Dayan Kryuqer
Dayan Kryuqer | |
---|---|
Diane Kruger | |
Doğum adı | Diane Heidkrüger |
Doğum tarixi | |
Doğum yeri | Algermissen, Hildeshaym, Almaniya |
Vətəndaşlığı | |
Partnyorları |
|
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 2002-indiyədək |
Təhsili | |
Boyu | 174 sm |
Mükafatları | |
IMDb | ID1208167 |
Vikianbarda əlaqəli mediafayllar |
Dayan Kryuqer (15 iyul, 1976, Almaniya, eng: Diane Kruger) — almaniyalı aktrisa və keçmiş model. Şimali Amerikada onu "Troya" filmindənki Helen və Nikolas Keyclə birlikdə çəkildiyi "Millətin dəfinəsi", "Millətin dəfinəsi:kitabın sirri" filmindəki Dr. Abiqeyl Ceys roluna görə tanıyırlar.
Həyatı
[redaktə | mənbəni redaktə et]Dayan Kryuqer 15 iyul 1976-cı ildə Aşağı Saksoniyada yerləşən Hildeshaym şəhəri yaxınlığındakı Algermissen adlı kiçik alman qəsəbəsində dünyaya gəlib. Atası Hans-Haynrix Haydkryuqer kompüter mütəxəssisi, anası Mariya Tereza Haydkryuqer isə adi bank işçisi idi. Dayanın Ştefan adında özündən kiçik qardaşı da var. O, uşaqlıqdan baletlə məşğul olmaq arzusunda idi və artıq 2 yaşından rəqs etməyə başlamışdı. Balet məktəbinə gedən Dayan 1987-ci ildə təhsilini davam etdirməsi üçün London Kral Balet Məktəbinə göndərilmişdi. Artıq iki ildən sonra dördüncü dərəcə alan Dayan dizindən aldığı zədəyə görə peşəkar balerina olmaq arzusunu unutmalı oldu. 1989-cu ildə Dayan Almaniyaya qayıtdı və elə həmin il onun valideynləri boşandılar. Anası uşaqlarına tək baxmalı oldu. Dayan dərslərin arasında poçt daşımaqla və pitseriyada çalışmaqla anasına yardım edirdi. Aktrisa uzun illərdir ki, atası ilə danışmır və onu bağışlaması üçün dəfələrlə üzr diləyən atasını rədd edir.
Karyerası
[redaktə | mənbəni redaktə et]1991–92-ci illərdə Dayan Kryuqerin model karyerası başladı. Nüfuzlu bir müsabiqədə birinci yeri tutması bir fotomodel kimi onun karyerasında dönüş nöqtəsi oldu. Tezliklə o, "Christian Dior", "Yves Saint Lauren", "Jil Sander", "Dolce&Gabana", "Armani" kimi məşhur ticarət markalarına məxsus geyim və ətriyyatı təqdim etməyə başladı, "Vogue", "ELLE" və başqa parlaq dərgilərin üz qabığına çıxdı. 1997-ci ildə fransız dilini yaxşı bilmədiyi üçün onun "Beşinci element" filminə çəkilməsi mümkün olmadı. Məhz Lük Bessonun məsləhəti ilə o, modelliyi buraxaraq Parisə gəldi və aktrisalığın sirlərini öyrənməyə başladı. Debüt 2002-ci ildə, "Virtuoz" filmində baş tutdu. Daha sonra "Nə hə, nə yox" (2002), "Necə istəyirsən" (2002), "Mişel Valiant" (2003) filmləri gəldi. 2004-cü ildə aktrisa özünün ilk Amerika filminə çəkildi. Həmin il keçirilən kastinqdə 3000 aktrisadan üstün olan Dayanı "Troya" filminə çəkdilər. Bu filmdən sonra onu "Hollivudun tapıntısı" adlandırdılar.