Deşima
Deşima | |
---|---|
yap. 出島 | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 81,33 km² |
Hündür nöqtəsi | 490 m |
Əhalisi | 2.572 nəfər (2018-ci il) |
Yerləşməsi | |
32°44′37″ şm. e. 129°52′23″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Deşima adası (yap. 礼文島, nid. Desjima) — Naqasaki körfəzindəki yelpik şəkilli süni ada (Yaponiya). Ada əvvəlcə portuqallar üçün bir anbar və ötürmə nöqtəsi olaraq inşa edildi. 1641–1853-cü illərdə Sakoku adı ilə tanınan Yaponiyanın təcrid dövründə ada Yaponiyadakı yeganə Hollandiya ticarət limanı idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Əvvəlcə süni adanın inşasına portuqaliyalı tacirlər üçün ticarət və malların saxlanma yeri olaraq syoqun İemisunun sifarişi ilə 1634-cü ildə başlanılmışdır. 1637-ci ildə Simabarda qiyam baş verdi. Bu qiyamda yapon xristianları fəal iştirak etdilər. Bundan sonra Yaponiyada xristianlığın artan təsirindən həyəcanlanan syoqunat bütün avropalıları ölkədən qovmaq qərarına gəldi. 1639-cu ildə syoqun Portuqaliyanı Yaponiyadan və müvafiq olaraq Deşimadan tamamilə qovdu. Bununla birlikdə, hollandiyalıların Simabar üsyanını yatırmaqda göstərdiyi köməyi və missionerlik fəaliyyəti etmədən Kalvinizmi etiqad etdiklərini nəzərə alaraq Niderland Ost-Hind Şirkətinin Naqasaki üzərindən ticarət etməsinə icazə verdi[1].
Əvvəlcə Hollandiya missiyası Hirado limanında olduqca geniş əraziləri əhatə etdi. 1637–1639-cu illərdə hollandiyalılar Hiradodakı ticarət postlarını daş evlər və anbarlarla təchiz etmək qərarına gəldilər. Bu da onların Deşima adasına qovulmalarına rəsmi səbəbi oldu. Onların qovulmasına bəhanə hollandiyalıların, Avropa ənənələrinə uyğun olaraq miladi təqvimi ilə binaların elementlərinə tikinti tarixinin qeyd olunması idi. Beləliklə onlar bakufu fərmanını pozdular. Bu dfərmana görə hər hansı bir xristian simvolu, o cümlədən xristian xronologiyası Yaponiyada tamamilə qadağan edilmişdi[2].
Hollandiyalıların bu kiçik səhvi syoqunların onları Sakoku qaydalarına ciddi şəkildə tabe olmamaqda ittiham etməyə imkan verdi. Nəticədə 1641-ci ildə Hiradodakı ticarət postu dağıdıldı və hollandlar yapon hakimiyyətinin Yaponiya ərazisindəki xaricilərin bütün münasibətlərini asanlıqla idarə edə biləcəyi kiçik və daha rahat Deşima ilə kifayətlənməli oldu.
Ticarət
[redaktə | mənbəni redaktə et]Əvvəlcə Çindən gələn ipək Hollandiya ticarəti üçün əsas gəlir mənbəyinə çevrilmişdi. Lakin sonradan hollandlar Yaponiyaya şəkərlə maraq göstərdilər, bu da onlar üçün daha sərfəli oldu. Bundan əlavə Asiyadan gələn mütəlif xəz dəriləri, eləcə də Avropadan gətirilən yun və şüşə məmulatları tələb olunurdu. Yaponiyadan hollandiyalılar əsasən gümüş və digər metalları, habelə çini qablar gətirirdilər.
Deşimanın iki əsrlik tarixi ərzində (1641–1847) 606 Hollandiya gəmisi limanı ziyarət etmişdir. Əvvəlcə hollandlar sərbəst ticarət edirdilər. Lakin 1671-ci ildən bəri Avropa təsirindən qorxan syoqun ticarət dövriyyəsini getdikcə məhdudlaşdırırdı. Əvvəlcə ildə 5 gəmi, sonra 1715-dən 2 gəmi, 1790-dan bir gəmi tətbiq olundu. Baxmayaraq ki, sonradan Yaponiya hakimiyyəti ildə iki gəmi təcrübəsinə qayıtdı. Napoleon müharibələri zamanı Hollandiya Fransa əyaləti olduqda, İngilis donanması ticarətə mane oldu və holland gəmilərinə açıq şəkildə hücum etdi. Ancaq Deşimanın təchizatı və bu zaman kəsilmədi, Amerika və Danimarkadan gələn neytral gəmilərin köməyi ilə ticarət davam etdi. Niderlandın 1815-ci ildə Fransanın işğalından azad edilməsindən sonra müntəzəm ticarət yenidən bərpa olundu.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Христианское столетие Японии". 2007-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01. (версия сайта от 25 октября 2007 года. web.archive.org)
- ↑ Edo-Tokyo Museum exhibition catalog, p. 207.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Deşimanın xəritəsi
- Deşimanın tarixi (ing.)
- "Хронология периода Эдо". 2007-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.