47°31′48″ şm. e. 21°38′21″ ş. u.HGYO

Debretsen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Debretsen
Bayraq Gerb
Bayraq Gerb
47°31′48″ şm. e. 21°38′21″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1235
Sahəsi
Mərkəzin hündürlüyü 121 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 208,016 nəfər (2011)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 36 52
Poçt indeksi 4000–4044, 4225
Digər
debrecen.hu
Debretsen xəritədə
Debretsen
Debretsen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Debretsen (macarca Debrecen) — Budapeştdən sonra Macarıstanda ikinci şəhər hesab olunur. Debretsen Böyük Şimali Düzənlik regionunun mərkəzi şəhəridir. Haydu-Bihar bölgəsinin oturacağı burda yerləşir. 1848-1849-cu illər inqilabı və II Dünya Müharibəsinin sonunda Debretsen şəhəri Macarıstanın paytaxtı funksiyasını yerinə yetirib. Paytaxt Budapeştdən 220 km aralıda olan Debretsen Böyük Macar Düzənliyində yerləşir. Şəhərin yaxınlığında Macarıstanın yerli parklarından olan Hortobac (macarca Hortobágy) var.[2]

Şəhərin ilk dəfə adı 1235-ci ildə "Debrezun" deyə çəkilib. Fərziyyələrə əsasən, bu adın kökü Kumanlara və ya Slavyanlara dayanır.

Debretsenin iqlimi əsasən dəniz iqlimindən və rütubətli kontinental iqlimindən ibarətdir.

Paytaxt Budapeştdən 220 km aralıda olan Debretsen Böyük Macar Düzənliyində yerləşir. Şəhərin yaxınlığında Macarıstanın yerli parklarından olan Hortobagi var.

Öncəki illərdə Debretsen, ölkənin əsas nəqliyyat nöqtəsi olan Budapeştdən təcrid olunmuşdu. Lakin, M35 avtomagistralın çəkilişindən sonra Budapeştdən Debretsenə sadəcə 2 saata çatmağa imkan yaratdı.

Debretsen Beynəlxalq Hava Limanı Macarıstanda ikinci Hava Limanı hesab olunur. Aparılan son yeninlənmədən sonra, hava limanı daha çox beynəlxalq uçuşlar qəbul edə bilər. Debretsendən Milana, Eyndhovenə, Londona və s. digər şəhərlərə birbaşa uçuşlar var.[3]

Debretsendə bir çox dəmir yolu stansiyaları var. Əsas Debretsenə əlavə olaraq kiçik stansiyalarda mövcuddur. Dəmiryolu xəttindədə bir çox yeniləndirmə aparılmışdır.[4]

Debretsenin UkraynaRumıniya ilə qonşu olması şəhərin əhəmiyyətli bir ticarət mərkəzi və nəqliyyat qovşağı kimi inkişaf etməsində böyük rol oynayır.

Şəhərin yerli nəqliyyatını DKV (mac.Debreceni Közlekedési Vállalat, azə. Debretsen Nəqliyyat Şirkəti) tərəfindən idarə olunur.[5] Yaxın kəndlərə və kiçik şəhərlərə Haydu Volan (Hajdú Volán) avtobusları ilə səyahət etmək olar.

1910-cu ildə Piaç küçəsi
Şəhər mərkəzinin tarixi fotosu
Stefen Boçkay - Transilvaniyadan olan Macar zadəganı.

Macarıstan dövləti qurulmamışdan öncə bu ərazidə xeyli tayfalar yaşamışdır. Şəhər üç kiçik şəhərlərin (Boldoqaşsonifalva, Sentlaslofalva və Debreçun) birləşməsindən əmələ gəlmişdir. 13-cü əsrin ortalarından sonra şəhər sürətli inkişaf etmişdir.

1361-ci ildə I Layoş Debretsen sakinlərinə özünü idarəetmə hüququnu verərək, hakimi və şuranı seçməyi tapşırır. XVI əsrin əvvələrində Debretsen bazar şəhərinə çevrilir.

Osmanlı dövründə, qalaların və şəhər divarlarının olmaması təhlükələrə yol açırdı. Bu təhlükələr əsasən liderlərin diplomatik məharəti nəticəsində sovuşurdu. Şəhər hərdən Osmanlı, hərdən isə Avropa Katolikərin yada Transilvaniya şahzadəsi tərəfindən müdafiə olunurdu. Bu hadisə şəhər sakinlərinin daha açıq düşüncəli olmasına gətirib çıxardı. Bununla da şəhərdə Protestant islahatı baş verdi. Beləliklə şəhər "Kalvinist Roma" ləqəbini qazandı. Bu müddətdə Debretsen əhalisi əsasən Macar Kalvinistlərdən təşkil olunmuşdur.

1693-cü ildə I Leopold tərəfindən şəhər kral şəhəri (mac. Szabad királyi város) elan olundu. 1715-ci ildə Roma-Katolik kilsəsi şəhərə qayıtdı. Bu müddətdə şəhər əhəmiyyətli mədəniyyət, ticarət, kənd təsərrüfatı mərkəzi sayılırdı.

1849-cu ildə Macar inqilabçı hökumətinin Peşt-Budadan (indiki Budapeşt) Debretsenə gəlməsindən sonra ölkənin müvəqqəti paytaxtı seçildi. Həmin ilin Aprel ayında Habsburqların taxtdan salınmasından sonra Macarıstanın müstəqilliyi Koşut Layoş tərəfindən Böyük Kilsədə elan olundu. Sonuncu müstəqillik döyüşü Debretsenə yaxınlığında olmuşdur.

Böyük Kilsə

Müharibədən sonra Debecen yavaş templə inkişaf etməyə başlayır. 1857-ci ildə Budapeştlə Debretsen arasında dəmityolu xətti salınır. Yeni məktəblər, xəstəxanalar, kilsələr, fabriklər, dəyirmanlar tikilir, eləcə də banklar və sığorta şirkətləri şəhərdə fəaliyyət göstərməyə başlayırlar. Hündür binalarla, parklarla və gözəl villalar ilə şəhərin görünüşü inkişaf etməyə başlayır. 1884-cü ildə Debretsen ilk buxarla işləyən tramvay işlədən şəhər olur.

Birinci dünya müharibəsindən sonra Macarıstan şərq torpaqlarını itirərək Debretsen yenə sərhədə yaxın şəhər olur. Turizm təkmilləşmədə xeyli rolu oldu. Nagyerdő ("Böyük Meşə") adlı mərkəzi parkda binalar tikilərək turizm böyüməyə başladı. Bu zaman universitet binası tikilərək istifadəyə verilir. Hortobagi ən çox səfər olunan məkanlardan biri olur.

İkinci dünya müharibəsindən sonra şəhər tamamilə dağılır. Binaların 70%-i ciddi xəsarətlər alaraq yararsız hala düşür, 50%-i isə ümumiyyətlə dağıdılır. 1944-cü ilin Oktyabr ayında irimiqyaslı döyüşlərdən biri Debretsen döyüşü şəhər yaxınlarında baş verir. 1944-cü ildən sonra yenidənqurma işləri aparılaraq Debretsen yenədə Macarıstanın müvəqqəti paytaxtı seçilir. Sakinlər şəhərin köhnə halına qaytarılmasına çalışırdılar. Lakin Komunist hökumətinin planları Debretsenə bəzi itkilər gətirdi. Hortobagi üzərində hakimiyyəti itirən Debretsen, ərazisinin yarısı yanındakı kiçik şəhərciklərə birləşdirilir. Buna baxmayaraq 1981-ci ildə yaxınlıqda olan Yoja kəndi şəhər ərazisinə birləşdirilir. Bundan sonra Debretsen ölkənin ikinci şəhərinə çevrilir.

Şəhərin əhalisi 215 mindən çoxdur. Şəhərin 95% macarlardan ibarətdir. Az sayda qaraçılar, rumınlar, almanlar da görmək olar. 2001-ci ilin statistikasına əsasən etnik qruplar (2001):

Dinlərə gəlincə, üstünlük kalvinistlər tərəfindədir. Daha sonra Roma və Yunan katolikləri gəlirlər. Az sayda lüteranların da olmasını müşahidə etmək olar[6]:

Debretsen Universitetinin əsas binası

Debretsen Universiteti ölkənin öndəgedən universitetlərindən biri sayılır. Universitetin bir çox bölmələri mövcuddur və Avropada ən iri araşdırma ləvazimatları olan təhsil ocağı hesab olunur.[7]

Debretsen Universiteti 30.000-dən çox tələbəni və 14 fakültəni 6 kampusda birləşdirən Macarıstanın ən böyük ali məktəblərindən biridir. Universitet Macarıstanın ən nüfuzlu ali məktəblərindən biridir və “Research Excellence” (Tədqiqat Mükəmməlliyi) titulunu daşıyır. Universitetin kitabxanası Macarıstanın ən böyük kitabxanasıdır və ölkənin iki milli kitabxanalarından biridir. Universitet, Macarıstanın ən böyük kompüter klasterinə sahibdir (203 TFlop/s) və “Leo” adlanır (Leo Silardın şərəfinə). Bu qurum 2015-ci ildə dünyanın top 500 superkompüter şəbəkəsi sərasında 370-ci yeri tutub. Ali məktəb tibb təhsili üzrə dünyada 151-200-cü yerlərdə qərarlaşıb

XIX əsrin ikinci yarısında, Debretsen mətbuatı mühüm insanların marağına səbəb oldu. Endre Adi, Gyula KrudiArpad Tot jurnalistika karyeralarını burda başlamışlar. Məşhur yazıçı Maqda Sabo burda yaşayıb yaratmışdır. 1865-ci ildə tikilən şəhər teatrı, Macarıstanın görkəmli şairi Mihali Çoknai Vitez adına verilir.[8]

Təhsildən sonra iş tapmaq imkanları

[redaktə | mənbəni redaktə et]
Universitetin daxilində tələbələrin rahatlığı üçün bankomat, poçt idarəsi və s. imkanlar var

Debretsen Universitetinin nəzdində təhsil alan tələbələr və təhsili yeni bitirmiş alumnilər üçün tez-tez iş yarmarkası təşkil edilir. İş yarmarkasında müxtəlif şirkətlərin nümayəndələri iştirak edirlər və onlar öz stendlərinin qarşısında duraraq maraqlı olan şəxslərə məlumat verirlər. Həmçinin, iş yarmarkasında təcrübə (staj) proqramları da təklif olunur. Bu kimi yarmarkalarda maraqlananlara CV-lərin yazılma və hazırlanma qaydaları, iş görüşündə intervyu qaydaları və danışıq forması, yazı üsulu qaydaları öyrədilir, müxtəlif əcnəbi dillərin səviyyəsi yoxlanılır. Tədbirdə çoxlu sayda iş sərgiləri, təcrübə proqramları, şirkətlərdə təhsilini bitirmişlər üçün treyninqlər, təqaüdlər, tələbə işləri təklif edilir. Həmçinin, müxtəlif prezentastiyalar, iş intervyuları göstərilir, karyera qurmasına aid məsləhətlər verilir. Burada maraqlananlar könüllülük proqramları və şəbəkələşmə imkanları da təqdim edilir.[9]

Universitetdə fərqli fakültələr üzrə də iş yarmarkaları təşkil edilir. Məsələn, Mühəndislik fakültəsinin tələbələri və fakültəni bitirmiş alumnilər üçün mütəmadi olaraq bu cür tədbirlər olur. Onlarla şirkətlər yarmarkaya qatılırlar və maraqlı şəxslər özləri üçün karyera qurmaq imkanı əldə edirlər.[10]

Debretsen ölkənin ikinci böyük şəhəri olduğu üçün burada bir neçə transmilli korporasiyaların (məsələn, British Telecom (Böyük Britaniya), National Instruments (ABŞ), və s.) ofisləri var.[11]. Xarici dilləri (alman, rus, ingilis və s.) bilən əcnəbilər üçün iş imkanları daha genişdir.[12]

Şəhərdə yaşayış xərcləri

[redaktə | mənbəni redaktə et]

Debretsendə yaşayış xərcləri orta hesabla Macarıstanda ümumi yaşayış xərclərindən 2.2% aşağıdır, Budapeştdən 20-25% daha aşağıdır[13]. Yaşayış şərtlərinə görə şəhər 4 xallıq şkala ilə 3 kimi qiymətləndirilir. Qidalara gəlincə, əsas qida məhsulları aşağıdakı qiymətlərədir: 1 kq çörək - 200-300 forint, 1 litr süd - 190-240 forint, 6 yumurta 200 forint, 1 kq şəkər tozu - 140 forint, 1 kq yerli pendir - 1400 forint, 1 kq düyü - 250-500 forint, 1 kq kartof - 250 forint, 1 kq pomidor - 450 forint, 1 kq alma -300 forint, 1 kq toyuq döş əti - 1200 forint, 1 litr su - 120 forint.[14]

Digər xərclərə gəlincə, 1 litr benzin 290 forint, sürətli internet 6000-12000 forint aya, avtobus bileri 220 forint, aylıq avtobus kartı 4950 forint, tələbələr üçün aylıq avtobus kartı 2350 forint, tramvay bileti 220, aylıq tramvay kartı 3490 forint, tələbələr üçün aylıq tramvay kartı 1650 forint, kinoteatra bilet 1200 forint, muzeyə bilet 500-1200 forint, hovuza biler 1200-3000 forint. Əgər tələbə həyatını əsas götürsək, o zaman aylıq 40 000-100 000 forint arasında bir nəfərlik mənzillər/studiolar/otaqlar tapmaq mümkündür. Burada əsas rolu yerləşmə, şərait oynayır. Ortalama bir tələbə qidalanmaq üçün 20 000 - 40 000 forint, nəqliyyat üçün ayda 3000 forint, boş vaxtı və əyləncəsi üçün 2000 - 12000 forint, telefon, internet xərcləri, paltar, tibbi xərclər üçün 15 000 - 30 000 forint xərcləyir.[15]

Debretsendə rok musiqisinə maraq böyükdür. Şəhərdə gənclər üçün rok məktəbi fəaliyyət göstərir. Debretsendə 1966-cı ildən hər il 20 avqustda Macarıstanın Dövlətinin Yaranması Günündə Gül Karnavalı keçirilir.[16]

Turistik yerləri

[redaktə | mənbəni redaktə et]

Debretsen şəhərinin 40 km qərbində Hortobac Milli Parkı (macarca "Hortobágyi Nemzeti Park") yerləşir. 800 km² sahəsi olan park Macarıstanən ən böyük təbii park qoruğudur. 1973-cü ildə əsası qoyulan və Macarıstanın ən qədim milli parkı hesab edilən Xordobad 1999-cu ildə YUNESKO-nun mədəni irsi siyahısına salınıb.[17]

Debretsen şəhərinin özündə müxtəlif tarixi abidələr yerləşir. Orada ölkənin ən böyük protestant məbədi Böyük Kalvinist Kilsəsi (1821-ci ildə tikilib) yerləşir. Həmçinin, 1715-ci ildə piarlar tərəfindən tikilənmüqəddəs Anna Kafedral kilsəsi, Reformator kolleci binası, Yunan-katolik kilsəsi (1910) də Debretsendədir. Şəhərin cəlbedici məkanlarından biri Nadyördö termal parkdır. Böyük su kompleksində termal vannalar və hovuzlar yerləşir. Debretsenin simvollarından biri ölkənin ən qədim mehmanxanası olan "Qırmızı Öküz" otelidir. Turistlərin ən xoşuna gələn yemək Debretsen kolbasası olan yeməklərdir.

Əsas görməli yerləri

[redaktə | mənbəni redaktə et]
  • Böyük Protestant Kilsəsi (Nagytemplom);
  • Mərkəzi park (Nagyerdő) və spa;
  • Deri Muzeyi;
  • Debretsen Gül Festivalı[18] hər il 20 Avqusta keçirilir;
  • Nacerdei (Nagyerdei) Stadion;
  • Ravatalozo (xiyaban);
  • Çokonai teatrı.

Şəhərin Debretsen VSC adlı klubu mövcuddur. Klub Macarıstanda ən uğurlu klub sayılır. Şəhər həmçinin bir çox idman tədbirlərinə ev sahibliyi etmişdir.

Debretsendə dünyaya gələnlər

[redaktə | mənbəni redaktə et]

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]
Qardaşlaşmış şəhərləri göstərən sütun
  1. (unspecified title). Hungarian Central Statistical Office.
  2. Antal Papp: Magyarország (Hungary), Panoráma, Budapest, 1982, ISBN 963 243 241 X, p. 860, pp. 463-477
  3. "Debrecen Airport". 2019-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  4. "MÁV-START :: ELVIRA - belföldi vasúti utastájékoztatás". Elvira.mav-start.hu. 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-25.
  5. "DKV Debreceni Közlekedési Zrt". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  6. "2001 Census". 2013-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03-07-2010.
  7. "History of the University | Debreceni Egyetem". Unideb.hu. 2000-01-01. 2017-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-25.
  8. "Arxivlənmiş surət". 2012-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.
  9. "Job Fair and Carrier Day at the University". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  10. "Job Fair and Carrier Day at the University". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  11. "BT jobs in Debrecen". 2017-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  12. "Job opportunities for foreigners". 2017-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  13. "Cost of living in Debrecen, Hungary compared to Budapest, Hungary". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  14. "Cost of Living". 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  15. "Cost of living in Debrecen, Hungary". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  16. "Debrecen Flower Carnival". 2017-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  17. "National Park Hortobágy - The Puszta". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  18. "debreceniviragkarneval.hu". debreceniviragkarneval.hu. 2013-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-25.
  19. "Διεθνείς Σχέσεις". e-patras.gr. 2012-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-25.
  20. "Syktyvkar :: Regions & Cities :: Russia-InfoCentre". Russia-ic.com. 2010-12-12. 2010-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]