007 Çexiya Teplitse 43 (16)
2005 Çexiya Usti nad Labem (icarə) 15 (6)
2007—2011 Almaniya Volsburq 111 (66)
2011—2016 İngiltərə Mançester Siti FK 130 (50)
2016—2021 İtaliya Roma FK 199 (85)
2021—2023 İtaliya İnter Milan FK 50 (18)
2023—h.h Türkiyə Fənərbaxça 30 (15)
1981—1998 Cəmi 506 (227)
Milli yığma[* 2]
2003—2004 Bosniya və Herseqovina Bosniya və Herseqovina (19 yaşlılar) 5 (0)
2006—2007 Bosniya və Herseqovina Bosniya və Herseqovina (21 yaşlılar) 5 (1)
2007—h.h. Bosniya və Herseqovina Bosniya və Herseqovina 118 (60)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edin Ceko (17 mart 1986[5][6][…], Sarayevo) — İtaliyanın İnter klubunun formasını geyən Bosniyalı[7][8][9] futbolçu. Futbol karyerasına öz ölkəsində Jelezniçar klubunda başlamışdır. Jelezniçar forması[10] ilə 40 oyuna 5 qol atmış və Çexiyanın Teplitse klubuna transfer olmuşdur. Bu komandada 43 oyuna 17 qol vurmuşdur. Uzun boyu və texnikası ilə diqqət çəkən Ceko 2007-ci ildə ilk dəfə əsas milliyə çağırılmış və mövsümün sonunda Almaniyanın Volfsburq klubuna transfer olunmuşdur. İlk mövsümündə 28 oyuna 18 qol qeyd etmişdir. Əsil çıxışını 2008-09 mövsümündə göstərmiş və 32 oyunda 15 qol ötürməsi ilə birlikdə 26 dəfə rəqib qapılara yol taparaq 28 qol vuran və həmin mövsüm bombardir olmuş komanda yoldaşı Qrafite ilə birlikdə Volfsbuqun çempion olmasında böyük rol oynamışdır. Həmin mövsümdə UEFA Kuboku və Almaniya kubokunun 8 oyununda 12 qol vuran Ceko mövsümü 38 qolla bitirmişdir. Almaniyanın Ştutqart klubunda oynayan Vedad İbişeviç ilə birlikdə Bosniya millisinin əsas qol silahlarından biridir.

7 yanvar 2011-ci ildə İngiltərənin Mançester Siti klubuna transfer olunmuşdur.[11]

Hal-hazırda İtalyanın Roma kulubunun sabiq oyunçudur.

Edin Ceko karyerasına 2003-cü ildə yarımmüdafiəçi kimi yerli Jelezniçar klubunda başlamışdır. Ceko yarımmüdafiədə istənilən kmi çıxış etməmiş və satışa çıxarılmışdır. Ceko daha sonra Çexiyanın Teplitse klubunun baş məşqçi Jiri Plişekin istəyi ilə 25.000 € qiymətə çexiyanın 2-ci liqa komandasına keçmişdir. Burada 2 mövsüm keçirən Ceko hücumçu mövqeyində çıxış etməyə başlamışdır. 43 oyuna 16 qol atmışdır. Daha sonra eyni liqanın komansı Usti nad Labemə 2 mövsümlüyünə icarəyə verilmişdir. Burada çox oyun keçirməmiş və 16 oyunda 5 qol atmışdır.

Ceko daha sonra Almaniyanın Volfsburq klubuna 2007-ci ildə 4 milyon € qarşılığında transfer olunmuşdur.[12] İlk oyununa 1:3 uduzduqları Arminiya ilə oyuna sonradan çıxmışdır. İlk qolunu isə səfərdə 2:1 udduqları Enerjiya komandası qarşısında atmışdır. İlk mövsümdə yaxşı oynamayan Edin Ceko ilk 11-likdə çıxdığı 17 oyunda 8 qol və 7 qol ötürməsi ilə yadda qalmışdır. 2008-09 mövsümündə ilk oyununa evdə 2:2 bərabərə qaldıqları Ayntraxt Frankfurt qarşısında çıxmışdır. İlk qolunu isə səfərdə 2:2 oynadıqları Şalke-04-ə atmışdır. Kubokda 7:0 məğlub etdikləri Obernualda isə 4 qol atmışdır. Ceko evlərində 4:1 qalib gəldikləri Ştutqarta 2 qol atmış və ilk dəfə bir liqa oyununda 1-dən çox qol vurmuşdur. İlk UEFA Kuboku oyununda isə Herenvenə (5:1) də 2 qol atmışdır. Boxumu 2:0, Herta Berlini 2:1 qalib gəldikləri oyunda 2 qol atar və baş məşqçi Feliks Maqatın gözünə girməyə başlar. Bavariyanı 5:1 udduqları oyunda inanılmaz oyunu ilə yanaşı 2 qolla da yadda qalmışdır. Ceko Hoffenhaymı 4:0 məğlub etdikləri oyunda isə ilk dəfə bir liqa oyununda het-rik etmişdir. Hannover-96-nı səfərdə 5:0 udduqları oyunda da het-rik etmişdir. Mövsümün sonunda isə Volfsbuq ilə Almaniya çempionu olmuşdur. Həmin mövsüm o, liqada 32 oyunda 26 qol ataraq və 15 qol ötürməsi ilə əla performans sərgiləmiş və bombardirlik cədvəlində sadəcə komanda yoldaşı Qrafitedən geri qalmışdır. (25 oyun 28 qol). Avropa oyunlarında isə 6 oyuna 5 qol qeyd etmişdir. 2009-10 mövsümünə 2:0 qalib gəldikləri Ştutqart oyunu ilə başlamışdır. İlk qolunu isə 3:1 məğlub edilən Kölnə atmışdır. UEFA Çempionlar Liqasında ilk qolunu isə 1:2 uduzduqları Mançester Yunaytedə atmışdır. Səfərdə Beşiktaşı 3:0 məğlub etdikləri oyunda 2-ci qolunu atmışdır. Liqada Boxum, Borussiya Münxenqladbax, Hoffenhayma 2 qol atar. Ceko liqada 34 oyunda 22 qolla bombardir olmuş və Avropada 12 oyuna 5 qol vurmuşdur. Mövsümü isə 46 oyunda vurduğu 27 qolla tamamlamışdır. Həmin il "İlin bosniyalı futbolçusu" seçilmişdir. 2010-11 mövsümünün ilk dövrəsində 17 oyuna 10 qol atmış və qış fasiləsində Mançester Siti klubuna keçmişdir.

Mançester Siti

[redaktə | mənbəni redaktə et]
ÇSKA Moskva-Mançester Siti oyunundan.

2010-11 mövsümü

[redaktə | mənbəni redaktə et]

Ceko 7 yanvar 2011-ci ildə qış fasiləsində 32.5 milyon £ kimi yüksək qiymətə Mançester Sitiyə transfer olmuşdur. İlk oyununa 4:3 udduqları Vulverhəmpton Uonderersə qarşı çıxmış və Yaya Tureyə bir məhsuldar ötürmə vermişdir. İlk qolunu isə Blekbern Roverslə səfər matçında qeyd etmişdir. UEFA Avropa Liqasının 2-ci mərhələsində Aris klubuna qarşı dubl etmişdir. Ceko həmin mövsüm İngiltərə kubokunun finalında Stok Sitini 1:0 məğlub etdikləri oyunla kuboku qazanar. Mövsümün sonuncu oyununda Bolton Uonderersə vacib qol vuraraq klubunun 2:0 qalib gəlməsində rol oynamışdır. Ceko mövsümü 21 oyunda 6 qolla bağlamışdır.

2011-12 mövsümü

[redaktə | mənbəni redaktə et]

İngiltərə Superkubokunda Mançester Siti Mançester Yunaytedə 2:3 uduzmuş və Edin Ceko komandasının 2-ci qoluna imza atmışdır. Mövsümün ilk oyununda Suonsi Sitiyə bir qol vurmuşdur. Səfərdə Tottenhemi 5:1 darmadağın etdikləri oyunda ilk dəfə Siti forması ilə poker etmişdir. Ceko həmçinin poker edən yeganə Mançester Sitili oyunçu olaraq tarixə keçərək avqust ayının oyunçusu seçilmişdir. Mançester Yunaytedi 6:1 udduqları oyunda isə 2 qol vurmuşdur. Avropa Liqasının 1/16 finalında isə Portuya (4:0) 1 qol atmışdır. Blekbern Roversi 3:0 məğlub etdikləri oyunda gözəl qolla yaddaşlarda qalmışdır. Liqanın son oyunu — çempionluq oyununda isə KPR-ə 90-cı dəqiqəyə qədər 2:1 uduzarkən Ceko və Serxio Aquero atdığı qollarla Mançester Siti 3:2 qalib gəlmiş və çempion olmuşdur. O 2021-ci ildən bəri İnter Milan FK komandasında oynayır.

  1. Šestoaprilska nagrada Grada Sarajeva za 2013. godinu. 2013.
  2. Dzeko saluta l'Inter: grazie di tutto Edin!. 2023.
  3. Edin Dzeko von Inter Mailand: Der Schwan aus Sarajevo. 2023.
  4. https://web.archive.org/web/20181006235806/https://www.asroma.com/it/team/players-and-staff/edin-dzeko.
  5. Edin Džeko // FBref (çd.).
  6. Edin Dzeko // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671
  7. "Arxivlənmiş surət". 2008-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-26.
  8. "Arxivlənmiş surət". 2015-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-26.
  9. "Arxivlənmiş surət". 2011-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-26.
  10. "Arxivlənmiş surət". 2022-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-26.
  11. "Arxivlənmiş surət". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-26.
  12. "Arxivlənmiş surət". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-26.