Ea

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qədim Şərq Tanrıları
Ea
Ea
Ea

Ea
Mifologiya Şumer, Akkad, Babil
Əlaqədar personajlar Marduk
Əlaqədar hadisələr Enuma eliş

Ea, Enki- (şum. en-KI 𒀭 𒂗 𒆠) — Babil-assur inamlarına əsasən səma sularının (Yağış və Tufan) ilahisi, Adaya qarşı qoyulan yer üzü və yeraltı suların ilahisi, Yerin sahibi, müdriklik tanrısı, şirin su dəryasının-Apsunun sahibi.[1]. Onu sənətkarların tanrısı da hesab edirlər.

Şumer mifologiyasına əsasən Dəclə çayı Ea ilahəsi tərəfindən yaradılmışdır. Ea ilahəsi şumer ilahəsi Enkaya müvafiqdir. Ona sitayişin mərkəzi Fars körfəzi sahilində yerləşən Eridu şəhərində idi. Əfsanələrdə Ea, insanlara müxtəlif sənətlər, incəsənət növləri və biliklər öyrədən müdriklik ilahəsi kimi təmsil edilir. O, kanalları və arxları dolduran, süni suvarmanın (irriqasiyanın) hamisi hesab olunurdu. Balıq quyruqlu insan şəklində təsvir olunurdu. Babil ilahilər panteonuna Ea Anu və Enlil-Bel ilə birlikdə ali ilahilər üçlüyünə daxil idi.

  1. "Электронная библиотека Библиотекарь.Ру — книги и альбомы по истории, искусству, культуре, религии. Справочники, словари, энциклопедии, художественные галереи, музеи и коллекци …". 2012-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
  • [1] Ea ilahəsi.