Dekopon
Dekopon | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Dekopon (yap. デコポン) və ya hallabonq (kor. 한라봉)— sitrus meyvəsi.
Tarixi
[redaktə | vikimətni redaktə et]Bu meyvənin vətəni Yaponiyadır. Dekopon Yaponiyada ilk dəfə XX əsrin 70-ci illərində təbii seleksiya yolu ilə yetişdirilmişdir. Belə ki, bu meyvə 1972-ci ildə kiyomi və ponkan adlı mandarin sortlarının hibridi kimi yaradılmışdır[1][2]. 2006-cı ildən bəri isə hər il mart ayının 1-i Yaponiyada "Dekopon günü" kimi qeyd olunur[3]. Yaponiyadan sonra bu bitki Cənubi Koreyada əkilmişdir. Daha sonra bu meyvənin ABŞ və Braziliyada yetişdirilməsinə başlanılmışdır.
Hazırda dekopon dünyada cəmi 5 ölkədə əkilir ki, onlardan biri də Azərbaycandır.
Forması
[redaktə | vikimətni redaktə et]Bu meyvə görünüşü, dadı və məhsuldarlığı ilə fərqlənən meyvədir. Bir ədəd dekopon çəkisi 350–400 qram arasında dəyişir. 500 qram olanları da var. Meyvənin diametri isə 8–10 sm-dir. Xarici görünüşünə görə həm portağala, həm də mandarinə bənzəsə də, forması bir qədər armudvari formadadır[4]. Qabığı soyulduqdan sonra da görünüşü və dadı təqribən elə bu iki sitrus meyvəsinə bənzəyir.
Əkilməsi
[redaktə | vikimətni redaktə et]Dekopon ağacı əkiləndən 2–3 il sonra ilk məhsulunu versə də, tam məhsula düşməsi təxminən 8–10 il ərzində mümkün olur[5]. Qış aylarında dekopon ağacındakı meyvələr xüsusi qaydada örtüklərlə qorunur. Hər bir dekopon ağacı ildə təxminən 200–300 kiloqram məhsul verə bilir[5]. Əkin yeri yaxşı olarsa, ildə 3–4 dəfə məhsul götürmək də mümkündür[5]. Orta hesabla bir hektar sahədən 35–40 ton məhsul əldə etmək mümkündür. Bu, digər sitrus meyvələri ilə müqayisədə bir neçə dəfə çoxdur.
Faydası
[redaktə | vikimətni redaktə et]Nadir sitrus bitkisi olan dekopon sağlamlıq üçün çox faydalıdır. Meyvənin tərkibi insan orqanizmi üçün vacib olan müxtəlif vitaminlərlə zəngindir. Bu meyvə əsasən diş tökülməsinin və şəkər xəstəliyinin qarşısını almaq üçün xeyirlidir. Bu meyvə insan orqanizmində olan zərərli maddələrin, müxtəlif xəstəliklərin qarşısını alır.
Bu sitrus meyvəsinə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat vardır[6].
Azərbaycanda
[redaktə | vikimətni redaktə et]Dekopon Azərbaycan üçün yeni sitrus meyvəsi olsa da, insanlar tərəfindən ona böyük bir maraq var.
Orijinal adı "dekopon" olan bu meyvənin Azərbaycan dilində həm də "hallabonq" adlandırılması onun bu ölkəyə Cənubi Koreyadan gətirilib əkilməsi ilə bağlıdır. Belə ki, Cənubi Koreyada bu meyvə adını əkildiyi yerin adından – vulkanik Jeju adasındakı ən yüksək zirvə olan Hallasan dağının adından götürmüşdür.
Dekopon Azərbaycanda 2015-ci ildən əkilməyə başlanıb[7] və Lənkəranda rayonlaşdırılıb[5]. Belə ki, Azərbaycana Cənubi Koreyadan gətirilən bu sitrus meyvəsi ilk dəfə Lənkəran rayonunun Sütəmurdov kəndində əkilmişdir[5]. Sütəmurdov kəndinin ərazisində ümumi sitrus bağının sahəsi 80 hektardan çoxdur ki, bunun 10 hektarında təxminən 4 minədək dekopon ağacı əkilmişdir[5]. İlkin nəticələr müsbət olduğundan dekopon bağlarının sahəsi növbəti illərdə daha da genişləndirilib. 2017-ci ildə isə Lənkəran rayonunda təxminən 75–80 hektar sahədə hallabonq bağı salınmışdır. Elə həmin ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev də Lənkəranda "Gilan Orchards" MMC tərəfindən salınmış hallabonq bağları ilə tanış olmuşdur[6].
2019-cu ilə qədər isə Lənkəran rayonunun Sütəmurdov, Siyavar, Şürük, Tükəvilə kəndlərində[8] ümumilikdə 100 hektardan artıq sahədə dekopon bağları salınmışdır[9]. Gələcəkdə isə digər ərazilərdə də dekopon bağlarının salınması nəzərdə tutulub.
Azərbaycanın Cənub bölgəsində olan digər sitrus bitkiləri oktyabr-noyabr aylarında yığılsa da, dekopon meyvəsinin yığımına əsasən dekabrın 25-dən sonra başlanılır və yığım təxminən 1 ay davam edir[10]. Azərbaycanda dekopon bağlarından ilk nübar məhsulu 2016-cı ildə yığılmışdır ki, onun çəkisi 15 hektar ərazidə 10–12 ton təşkil etmişdir. Yığılan həmin məhsul həm Azərbaycan, həm də Rusiya bazarlarında satılmışdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Shiranuhi (不知火)" (Japanese). National Institute of Fruit Tree Science. 2010-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.
- ↑ Matsumoto, Ryoji. "'Shiranuhi', A late-maturing Citrus Cultivar" (PDF). Bulletin of National Institute of Fruit Tree Science (Japanese). National Institute of Fruit Tree Science. 35. 2001: 115–120. 2015-06-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-02.
- ↑ "Dekopon day" (Japanese). Japan Fruit Growers Cooperative Association. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.
- ↑ Azərbaycanda 100 hektar sahədə nadir meyvə olan dekopon əkilib [ölü keçid]. ekspress.az, 28.01.2019 (az.)
- ↑ 1 2 3 4 5 6 Aqronom: Əkin yeri yaxşı olarsa, hallabonq ağacından ildə 3–4 dəfə məhsul götürmək mümkündür VİDEO Arxivləşdirilib 2020-05-07 at the Wayback Machine. azertag.az, 28.11.2018 (az.)
- ↑ 1 2 İlham Əliyev Lənkəranda "Gilan Orchards" MMC tərəfindən salınmış sitrus bağları ilə tanış olub Arxivləşdirilib 2018-04-12 at the Wayback Machine. president.az, 02.09.2017 (az.)
- ↑ Lənkəranın hallabonq yığımına başlanılıb. yeniavropa.az, 27.01.2019 (az.)
- ↑ Hallabonq bağlarının sahəsi 100 hektara çatdı[ölü keçid]. marja.az, 28.01.2019 (az.)
- ↑ İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib Arxivləşdirilib 2022-01-03 at the Wayback Machine. president.az 03.09.2017 (az.)
- ↑ Dünyada cəmi 4 ölkədə əkilən meyvə Azərbaycanda da yetişdirilir [ölü keçid]. azeuronews.com, 27.01.2019 (az.)