Devid Benatar
Devid Benatar | |
---|---|
David Benatar | |
Doğum tarixi | |
Doğum yeri | CAR |
Fəaliyyəti | pedaqoq, universitet müəllimi[d], filosof |
Devid Benatar — (ingiliscə David Benatar) cənubi afrikalı filosof və yazıçı, Keyptaun universitetinin professoru. "Better Never to Have Been: The Harm of Coming into Existence" əsərindən sonra məşhurluq qazanmışdır. O, bu əsərində antinatalizm mövqeyindən çıxış edərək irəli sürür ki, doğulmaq hər mövcud insan üçün zərərdir, və nəticədə duyğulu varlıqların dünyaya gəlişi bir çox mənəvi problemlərlə doludur.
Benatar Asimmetriyası
[redaktə | mənbəni redaktə et]Devid Benatar hesab edir ki, nə qədər ki zərər yetirilməsi etik cəhətdən yanlış hərəkətdir, onda ona qarşı mübarizə aparmaq lazımdır, və beləliklə də yeni həyatların yaranmasına qarşı etik bir vacibiyyət olmalıdır, çünki yeni bir canlının dünyaya gəlməsi ( istənilən növ canlı ) öz-özlüyündə elə həmin canlıya zərər verir. Benatarın fikrincə istənilən duyğulu varlıqların mövcudluğu, onun həyat şəraiti daimi yaxşılaşsa belə, əzaba məhkumdur. Benatarın arqumentlərindən biri demoqrafik etika ilə bağlı olan "Benatar asimmetriyası"-dır və aşağıdakı tezislərə əsaslanır:
Əzabın mövcudluğu — qəzəb
Zövqün mövcudluğu — fayda
Əzabın yoxluğu — fayda, bu fayda kimsə tərəfindən yoxlanılmasa belə
Zövqün yoxluğu pis deyil, əgər bu zövqün yoxluğundan zərər çəkən kimsə yoxdusa.
Bu tezislər belə izah edilir ki, fərdin mövcudluğu özündə həm əzabı, həm də zövqü birləşdirir. Həmçinin fərdin yoxluğu neqativ nəticələrə səbəb olmur və bütün əzablardan qaçmağa imkan yaradır. Mövcud olmayan subyekt fayda əldə etmir, çünki onun fayda əldə etməyə ehtiyacı qalmır. Devid Benatara görə istənilən əzab dünyaya gəlmənin zərərini etiraf etmək üçün kifayətdi.
- A ssenarisi (X mövcuddur)
- Əzabın mövcudluğu (pisdir)
- Əzabının yoxluğu (yaxşıdır)
- B ssenarisi (X heç bir zaman mövcud olmayıb)
- Zövqün mövcudluğu (yaxşıdır)
- Zövqün yoxluğu (pis deyil)
Biblioqrafiyası
[redaktə | mənbəni redaktə et]Müəllif
- Benatar, David (2001). Ethics for Everyday. McGraw-Hill. ISBN 978-0-07-240889-8.
- Benatar, David (2006). Better Never to Have Been: The Harm of Coming into Existence. Clarendon Press. ISBN 978-0-19-929642-2.
- Benatar, David (2012). The Second Sexism: Discrimination Against Men and Boys. John Wiley & Sons. ISBN 978-0-470-67451-2.
- Benatar, David; Wasserman, David (2015). Debating Procreation: Is It Wrong to Reproduce?. Oxford University Press. ISBN 978-0-19-027311-8.
- Archard, David; Benatar, David (2016). Procreation and Parenthood: The Ethics of Bearing and Rearing Children. Oxford University Press. ISBN 978-0-19-874815-1.
- Benatar, David (2017). The Human Predicament: A Candid Guide to Life’s Biggest Questions. Oxford University Press. ISBN 9780190633813.
Redaktor
- Benatar, David, ed. (2006). Cutting to the core: exploring the ethics of contested surgeries. Rowman & Littlefield. ISBN 978-0-7425-5001-8.
- Ethics for Everyday. New York: McGraw-Hill, 2002.
- Life, Death & Meaning : Key Philosophical Readings on the Big Questions (2004)