Davud Nəsib

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Davud Nəsib
Davud Məcid oğlu Nəsibov
Doğum tarixi 25 avqust 1942(1942-08-25)
Doğum yeri
Vəfat tarixi 26 mart 2003(2003-03-26) (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Təhsili
Fəaliyyəti tərcüməçi, şair, publisist
Fəaliyyət illəri 1956-cı ildən
Janr poeziya
İlk əsəri "Mənim doğma çayım - Mənim Kür çayım" (1956)
Mükafatları Ümumittifaq Lenin komsomolu mükafatı — 1986 Azərbaycan LKGİ mükafatı — 1984
davudnasib.az

Davud Məcid oğlu Nəsibov (25 avqust 1942, Qazax26 mart 2003, Bakı) — şair, publisist, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümumittifaq komsomolu mükafatı laureatı (1986).

Davud Nəsib 1942-ci il avqustun 25-də Azərbaycanın Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1959–1963).[1]

Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır.[2] Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirmişdir.[3] Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur.[4]

1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir.

Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971–1972).[5] Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olmuş, sonra burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü idi. 1978–1980-ci illərdə Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olmuşdur.[6]

ÜİLKGİ — XVU qurultayına nümayəndə seçilmişdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan LKGİ-nin Fəxri fərmanlarına layiq görülmüşdü.[7]

2003-cü il martın 26-da qəzaya uğrayıb dünyasını vaxtsız dəyişmişdir.[8]

Məxfirət Nəsibova (Hüseynova) ilə ailəli idi. Xəyal, Xəyyam adlı iki övladı var.[9]

Davud Nəsibin atası Məcid Nəsibov Böyük Vətən müharibəsində həlak olub.[10]

2022-ci ildə Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının birgə təşkilatçılığı ilə Davud Nəsibin anadan olmasının 80 illiyi ilə əlaqədar Qazax şəhərinin Ədəbiyyat Muzeyində xatirə gecəsi keçirilmişdir.[11]

  • Gözüm səni axtarır. Bakı: Azərnəşr, 1966, 31 səh.
  • Dağlar danışsaydı. Bakı: Gənclik, 1969, 49 səh.
  • Məhəbbət yolları. Bakı: Gənclik, 1973, 110 səh.
  • Ürək sözsüz danışır. Bakı: Gənclik, 1976, 134 səh.
  • Ümid qatarı. Bakı: Gənclik, 1979, 133 səh.
  • Bizdən sonra yaşayanlar. Bakı: Yazıçı, 1981, 174 səh.
  • Əsrin laylası. Bakı: Gənclik, 1982, 223 səh.
  • Azərbaycan bayatısı (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 208 səh.
  • Dünya bir körpüdür, Bakı: Yazıçı, 1987, 183 səh.
  • Karvan gedir. Bakı: Yazıçı, 1991, 191 səh.
  • Cavanşir (tarixi roman kiril çapı) — Bakı, "Qızıl Şərq", 2000.
  • Cavanşirsiz məmləkət (tarixi roman) — Bakı, "Qızıl Şərq", 2002.
  • Ata laylası — Bakı, "Qızıl Şərq", 2013.
  • Cavanşir (tarixi roman latın çapı) — Bakı, "Zərdabi Nəşr", 2019.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  • Mikloş Radnoti. Yaralı ağılar. Bakı: Yazıçı, 1984, 118 səh.[12]

Biblioqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • Bir ömrün salnaməsi //Yeni Azərbaycan.-2001.- 25 iyul.- S. 7.
  • Sığındım //Ədəbiyyat qəzeti.-2012.- 4 avqust.- S.5.
  • Ata //Ədəbiyyat qəzeti.-2014.- 14 fevral.- S.7.

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]
  1. "Davud Nəsib: Tərcümeyi hal" (az.). davudnasib.az. 2021. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
  2. Xaliq Rəhimli. "Vətən məhəbbətli, vətən ünvanlı." (az.). Ədəbiyyat qəzeti. 2011-08-19. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
  3. ""Bir dəli yağış" adlı şeir toplusunun təqdimatı keçirilib". davudnasib.az (az.). 2019. 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.10.2023.
  4. Bəxtiyar Qaraca. "Davud Nəsibin ümid qatarı" (az.). 525-ci qəzet. 2012-09-28. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
  5. Əhmədov Teymur, "Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə)" Ensiklopedik məlumat kitabı, Bakı: Nurlar, 2011.
  6. Sərvaz Hüseynoğlu, "Davud Nəsibin yadigar kreslosu" //Ədəbiyyat qəzeti.-2012.- 1 sentyabr.- S.6.
  7. Şəlalə Cəlalqızı, "Şeirsiz həyatda quru nəfəsəm…" / Davud Nəsib — 70 //Şərq. −2012.- 3 oktyabr. — S.12.
  8. Faiq Əliyev, "Həsrəti ömrü boyda olan şair", 525-ci qəzet.- 2014.- 13 mart.- S.7.
  9. Bəxtiyar Qaraca, Kəmalə Mirzəyeva, "Damcılı bulaq, dağdağan ağacı və Davud Nəsibin yurdu" Arxivləşdirilib 2021-04-23 at the Wayback Machine // 525-ci qəzet.- 2019.- 5 iyun.- S.14–15.
  10. Mina Rəşid, "Davud Nəsibi heç vaxt unutmaram…" Arxivləşdirilib 2021-04-23 at the Wayback Machine //Ədəbiyyat qəzeti. −2019. — 24 avqust. — S.13.
  11. "Taninmiş şair Davud Nəsibin anadan olmasının 80 illiyi ilə əlaqədar xatirə gecəsi təşkil edilib" (az.). 28 sentyabr 2022. 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2023.
  12. "Elektron kataloq". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]