Davaçı xan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Davaçı xan
monq. ᠳᠠᠸᠠᠴᠢ
Şəxsi məlumatlar
Vəfat tarixi 1759
Dini Tibet buddizmi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Davaçı xan (Dabaçı) ( 1759) — 1753–1755-ci illərdə Dörben Oyrot ulusunun (Дөрвн өөрд улс) hökmdarı xuntayci titulu ilə, Çoros soyundan, Şuno Dabo-baatarın oğlu.

Xuntayci Qaldan-Tseren öləndən sonra Cunqariyada ixtişaşlar başladı. Ara vuruşmalarından Davaçı zəfərlə çıxdı. Amma bəzi noyonlar öz namizədləri Nemexu-Jirqalı taxta əyləşdirmək istədilər. Cunqariyada iki xan oldu. Amursanın yardımı olə Davaçı rəqibini öldürdü. Xoyt xanı bu yardıma görə Davaçıdan bəzi bölgələri tələb etdi. Davaçı onun tələblərini rədd etdiyindən yeni döyüşlər başladı. 1754-cü ilin avqustunda Amursan məğlub oldu. O, Xalxuya qaçdı. Ordan Tzin sülaləsinin hökndarı Tsyanluna kömək üçün müraciət etdi. Tzin sülaləsi Amursandan istifadə edib Cunqar xanlığını ələ keçirmək qərarına gəldi.

Tsyanlun böyük bir ordu topladı. Cunqariyaya daxil olub xanlığı ələ keçirdi. 1755-ci ilin iyun-iyul aylarında mancurlar hücum edib İrtış və İli hövzələrini zəbt etdilər. Xoyt xanı Amursan onlarla idi. Bir çox oyrot noyonları Amursanın tərəfinə keçdilər. Davaçı özü 7 minlik qoşunla Xaşin gölü ətrafında gizləndi. Burda Tzin qoşunu ilə üzləşdi.

Davaçı 4 minlik qoşunla qazaxların sərhəddinə keçdi. Orda 3 min qazax ona birləşdi. Döyüşə-döyüşə Altay dağlarına sığındı. Sonra Qaşqara getdi. 1755-ci ilin iyul ayiında Kuçada tutulub Tsin sərkərdəsinə verildi.

Əsir Davaçı mühafizə altında Pekinə yola salındı. Pekində ona yaxşı münasibət göstərdilər. Çin-van titulu ilə təltif etdilər. Yaxın ətrafı ilə imperatoru hər gün görmək ixtiyarı vardı.

Davaçının oğlu Lubca imperatorun qardaşı qızı ilə evləndi.

Davaçı 1759-cu ildə vəfat etdi..

  • Златкин И. Я. История Джунгарского ханства (1635–1758), М., 1964.
  • Чимитдоржиев Ш.Б. Национально-освободительное движение монгольского народа в XVII–XVIII вв.