EM-14

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
EM-14
EM-14 IDEX-2015 sərgisində
Tipi Avtomat
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 2016
İstehsal tarixçəsi
Konstruktor Emin Əhmədov
Konstruksiya tarixi 2014
İstehsalçı MSN
İstehsal illəri 2016
Xüsusiyyətləri
Ağırlığı 3.8 kq
Məsafə 1000m
Uzunluğu 900/920/945/965/990 mm
Eni 75 mm
Hündürlüyü 260mm,kalimator ilə 295 mm
Kalibr 5.56×45 mm
Effektiv məsafə 1000m
Maksimum məsafə 1000 m

EM-14 — Azərbaycan istehsalı ilk NATO kalibrlı avtomat. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanmış EM-14 indeksli avtomat Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayişə çıxarılıb.

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

NATO 5.56×45 mm çaplı avtomat 6 pilləli tənzimlənən qundağa,kollimatora, lülə üzərində pikatinni relsinə və şəffaf darağa malikdir. MSN mütəxəssislərinin sözlərinə görə, avtomatın atış tempi dəqiqədə 660 atəş, güllənin lülədən çıxış sürəti 860 m/saniyə, nişanalma məsafəsi 1000 metr, çəkisi 3.8 kq-dır. Avtomatın iş prinsipi qaz təpməsi və çaxmağın fırlanmasına əsaslanır.[1]

Nazirin sözlərinə görə, yerli mühəndislər tərəfindən hazırlanmış EM-14 avtomat tüfənginin seriyalı istehsalına başlanacaq. Müsahibəsində Müdafiə Sənayesi naziri Yavər Camalov deyib: “Biz NATO kalibrli avtomat tüfəngin ilk nümunəsini yaratmışıq. İndi sınaqları gedir. Yəqin ki, növbəti ildən bu silahın seriyalı istehsalına başlayacağıq. Hazırkı dövrdə EM-14 ixracat üçün nəzərdə tutulur. Əgər daxildə ehtiyac olarsa, bunu yerli qurumlara da verəcəyik”.[2]

  1. "Arxivlənmiş surət". 2016-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-22.
  2. "Arxivlənmiş surət". 2015-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-22.

3.https://www.facebook.com/photo.php?fbid=909867539045412&set=a.908870515811781.1073741831.100000665244390&type=3&theater

4. http://az.azeridefence.com/azerbaycanin-yeni-avtomatinin-video-teqdimati/ Arxivləşdirilib 2016-08-05 at the Wayback Machine