Dini seqreqasiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İsveçrənin Endingen şəhərində yerləşən yaşayış evində iki ayrı qapı (biri yəhudilər, biri xristianlar üçün).

Dini seqreqasiya — insanların dinlərinə görə ayrılması. Termin ictimai hadisə kimi baş verən dini əsaslı seqreqasiya hallarına, eləcə də açıq və ya gizli formada baş tutmasından asılı olmayaraq qanunlardan irəli gələn seqreqasiya hallarına tətbiq edilmişdir.[1][2]

Oxşar dini aparteid termini insanların dinlərinə, o cümlədən sosioloji hadisələrə görə ayrıldığı vəziyyətlər üçün də istifadə edilmişdir.[3][4]

Ölkələrə görə

[redaktə | vikimətni redaktə et]

Şiə islam 1979-cu ildə İran inqilabından bəri İranın dövlət dinidir. İudaizm, xristianlıqzərdüştilik rəsmi olaraq tanınan və qanunla qorunan dini azlıqlar olsalar da, onlara dini təbliğ etmək və ya müsəlman iranlıların başqa dinlərə keçməsinə icazə verilmir.

Bəhai inancına mənsub olanlar kimi digər dini azlıqlar hökumət tərəfindən tanınmır və buna görə də öz dinlərinə etiqad etmək üçün heç bir qanuni müdafiə və ya konstitusiya hüququ yoxdur.[5] Bəhai Hüquqları üzrə Müsəlman Şəbəkəsi bəhai tələbələrinin dinlərinə görə universitetdən qovulması halları barədə məlumat vermişdir.[6][7][8] "Times Higher Education" qəzetinin məlumatına görə, bəhai pedaqoqlarından İran universitetlərində dərs demək üçün öz inanclarından əl çəkmələri tələb olunur.[9]

2015-ci ildə Malayziya hüquq müdafiəçisi Şəfiqə Osman Həmzə Malayziyada müxtəlif dinlərə qarşı aparteid siyasətlərinin tətbiqinin institutlaşdığını və geniş yayıldığını qeyd etmişdir. O, əlavə etmişdir ki, "Malayziyada yaşadıqlarımızın demək olar ki, aparteiddən heç bir fərqi yoxdur".[10]

İndiki dövrdə Pakistan rəsmi olaraq islam ölkəsidir və kimin müsəlman, kimin qeyri-müsəlman olmadığını müəyyən edir. Bu şərtlər altında əhmədi müsəlmanlar ölkənin qanunu ilə qeyri-müsəlman elan edilir və onlar öz inanclarını sərbəst şəkildə həyata keçirə bilməzlər. Onlara məscidlərini məscid adlandırmaq, əssalamu əleykum formasında insanlarla görüşmək qadağandır. Əhmədi müsəlmanlar Pakistan daxilində hökumətdən və hər hansı digər yüksək vəzifələrdən kənarlaşdırılır. Əhmədi müsəlmanlarının məktəb, kollec və universitetlərdən əhmədi müsəlman olduqlarına görə qovulması halları qeydə alınmışdır.[11][12]

Səudiyyə Ərəbistanı

[redaktə | vikimətni redaktə et]

1 mart 2004-cü ilə qədər Səudiyyə Ərəbistanı hökumətinin rəsmi internet saytında yəhudilərin ölkəyə girişinin qadağan edildiyi bildirilirdi, lakin bu təcrübə tətbiq edilməmişdir.[13][14][15]

Məkkədə yalnız müsəlmanlara giriş icazəsi verilir, qeyri-müsəlmanlar isə içəri girə və ya oradan keçə bilməzlər. Qeyri-müsəlman olaraq Məkkəyə girməyə cəhd etmək cərimə kimi cəzalarla nəticələnə bilər.[16] Qüyri-müsəlman olaraq Məkkədə olmaq deportasiya ilə nəticələnə bilər.[17]

Mədinədə qeyri-müsəlmanların Əl-Məscid ən-Nəbəvinin yerləşdiyi Nəbəvi meydanına daxil olmasına icazə verilmir.[18]

  1. Knox, H. M. "Religious Segregation in the Schools of Northern Ireland". British Journal of Educational Studies. 21 (3). October 1973: 307–312. doi:10.1080/00071005.1973.9973387. JSTOR 3120328. "...[S]egregated schooling, although in theory open to all, is in practice availed of by virtually only one denomination...." Also refers to pre-Partition religious schools which retained their exclusively Catholic demographics after Partition.
  2. Norgren, Jill; Nanda, Serena. American Cultural Pluralism and Law. Greenwood Publishing Group. 2006. 132. ISBN 978-0-275-98692-6., quoting U.S. Supreme Court Justice Anthony Kennedy in Board of Education of Kiryas Joel Village School District v. Grumet: "...[D]rawing school district lines along the religious lines of the village impermissibly involved the state in accomplishing the religious segregation."
  3. Akkaro, Anta. "Pakistan's Christians Demand End to 'Religious Apartheid' at Polls". Christianity Today. 2000-09-01. 2008-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-18.
  4. Religion In Schools // The Big Debate. 2008-01-29. 0:09:29 and 0:11:52 minutes in. 2008-09-21 tarixində orijinalından arxivləşdirilib., in which Rabbi Dr Jonathan Romain says (at 0:09:29): "If you have separate Jewish, Catholic, Muslim, Sikh, Hindu schools, essentially you're segregating children, you're separating children" and (at 0:11:52): "It's a religious apartheid society we're creating."
  5. "Discrimination against religious minorities in IRAN" (PDF). FIDH. səh. 6. 2006-10-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2008-08-03.
  6. "Baha'i children in Egypt not being admitted to schools because of their faith". Muslim Network for Bahá'í Rights. 2019-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-03.
  7. "School's Out for the Bahá'ís". Mideast Youth. 2012-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-03.
  8. "Confidential Iran memo exposes policy to deny Bahá'í students university education". Bahá'í World News Service. 2007-08-27. 2012-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-03.
  9. "Segregation in Iran". Times Higher Education. TSL Education Ltd. 2006-06-08. 2011-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-03.
  10. Hamzah, Shafiqah Othman. "Are we headed for a Malaysian apartheid? | Malay Mail". www.malaymail.com (ingilis). 4 December 2015. 4 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2021.
  11. "Ahmadis expelled from school". Express Tribune. October 8, 2011. April 3, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2014.
  12. "Persecution of Ahmadis in September 2013". Human Rights Asia. March 31, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2014.
  13. "The official tourism website stated that Jews were banned from entering the country; however, it was not enforced in practice." United States Department of State. Saudi Arabia Arxiv surəti 7 noyabr 2021 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2021-11-07 at the Wayback Machine, Country Reports on Human Rights Practices - 2004, February 28, 2005.
  14. "Jews barred, said Saudi Web site". CNN. February 28, 2004. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-06-02.
  15. "www.sauditourism.gov.sa". 2004-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-07-21.
  16. Sandra Mackey's account of her attempt to enter Mecca in Mackey, Sandra. The Saudis: Inside the Desert Kingdom. W. W. Norton & Company. 1987. 63–64. ISBN 978-0-393-32417-4.
  17. Cuddihy, Kathy. An A To Z Of Places And Things Saudi. Stacey International. 2001. 148. ISBN 978-1-900988-40-7.
  18. "United States Department of State" (PDF). 2023-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-01.