Daylaxlı
Kənd | |
Daylaxlı | |
---|---|
39°43′38″ şm. e. 45°29′38″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Paşalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.630 m |
Saat qurşağı | UTC 4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Daylaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 7 km şərqdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə Daylaqan[3], Qafqazın 5 verstlik xəritəsinə Daylaxlı kimi[4] qeyd edilmişdir.
Toponim daylaxlı tayfa adı əsasında əmələ gəlmişdir. Fikrimizcə, daylaxlı etnoniminin əsasında qədim dey etnonimi[5] dayanır. Dey>day tayfasım skiflərin bir qolu da hesab edirlər[6].
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1873 - cü ildə 87 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə 60 nəfər, 1904 - cü ildə 218 nəfər, 1914 - cü ildə 240 nəfər, 1916-cı ildə 209 nəfər azərbaycanlı yaşamışdır[7].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. Yalnız 1926-cı ildə burada 6 nəfər azərbaycanlı olmuş[8], onlar da 1928-29 - cu illərdə sıxışdırılıb kənddən çıxarılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.59
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.73
- ↑ Hacıyev T. Azərbaycanın qədim onomastikasına dair. Azərbaycan filologiyası məsələləri, II bur., Bakı, «Elm», 1984. s.128
- ↑ Eyvazova R. Əfqanıstanda türk mənşəli toponimlər, Bakı, «Elm», 1995. s.161
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.88-89, 158-159
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.88-89