Dultsimer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Dultsimer və ya Dulsimer — yataq sazlar ailəsindən olan simli musiqi alətidir. Sitranın bir növüdür. Onun müxtəlif növləri var.

Alətin adının mənşəyi

[redaktə | mənbəni redaktə et]

Dulsimer alətinin adının Latın dilindəki dulcis , yəni "şirin" sözünün təsirindən ortaya çıxdığı güman edilir. Orta əsrlər İngilis dilində doucemer , köhnə Fransız dilində doulcemer və ya doulcemelekimi işlənib.Ola bilsin ki , Latın dilində "şirin nəğmə" mən asını verən lat. dulcis q.yun. melos söz birləşməsindən törəmədir.

Dulsimerin növləri

[redaktə | mənbəni redaktə et]

Çəkiclənən dulsimer, sərbəst dayanan növ olub ,həmişə yox, lakin çox zaman trapezoid formada düzəldilir.Çoxlu simləri olur , nazik və kiçik ölçülü "çəkic"lərlə simlərə vurmaqla çalınır.Alətin bu növü bir çox mədəniyyətlərdə var.Ölkələrin çoxunda bu alətin öz adı var və kökləmə sistemləri müxtəlifdir.

Pərdəli dulsimer

[redaktə | mənbəni redaktə et]

Pərdəli , 3 və ya 4 simi olur, adətən , diz üstə barmaqlarla dartım üsulu ilə çalınır. Pərdəli dulsimerə həm də aiddir:

Appalaç dulsimeri- ABŞın Appalaç bölgəsində yayılmış xalq çalğı aləti

Banjo dulsimer,Banco aləti kimi səslənən rezonans membranlı dulsimer.

Rezonator dulsimer İçərisinə konusvari Rezonator işlənmiş.

Digər növlər

[redaktə | mənbəni redaktə et]

Kamanlı dulsimer Gözyaşı formalı dulsimer növüdür, sağ əldə kaman tutmaqla çalınır.

Elektrik dulsimer Müxtəlif növ dulsimerlərə səslənməni gücləndirən elektrik qurğu yerləşdirilməklə çalınan növ.[1]

  1. "Arxivlənmiş surət". 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-10.