Dreyk boğazı
Dreyk boğazı | |
---|---|
ing. Drake Passage, isp. Pasaje de Drake | |
| |
Ümumi məlumatlar | |
Eni | minimum 820 km |
Ən böyük dərinliyi | 4.000 m |
Yerləşməsi | |
58°34′49″ c. e. 62°54′34″ q. u.HGYO | |
Ölkə | Çili |
Akvatoriyası | |
Ayırır | Odlu Torpaq arxipelaqını və Cənubi Şetland adalarını |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dreyk boğazı (ing. Drake Strait, isp. Pasaje de Drake) — Atlantik okean və Sakit okeanı birləşdirir (əgər Cənub okeanının sərhədləri dəqiq müəyyənləşsə onda boğazın bir hissəsi məhz bu okeanın ərazisinə düşər.) Şimalda Odlu torpaq, cənubda isə Cənubi Setland adaları arasında yerləşir. O, dünyanın ən enli boğazıdır. Belə ki, onun eni 820 km təşkil edir. Burada güclü qərb passat küləkləri əsir. Həmçinin dünyada ən güclü fırtınalar da burada baş verir. Küləyin sürəti 35 m/s, dalğanın hündürlüyü isə 15 m təşkil edir.
Cənubi Amerikanın ən ucqar yeri Dieqo-Ramires adası məhs burada yerləşir. Ən ucqar nötqə isə Horn burnudur. Boğaza əfanəvi ingilis dənizçisi və dəniz qulduru Frensis Dreykin şərəfinə onun adı verilmişdir. Dreyk bu boğazdan 1578-ci ildə üzüb keçən ilk avropalı olmuşdur.
Gəmiçilik
[redaktə | mənbəni redaktə et]Tarixən Dreyk boğazı Atlantik okeandan Sakit okeana keçmək istəyən gəmilərin qəbrstanlığı olmuşdur. Bu əsasən o gəmilər olmuşdur ki, onlar boğazı axına qarşı keçmək itəmişlər. Panama kanalının çəkilişindən sonra bütün yük gəmiləri artıq bu kannala daçındığından boğazın əhəmiyyəti azalmışdır. Boğazdan ancaq sakit havada iri yük, hərbi gəmilərin (məsələn: kreyserlər və aviadaşıyıcılar) və həmcinin sualtı qayıqların keçidi mümkündür.