Dostluq (kinoteatr)
Dostluq | |
---|---|
| |
Ümumi məlumatlar | |
Status | Müvəqqəti bağlıdır |
Ünvan | Azadlıq prospekti 76, Nəsimi rayonu |
Ölkə | |
Şəhər | Bakı |
Koordinatlar | 40°23′26″ şm. e. 49°50′33″ ş. u.HGYO |
Tamamlanıb | 1952 |
Dizayn və konstruksiya | |
Memar | Məmməd Əliyev |
Vikianbarda əlaqəli mediafayllar |
"Dostluq" və ya sovet dövründəki adı ilə "Drujba" kinoteatrı[1] – Bakının Nəsimi rayonunda yerləşən fəaliyyətsiz kinoteatr binası.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kinoteatr binası 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilmişdir.[2] 2010-cu illərə qədər kinoteatrda kino nümayişinə davam edilmişdir.[3] 2017-ci ildə tikili özəlləşdirilmişdir. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuşdur.[2]
Sökülməsi
[redaktə | mənbəni redaktə et]2021 və 2024-cü illərdə kinoteatrın sökülməsi və yerində çoxmərtəbəli binanın tikiləcəyi barədə şayiələr yayılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi belə bir planın olmadığını, sadəcə təmir işlərinin aparıldığını açıqlamışdır.[2]
Xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Kinoteatr stalinist memarlıq üslubundadır.[1] Baxımsız qaldığı üçün dam və fasad örtüyündə dağıntılar var, qəzalı vəziyyətdədir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ""Dostluq" kinoteatrı sökülür? -FOTO". Modern.az. 9 iyun 2021. 14 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2024.
- ↑ 1 2 3 4 ""Dostluq" kinoteatrı sökülür? - Fotolar - Yenilənib". Qafqazinfo. 9 fevral 2014. 14 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2024.
- ↑ "Bakı kinoteatrlarının kinosuz günləri…". Modern.az. 10 mart 2010. 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2024.