Echium creticum

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Echium creticum
Elmi təsnifat
Beynəlxalq elmi adı

Echium creticum (lat. Echium creticum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin qızartıotu cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü (12) 20-70 sm olan, gövdəsi tək, düzduran, sadə, qabarıq cod-tüklü ikiillik ot bitkisidir. Yarpaqları çoxsaylıdır, neştərvari, ensiz-neştərvari, xətvari formayadək dəyişir, sivri və ya sivriləşmişdir. Kökətrafı və gövdənin aşağı yarpaqları qaidə hissəsinə doğru tədricən dartılandır, sonrakılar oturaq, yarımgövdə həcmini artırandır, hər iki tərəfdən cod-tüklüdür. Çiçək qrupu sıxçiçəkli, ensiz süpürgəvari, demək olar ki, sünbülşəkillidir. Tac tünd-qırmızı və ya çaxır-qırmızısı rəngdədir, uzunluğu 12-15 mm-dir, borucuğaoxşar qıfşəkillidir, xaricdən az tüklüdür, nazikdir. Fındıqcalar 2,5 mm uzunluqda, üçtilliyumurtaşəkilli, sivri, az qabarıq və qara rəngdədirlər. May-avqust aylarında çiçəkləyir, iyul-sentyabr ayında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Nax. dağ. - aşağı və orta dağ qurşaqlarında (2000 m-ə qədər). Yaşayış mühiti: Otlu yamaclarda, meşələrdə, talalarda, meşə kənarında, qayalarda üzərindəki kolluqlarda və dağ çəmənlərində rast gəlinir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 139.