Dorin Reçan
Dorin Reçan | |
---|---|
rum. Dorin Recean | |
| |
Moldovanın daxili işlər naziri[d] | |
24 iyul 2012 – 18 fevral 2015 | |
Əvvəlki | Aleksey Roibu[d] |
Sonrakı | Oleq Balan[d] |
Moldovanın Baş naziri[d] | |
Vəzifədədir | |
16 fevral 2023-cü ildən | |
Əvvəlki | Nataliya Qavrilitsa[d] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 mart 1974 (50 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d], hüquqşünas |
Dini | şərqi ortodoks xristianlıq |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Dorin Reçan (rum. Dorin Recean; 17 mart 1974, Dondüşan[d], Moldova SSR) — Moldova akademiki və siyasətçi. O, 2012-ci ilin iyulundan 2015-ci ilin fevralına qədər Moldovanın daxili işlər naziri vəzifəsində çalışmışdır. Reçan 2023-cü ilin fevralında Moldovanın Baş naziri vəzifəsinə təyin edilmişdir.
Erkən illəri
[redaktə | mənbəni redaktə et]Dorin Reçan 17 mart 1974-cü ildə Dondüşan şəhərində anadan olmuşdur.[1] 1996-cı ildə Moldova İqtisadi Araşdırmalar Akademiyasını beynəlxalq biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. Daha sonra 2000-ci ildə Nyuport Beynəlxalq Universitetinin Belçika filialında biznesin idarə edilməsi üzrə magistr dərəcəsi almışdır.[2] Reçan Moldovanın Aİ-yə üzvlüyünü və Qərblə daha sıx əlaqələri dəstəkləyir.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Dorin Reçan evlidir və iki övladı var.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Deputy Minister". Ministry of Information Technology and Communications. 13 aprel 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2013.
- ↑ 1 2 "Dorin Recean, Minister of Internal Affairs". Government of the Republic of Moldova. 22 noyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2013.