Eddard Stark
Eddard Stark | |
---|---|
ing. Eddard Stark | |
Yaradan | Corc Martin |
Canlandıran | Şon Bin |
Məlumat | |
Cinsi | kişi[d] |
Uşaqlar |
Eddard Stark Corc R. R. Martin tərəfindən yazılan «Buz və Alovun Nəğməsi» adlı kitablar toplusunda yer alan qəhrəmandır. Martinin «Taxt oyunları» kitabının və HBO tərəfindən hazırlanmış eyniadlı serialın baş qəhrəmanı olan Eddard Stark qədim Stark xadənanının iqamətgahı sayılan Uinterfel qalasının və Şimal krallığının uca lordu və Şimalın qoruyucusudur.
Serialda Eddard Stark ingilis aktyor Şon Bin tərəfindən canlandırılmışdır.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]"Taxt oyunları" hadisələrindən əvvəl
[redaktə | mənbəni redaktə et]Eddard Stark Uesterosun ən qədim və böyük xanədanlarından olan Stark xanədanına məxsusdur. Ned uşaq yaşlarında Barateon xanədanına məxsus Lord Robert Barateon ilə birlikdə Vadinin uca lordu və Şərqin qoruyucusu olan Con Arrinin himayəsində böyümüşdür. Kral II Eyris Tarqaryenin Nedin atası Rikard Stark və qardaşı Brendon Starkı edam etdikdən və şahzadə Reyqar Tarqaryenin Nedin bacısı və Robertin nişanlısı Liana Starkı qaçırtdığından sonra lord Eddard, lord Barateon və lord Arrin krala qarşı üsyana başlayır.
Taxta qarşı müharibə zamanı Riverranın lordları olan Talli xanədanı Starklarla müttəfiqlik yaratmaq və iki sülalənin bağını möhkəmləndirmək üçün lord Hoster Talli qızı Keytlini Ned ilə nişanlandırdı. Traydentdə Robert Barateonun Reyqar Tarqaryenin ordusunu məğlub edib şahzadəni öldürməyi və Lannister ordusunun Kral Torpaqlarını, yeddi krallığın paytaxtını, ələ keçirməklə müharibə üsyançılar tərəfindən qazanılır və Fırtına Torpaqlarının lordu Robert kral elan edilir.
Görünüşü və xasiyyəti
[redaktə | mənbəni redaktə et]…uzun, qəhvəyi saçları var idi. Səliqə ilə qırxılmış saqqalında boz tüklər çıxmağa başlayar, onu otuz beş yaşlarından daha qoca göstərərdi. Tünd boz gözləri əhvalını asanlıqla büruzə verərdi — gah duman kimi xəfif, gah da daş kimi bərk
Ned Stark xanədanın lordu və altı uşağın — Rob, Con, Sansa, Arya, Brendon və Rikonun atasıdır. Hekayədə müdrik lord və güclü döyüşçü kimi təqdim edilən Uinterfelin ağası şərəfi və qüruru hər şeydən üstün tutan personajdır. Kralın sağ Əli Con Arrinin ölümündən sonra paytaxta Kral Robertin əmri ilə çağırılandan saray qalmaqallarından uzaq qalmağa çalışan Ned bilmədən özünü "böyük oyunun" — taxt oyunlarının mərkəzinə atır. Hekayə irəlilədikcə Ned saraydakı korrupsiya və güc üstündə mübarizə aparan lordların qarşısını alıb paytaxta adil hakimiyyət gətirməyə çalışır.
…kimisə edam edib həyatını alacaqsansa, onun gözlərinin içinə baxıb sonra sözlərini dinləməyə məcbursan. Və əgər bunu etməyə qadir deyilsənsə, əlbət həmin adam ölməyə layiq deyil
Aktyor Şon Bin oynadığı personaj haqqında demişdir, — "…korrupsiya ilə əhatə olduğuna baxmayaraq əlindən gələni etməyə çalışan yaxşı adamdır. Sürüsündən uzaq düşmüş canavar kimidir. Şimalda, Uinterfeldə insanların praqmatik və düz olmasına öyrəşib və insanların hər zaman oyunlar oynadığı və arxadan zərbə endirdikləri bir yerə gəlir. "