Duyğu Asena
Duyğu Asena | |
---|---|
Duygu Asena | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vəfat səbəbi | beyin xərçəngi[d] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist, aktrisa, aktivist, pedaqoq, aparıcı |
Fəaliyyət illəri | 1984-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Duyğu Asena (19 aprel 1946[1], İstanbul – 30 iyul 2006[2][1], İstanbul) - Türkiyəli jurnalist, yazıçı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Duyğu Asena Nihal və Muxtarın qızı olaraq İstanbulda anadan olub. Atası küncüt biznesi ilə məşğul olub. Babası CHP Gümüşhane millət vəkili Əli Şövkət Öndərsevdir, şair İnci Asena isə onun bacısıdır.[3] O, orta təhsilini Kadıköy Özəl Qız Kollecində bitirdikdən sonra İstanbul Universitetinin Pedaqoji fakültəsində təhsil alıb. İş həyatına pedaqoq kimi başlayan Asena, Haseki Xəstəxanası Uşaq Klinikasında və İstanbul Universiteti Uşaq Evində çalışıb. Qəzetdəki ilk yazısı 1972-ci ildə “Hürriyyət” qəzetində “Kəpənək” əlavəsində dərc edilib. Bu vaxtdan sonra müxtəlif jurnal və qəzetlərdə jurnalist və idarəçi olaraq çalışıb. Türkiyədə qadın jurnalları sırasında ən önəmli jurnallardan “Qadınca” jurnalının 1978-1992-ci illər arasında baş redaktoru olub.[4] 1992-1997-ci illər arasında o, TRT-2 telekanalında “Ondan sonra” adlı veriliş hazırlayıb.
İstanbulda Zəncirliquyu qəbiristanlığında Duyğu Asenanın məzarı
Jurnalistika fəaliyyətilə yanaşı, yazıçılığını da davam etdirən D.Asena, ilk kitabı “Qadının adı yoxdur” ilə məşhurlaşıb. Kitab Türkiyədə ədəbsiz hesab edildiyi üçün 1988-ci ildə qadağan edilib. Uzun sürən məhkəmə çəkişməsindən sonra təkrar nəşrinə icazə verilib və həmin il rejissor Atıf Yılmaz tərəfindən filmi çəkilib.
Yazıları və kitablarında toxunduğu mövzulara görə o, feminist yazıçı olaraq tanınıb. D.Asena 2006-cı il iyulun 30-da beyin şişindən müalicə aldığı VKV Amerika xəstəxanasında vəfat edib. Onun nəşi Zəncirliquyu qəbiristanlığında torpağa tapşırılıb. Türkiyə P.E.N. Yazıçılar Dərnəyi 2006-cı ildə Türkiyə qadın hərəkatına xidmətlərinə görə D.Asenanın adına mükafat təsis edib və ilk mükafatı Lətifə xanım onun tərcümeyi-halı səbəbilə İpek Çalışlara verib.[5]
Kitabları
[redaktə | mənbəni redaktə et]- Qadının adı yoxdur (Kadının adı yok) - 1987
- Əslində eşq də yoxdur (Aslında aşk da yok) - 1989
- Qəhrəmanlar həmişə kişilərdir (Kahramanlar hep erkek) - 1992
- Dəyişən bir şey yoxdur (Değişen bir şey yok) - 1994
- Güzgüdə eşq var idi (Aynada aşk vardı) - 1997
- Əslində azadsan (Aslında özgürsün) - 2001
- Eşq gedirəm deməz (Aşk gidiyorum demez) - 2003
- Paramparça – 2004
Mükafatları
[redaktə | mənbəni redaktə et]- “Nöqtə” jurnalından Doruktakiler mükafatı - 1988
- Boğaziçi Universitetindən ən yaxşı yazıçı mükafatı (Qadın adı yoxdur) - 1988
- Boğaziçi Universitetindən ən yaxşı yazıçı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Duygu Asena // Encyclopædia Britannica (ing.).
- ↑ http://www.nytimes.com/2006/08/01/world/01asena.html.
- ↑ "Arxivlənmiş surət". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-04. (#first_missing_last)
- ↑ "Arxivlənmiş surət". 2019-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-04.
- ↑ "Arxivlənmiş surət". 2021-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-04.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- www.dogankitap.comArxivləşdirilib 2007-02-13 at the Wayback Machine
- Ahmet Altan'ın 12 Ağustos 2006 tarihli köşe yazısı
- www.radikal.com.trArxivləşdirilib 2016-03-25 at the Wayback Machine
- www.milliyet.com.trArxivləşdirilib 2008-05-17 at the Wayback Machine
- BBC Türkçe ile 1999'da yapılan röportajArxivləşdirilib 2015-05-07 at the Wayback Machine