I Demetri Poliorket
I Demetri Poliorket | |
---|---|
q.yun. Δημήτριος ο Πολιορκητής | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e.ə. 336 və ya e.ə. 337[1][2] |
Vəfat tarixi | e.ə. 283[2] |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Vikianbarda əlaqəli mediafayllar |
Demetri Poliorket (yun. Δημήτριος Πολιορκητής; lat. Demetrius Poliorcetes azərb. şəhərləri mühasirəyə alan) - ellinizm dövrü sərkərdəsi, Makedoniyalı İsgəndərin silahdaşı olmuş Təkgözlü Antiqonun oğlu. Atası ilə birlikdə diadoxların mübarizəsində fəal iştirak etmişdir. Asiya əhalisini əsarət altına almağa cəhd edən Makedoniya sərkərdələrinin bir qrupunun başçısı idi.
Kiprin Salamin körfəzində Ptolemeyin donanmasına qalib gəlmiş, bundan sonra özünü çar elan etmişdi. Demetri Poliorketin Misir və Rodos yürüşləri uğursuz olmuşdu. Kassandrla savaşmaq üçün Afinaya dönmüş, Korinf yaxınlığında onu məğlub etmiş, Korinf ittifaqını e.ə. 302-ci ildə yenidən qurmuşdu. E.ə. 301-ci ildə Antiqon və Demetri Poliorket İps yaxınlığında məğlub olmuşdular.
Antiqon öldürülmüş, Demetri Poliorket isə qaçmışdı. E.ə. 295-ci ildə Afinanı, Orta və Şimali Yunanıstanı, e.ə. 294-cü ildə Makedoniyanı işğal etmişdi. Ptolemey, Selevk, Lisimax və Pirrə qarşı yenidən başladığı mübarizədə ordusu dağılmış, özü isə Selevk tərəfindən e.ə. 285-ci ildə əsir alınmışdır.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Любкер Ф. Demetrius (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 382–385.
- ↑ 1 2 Димитрий Полиоркет (rus.). // Военная энциклопедия СПб: Иван Дмитриевич Сытин, 1912. Т. 9. С. 100–101.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 458. ISBN 978-9952-441-11-6.25 000 nüs.&rft.pub="Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi&rft.date=2015&rft.isbn=978-9952-441-11-6&rfr_id=info:sid/az.wikipedia.org:I Demetri Poliorket" class="Z3988">