Denov
Denov | |
---|---|
38°16′ şm. e. 67°53′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 520 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Denov (özb. Denov) — Özbəkistanın Surxandərya vilayətində şəhər. 27 yanvar 1958-ci ildə şəhər statusu alıb.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Denov Surxandərya vilayətinin quzeyində, Termezdən 150 kilometr aralı, dəniz səviyyəsindən 520 metr yüksəklikdə yerləşir. Surxandərya çayının qolu olan Qızıl-Su çayı Denovun içindən axır. Habelə Denov Xalçayan və Dəlvərzintəpə arxeoloji abidələrinə ən yaxın şəhərdir.[1]
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Əhalinin gəliri əsasən Tacikistanla sərhədyanı ticarət və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən əldə edilir.[2][3]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2010-cu ilin məlumatlarına görə Denovda 97.196 nəfər yaşamaqda imiş.[4] 2015-ci ildə əhalisi 114.090 nəfərə yüksəldi.[5] Əhali baxımından Termezdən sonra Surxandərya vilayətində 2-ci ən böyük yaşayış yeri sayılır.
Milli tərkibi
[redaktə | mənbəni redaktə et]Denovda üstünlükdə olan yerli Özbəklərin yanı ilə Taciklər, Qaraçılar, Ruslar, Tatarlar, Koreyalılar, Uyğurlar və başqa millətlərin nümayəndələri də az sayda yaşamaqdadırlar.
Görməli yerlər
[redaktə | mənbəni redaktə et]- Seyyid Atalıq mədrəsəsi[6]
- Yurçi (Yurdçu) qalası[7]
- Xalçayan yaşayış yeri
- Dəlvərzintəpə yaşayış yeri[8]
- Denov bitkilər bağı
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Dani, Ahmad Hasan; Litvinsky, B. A. History of Civilizations of Central Asia: The crossroads of civilizations, A.D. 250 to 750. UNESCO. p. 177. ISBN 978-92-3-103211-0.
- ↑ "Denau Travel Guide". Caravanistan. 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.
- ↑ "Travel Guide to Denau (Denov)". Caravanistan (ingilis). 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
- ↑ (#empty_citation)
- ↑ "Denov". www.city-facts.com. 2021-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
- ↑ "Madrassah Sayid Atalik: Historical monuments of Termez and the Surkandarya region". www.orexca.com. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
- ↑ Rickmers, W.R. The Duab of Turkestan. The CUP Archive. 2005. 466.
- ↑ Turgunov, B.A. "Excavations of a Buddhist Temple at Dal'verzin-tepe". East and West. 42 (1). 1992: 131–153. ISSN 0012-8376. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.