42°42′33″ şm. e. 44°31′55″ ş. u.HGYO

Devdorak buzlağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Devdorak
gürc. დევდარაკი
1891-ci ilin xəritəsi. Kazbek dağı və Devdorak buzlağı göstərilmiş
1891-ci ilin xəritəsi. Kazbek dağı və Devdorak buzlağı göstərilmiş
Ümumi məlumatlar
Tipi Vadi
Uzunluğu 7,2 km
Sahəsi 4,1 km²
Yerləşməsi
42°42′33″ şm. e. 44°31′55″ ş. u.HGYO
Ölkə Gürcüstan, Rusiya
Devdorak xəritədə
Devdorak
Devdorak

Devdorak buzlağı (gürc. დევდარაკი) — Böyük Qafqazda dərə tipli buzlaq. Buzlaq Kazbek dağının şimal-şərq yamacında, Hərbi-Gürcüstan yolu yaxınlığında yerləşir. Devdorak buzlağı Gürcüstanın Kazbek munisipalitetində, Rusiya sərhəddi yaxınlığındadır. Uzunluğu 7,2 km, eni 300 m, sahəsi isə 4,1 km²-dir. Buzlağın aşağı sərhəddi 2257 metr yüksəklikdə yerləşir[1]. Aktiv buzlaqlardan biri hesab olunur və böyük uçqunları ilə tanınır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Qafqaz dağlarında Devdorak buzlağı ölçüsünə görə bir çox buzlaqlardan geridə olsa da, Kazbek dağında olan buzlaqlardan ən böyüyü hesab olunur. Buzlağın mənbəyi firn sahəsidir. Bu sahə zirvənin şimalında yerləşir. Buzlaq ümumən üç mənbədən ibarətdir. Bu mənbələr bir birindən çox da aralı deyil. Mənbələrin ən böyüyü şimalda yerləşir. Onun uzunluğu 1 km, eni isə 320 metrdir. Buzlağın əsas hissəsi qərbdən şərqə doğru 1700 metr uzanır. Eni isə 400 metrdir. Buzlağın yuxarı hissəsinin meyilliyi 50°-dir. Ətəklərdə isə meyillilik — 23°-dir. Devdorak buzlağının səthi yetərincə parçalanmış və çökmələr üstünlük təşkil edir. O üzdən buzlaq keçilməz hesab olunur. Buzlaq ətəklərində müşahidə olunan morenlərin ölşüsü 8—10 metr arasında dəyişir[2]. Buzlağın dili çox iti və sivridir. Tez-tez daş uçqunları müşahidə olunur.

Devdorak buzlağından kiçik Devdorak çayı qidalanır. Ümumən ərazinin axımı Terek çay sisteminə daxildir. Devdorak vadisi qafqaz keçilərinin məskənidir. Buzlaq yaxınlığında Dəryak keçidi yerləşir. Bu keçid Gürcüstan və Şimali Osetiya arasında forpost rolunu oynayır. Məhs bu keçiddən Hərbi-Gürcüstan yolu keçir. Devdorak buzlağı turizm obyekti kimi məşhurdur və alpinistlərin sevimli məkanıdır.

Devdorak buzlağı uçqunları (serj) ilə tanınmış. Tez-tez baş verən uçqunlar Hərbi-Gürcüstan yolunu kəsir. İlk rəsmi uçqun məlumatı 1776-cı ilə aid[3]: «Uçqun o qədər böyük idi ki, 3 gün sonra Terek çayı uçqunu aşaraq bir çox kənd və aulları su altına aldı. Terek çayından 250 fut yuxarıda olanlar belə daşqından əziyyət çəkdilər»[4]. Digər uçqunlar 1785, 1808, 1817 və 1832-ci illərdə baş vermiş[5].

  1. Девдоракский ледник // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.
  2. Владимир Берестовский. "Кармадон (часть 1). Девдорак". mountain.ru (rus). 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-23.
  3. Тавасиев Р. А. Катастрофические обвалы с ледника Девдорак Arxivləşdirilib 2019-10-23 at the Wayback Machine // Вестник Владикавказского научного центра. — Владикавказ, 2015. — № 1. — С. 50.
  4. Динник Н. Я. Современные и древние ледники Кавказа // Записки КОИРГО. Тифлис, 1890. Кн. XIV. Вып. 1. С. 405.
  5. Запорожченко Э. В., Черноморец С. С. История и изученность Казбекских завалов // Вестник Кавказского горного общества. — Пятигорск, 2004. — № 5. — С. 33—54.