Dilican rayonu
Rayon | |
Dilican rayonu | |
---|---|
İnzibati mərkəz | Dilican |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 09.09.1930 |
Ləğv edilib | 1951 |
Sahəsi | 477 (1948) km² |
Əhalisi | |
Əhalisi | 14 600[1] (1939) nəfər |
Dilican rayonu — Ermənistan SSR–də, 1930–1951–ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Dilican qəsəbəsi idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi.
Rayon 9 sentyabr 1930–cu ildə təşkil edilmişdi.[2] 19 mart 1951–ci ildə ləğv edilərək İcevan rayonuna birləşdirildi.
Eyniadlı rayonun inzibati mərkəzi olmuş Dilican şəhər tipli qəsəbəsi 1951–ci ildə şəhər statusu almışdır.[3]
Ərazisi
[redaktə | mənbəni redaktə et]Rayon ərazisi 1 noyabr 1931–ci il vəziyyətinə görə 1.109 km², 15 iyul 1934–cü il vəziyyətinə görə 1.157 km², 1 oktyabr 1938–ci il vəziyyətinə görə 0.13 min km², 1 yanvar 1948–ci il vəziyyətinə görə isə 477 km² idi.[2][4][5]
İnzibati bölgüsü
[redaktə | mənbəni redaktə et]Rayonda 1 noyabr 1931–ci il vəziyyətinə görə 20 kənd sovetliyinə daxil olan 93 kənd[q 1], 1 oktyabr 1938–ci il vəziyyətinə görə 1 şəhər tipli qəsəbə və 6 kənd sovetliyi, 1 yanvar 1941–ci il vəziyyətinə görə 1 şəhər tipli qəsəbə və 6 kənd sovetliyi, 1 yanvar 1948–ci il vəziyyətinə görə isə 1 şəhər tipli qəsəbə və 7 kənd sovetliyinə daxil olan 14 kənd, 1 may 1949–cu il vəziyyətinə görə isə 1 şəhər tipli qəsəbə və 7 kənd sovetliyi yerləşirdi.[2][6][7][8][9][10]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Rayonun təşkil edildiyi 1930–cu il sərhədləri daxilində 1926–cı il siyahıyaalınması zamanı 24.858 nəfər kənd əhalisi qeydə alınmışdı.[11]
1 yanvar 1930–cu il tarixinə olan cari hesablamalara əsasən rayonda 31.287 nəfər əhali var idi və bütün əhali kənd yerlərində yaşayırdı.[6] Qeyd edilən tarixdə Ermənistan SSR əhalisi 1.032.700 nəfər, onlardan kənd əhalisi isə 812.300 nəfər idi, yəni bütün ölkə əhalisinin 3.03%–i, kənd əhalisinin isə 3.85%–i Dilican rayonunun payına düşürdü.[q 2][6]
1 yanvar 1933–cü il tarixinə olan cari hesablamalara əsasən isə rayonda 33.5 min nəfər əhali var idi, əhali 3 il öncəki müvafiq tarixə olan göstəriciyə nisbətdə 7 % və ya təqribən 2.2 min nəfər artmışdı.[5] Rayon əhalisinin təqribən 5.5 min nəfəri rayonun inzibati mərkəzi olan Dilican yaşayış məntəqəsində məskunlaşmışdı.[5] Qeyd edilən tarixə bütün ölkə əhalisi 1.109.200 nəfər təşkil etmişdi, yəni bütün ölkə əhalisinin 3.02%–i Dilican rayonunun payına düşürdü.[5]
Etnik tərkibi
[redaktə | mənbəni redaktə et]1939–cu il siyahıyaalınmasına əsasən rayonda yaşayan 14.600 nəfərin 5.296 nəfəri və ya 36.27%–i şəhər, 9.304 nəfəri və ya 63.73%–i isə kənd əhalisi idi.[1] Azərbaycanlılar ümumi rayon əhalisinin (2.051 nəfəri) 14.05%–ni təşkil edirdilər; azərbaycanlıların 1.02%–i (21 nəfəri) Dilican (şəhər tipli) qəsəbəsində, 98.98%–i (2.030 nəfəri) isə kəndlərdə yaşayırdı.[1]
Etnik qrup |
17 – 23 yanvar, 1939–cu il sa.[1] | |
---|---|---|
Sayı | % | |
Cəmi | 14 600 | 100.00 |
Ermənilər | 10 995 | 75.31 |
Azərbaycanlılar | 2 051 | 14.05 |
Ruslar | 1 330 | 9.11 |
Ukraynalılar | 132 | 0.90 |
Kürdlər | 34 | 0.23 |
Belaruslar | 23 | 0.16 |
Yunanlar | 11 | 0.08 |
Gürcülər | 9 | 0.06 |
Ləzgilər | 3 | 0.02 |
Laklar | 3 | 0.02 |
Almanlar | 2 | 0.01 |
Yəhudilər | 2 | 0.01 |
Osetinlər | 2 | 0.01 |
Litvalılar | 1 | 0.01 |
Polyaklar | 1 | 0.01 |
Digərləri | 1 | 0.01 |
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Yenə həmin mənbəyə (səh. 234) əsasən Ermənistan SSR–də 1.961 kənd, 21 şəhər tipli qəsəbə, 2 işçi qəsəbəsi və 2 müstəqil inzibati vahid (İrəvan və Leninakan şəhərləri) olmaqla cəmi 1.986 yaşayış məntəqəsi var idi.
- ↑ Faizli göstəricilər mənbədə (səh. 235) qeyd edilən məlumatlar əsasında hesablanılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 "Дилижанский район Армянской ССР (Национальный состав населения по переписи 1939 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". 2015-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2015.Orijinal mətn (rus.)
Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, Д.Д. 966-1001 ("Национальный состав населения по СССР, республикам, областям, районам"), Д.Д. 256-427 (табл. 26 "Национальный состав населения районов, районных центров, городов и крупных сельских населенных пунктов")
- ↑ 1 2 3 Дилижанский район, стр. 29. // Армянская ССР: Административно–территориальная деление на 1–ое января 1948 года. Издание первое. Автор: Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. Ереван: Армгосиздать, 1948, 90 стр.
- ↑ Армянская ССР, стр. 492. // СССР: Административно-территориальное деление союзных республик на 1 января 1980 года. Arxivləşdirilib 2020-11-30 at the Wayback Machine Автор: Президиум Верховного Совета Союза Советских Социалистических Республик. Составители справочника: В. А. Дударев, Н. А. Елисеева. Москва: Издательство "Известия Советов депутатов трудящихся СССР", 1980, 701 стр.
- ↑ Перечень административно-территориальных единиц союза ССР (в алфавитном порядке). — Армянская ССР, стр. 234-235. // Административно-территориальное деление союза ССР: Районы и города СССР. Авторы: Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. Москва: Издательство "Власть Советов" при Президиуме ВЦИК, 1931, 311 стр.
- ↑ 1 2 3 4 Таблицы (по алфавиту). — Армянская ССР, стр. 242-243. // Административно-территориальное деление Союза ССР на 15 июля 1934 года. Arxivləşdirilib 2020-07-18 at the Wayback Machine Автор: Центральный Исполнительный Комитет Союза ССР. Москва: Издательство "Власть Советов" при Президиуме ВЦИК, 1934, XXXII 350 стр.
- ↑ 1 2 3 Перечень административно-территориальных единиц союза ССР (в алфавитном порядке). — Армянская ССР, стр. 235. // Административно-территориальное деление союза ССР: Районы и города СССР. Авторы: Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. Москва: Издательство "Власть Советов" при Президиуме ВЦИК, 1931, 311 стр.
- ↑ Армянская ССР, стр. 190. // Информационно-Статистический отдел при Секретариате Президиума Верховного Совета ССР. ССР: Административно-территориальная деление союзных республик на 1-ое октября 1938 года. Москва: Издательство "Власть Советов", 1938, 327 стр.
- ↑ Армянская ССР, стр. 246. // Административно-территориальное деление союзных республик СССР на 1 января 1941 года. Издание третье, дополненное. Автор: Информационно-Статистический отдел при Секретариате Президиума Верховного Совета ССР. Москва: Издательство "Ведомостей Верховного совета СССР", 1941, 488 стр.
- ↑ Армянская ССР, стр. 272. // ССР: Административно-территориальное деление союзных республик СССР на 1 января 1947 года Arxivləşdirilib 2021-11-27 at the Wayback Machine. Издание пятое, дополненное. Автор: Информационно-Статистический отдел при Секретариате Президиума Верховного Совета ССР. Москва: Издательство "Известия Советов депутатов трудящихся СССР", 1947, 488 стр.
- ↑ Армянская ССР, стр. 333. // СССР: Административно-территориальное деление союзных республик на 1 мая 1949 года Arxivləşdirilib 2016-12-04 at the Wayback Machine. Издание шестое. Автор: Информационно-Статистический отдел при Секретариате Президиума Верховного Совета ССР. Москва: Издательство "Известия Советов депутатов трудящихся СССР", 1949, XVI 484 стр.
- ↑ стр. 52. // Административно-территориальное деление Союза ССР по данным на 15 ноября 1930