Darude
Darude | |
---|---|
Ville Virtanen | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Toni-Ville Henrik Virtanen |
Ləqəbləri |
|
Doğum tarixi | 17 iyul 1975 (49 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | Finlandiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | DJ, prodüser |
Fəaliyyət illəri | 1995–h.h. |
Janrlar |
|
Musiqi aləti | sintezator |
Albom şirkətləri |
|
Əlaqəsi | JS16 |
darude.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ville Virtanen (17 iyul 1975, Eura[d], Satakunta[1]) və ya səhnə adı ilə Darude — Finlandiya DJ-i və prodüseri. O, 1995-ci ildən musiqi karyerasına start vermiş və 1999-cu ilin sonlarında buraxdığı "Sandstorm" hit sinqlı ilə dünyada şöhrəti qazanmışdır. 2000-ci ilin sentyabrında satışa buraxdığı Before the Storm adlı debüt studio albomunun dünyada 800,000-dən artıq nüsxəsi satılmış və Darude üç fin Grammy mükafatına layiq görülmüşdür. Albom Finlandiya hit-paradlarında birinciliyə, Amerikanın Billboard dərgisində isə 6-cı yerədək yüksəlməyə nail olmuşdur. Darudenin ikinci studiya albomu Rush Billboard dərgisində 11-ci yerdə, Finlandiyada isə 4-cü yerdə qərarlaşmışdır.
Onun üçüncü studiya albomu olan Label This! 2007-ci ildə işıq üzü görmüşdür. Label This! Darudenin digər albomları kimi uğur qazana bilməsə də, Amerikan bloqu Gawker albomu tərifləmişdir. 2011-ci ildə o, EnMass albom şirkətini yaratmışdır. Həmin şirkət vasitəsi ilə Darude öz musiqilərini buraxmağa başlamışdır. Tomorrowland, Future Music kimi festivallarda çıxış etdikdən sonra 2015-ci ilin avqust ayında Darude Moments adlı dördüncü studiya albomunu buraxmışdır. Daha sonra isə o, Amerika və Kanadada turlar həyata keçirmişdir.
29 yanvar 2018-ci il tarixdə Darudenin Finlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi elan edilmişdir.[2]
Musiqi karyerası
[redaktə | mənbəni redaktə et]1990–99: Erkən illəri və "Sandstorm"
[redaktə | mənbəni redaktə et]Ville Virtanen 17 iyul 1975-ci ildə Finlandiyanın Eura şəhərində anadan olmuşdur. O, öz musiqi karyerasına məktəb illərindən başlamışdır.[3] Onun musiqiyə olan marağı artdıqca Virtanen daha ciddi musiqi istehsalı üsullarından istifadə etməyə başlamışdır. Sinif yoldaşının şənliyində ikən o, İsveç müğənnisi Leyla K-nin "Rude Boy" mahnısını ifa etmişdir. Bunun ardınca Virtanen "Rude Boy" (azərb. Kobud oğlan) ləqəbini götürmüş və bir müddət sonra həmin ləqəb "Da Rude" və sonda "Darude" ilə əvəz olunmuşdur. O, 90-cı illərdə Finlandiyada trans və haus üslublarında musiqilər istehsal etməyə davam etmişdir. Həmin dövrlərdə onun musiqiləri fin radio stansiyalarında davamlı olaraq səsləndirilmişdir.
1999-cu ildə Virtanen "Sandstorm" mahnısının demosunu prodüseri JS16-ya təqdim etmişdir. O, JS16-nın leybl şirkəti olan 16 Inch Records ilə müqavilə imzaladıqdan qısa zaman sonra "Sandstorm" sinqlı buraxılmışdır. "Sandstorm" beynəlxalq hitə çevrilir və Finlandiya hit paradlarında zirvəyə yüksəlməyə nail olur. Böyük Britaniya hit-paradlarında üçüncü olduqdan sonra sinqlın dünyada 2 milyondan artıq nüsxəsi satılmışdır. Mahnı dünya mediasında geniş bir şəkildə yayılmış, müxtəlif idman hadisələrində, televiziya proqramlarında, video oyunlarda və filmlərdə soundtrek kimi istifadə olunmuşdur.
Darudenin ilk konserti 1999-cu ilin dekabr ayında Finlandiyanın Tampere şəhərində baş tutmuşdur.
2000–06: Before the Storm və Rush
[redaktə | mənbəni redaktə et]Darudenin Before the Storm adlı debüt studio albomu JS16 tərəfindən hazırlanmış və albomda JS16 iki remiksi də yer almışdır. "Sandstorm" da alboma daxil edilmişdir. Albomda yer alan "Feel the Beat" albomun ən uğurlu sinqlı olmuş və iki həftə boyunca Finlandiya hit-paradlarında zirvədə yer almışdır. "Feel the Beat" eyni zamanda Böyük Britaniya hit-paradlarında ilk beşliyə daxil olmuşdur. 2000-ci ilin sentyabrında satışa buraxdığı Before the Storm albomunun dünyada 800,000-dən artıq nüsxəsi satılmış və albom sayəsində Darude üç fin Grammy mükafatına layiq görülmüşdür. Albom Finlandiya hit-paradlarında birinciliyə, Amerikanın Billboard dərgisində isə 6-cı yerədək yüksəlməyə nail olmuşdur. Before the Storm eyni zamanda İsveçdə 9-cu, Norveçdə 14-cü, Kanadada 18-ci yerlərə yüksələ bilmişdir. Albomun buraxılışından qısa müddət sonra Darude albomda yer alan "Out of Control" mahnısının vokal versiyasını hazırlayaraq "Out of Control (Back for More)" sinqlı kimi təqdim etmişdir.[4]
Darude 2001-ci ildə dünya turuna çıxmış və eyni vaxtda onun Before the Storm albomunun Avstraliya turu versiyası nəşr olunmuşdur. 2002-ci ildə isə albomun Darudenin müxtəlif remikslərinin də əlavə edildiyi xüsusi versiyası buraxılmışdır.
2003-cü ilin əvvəllərində Darudenin "Music" və "Next to You" sinqlları buraxılmış və hər iki sinql onun həmin il işıq üzü görən Rush adlı ikinci studio albomuna əlavə edilmişdir. Albom Billboard dərgisində 11-ci yerdə, Finlandiyada isə 4-cü yerdə qərarlaşmışdır. Albomda yer alan "Next to You" sinqlı Finlandiya hit-paradlarında zirvəyə yüksəlməyə nail olmuşdur. Albomun buraxılışından sonra Darude Amerika və Şərqi Avropada tur planlarını həyata keçirməyə başlamışdır.
2007–12: Label This! və EnMass Music
[redaktə | mənbəni redaktə et]2007-ci ilin aprel ayında onun "Tell Me" sinqlı, sentyabr ayında isə "My Game" sinqlı təqdim olunmuşdur. Darudenin üçüncü studio albomu Label This! olmuşdur. Albom 2007-ci ilin oktyabr ayının 24-də Finlandiyada, 27-də isə Avropada satışa buraxılmışdır. Albomun "I Ran (So Far Away)" sinqlının da daxil edildiyi Amerikan versiyası isə 2008-ci ildə nəşr olunmuşdur. Label This! Darudenin digər albomları kimi uğur qazana bilməsə də, Amerikan bloqu Gawker albomu tərifləmişdir.
Darude 2010-cu ildə DJ-lər siyahısında 96-cı yerdə göstərilmişdir. O, həmin ildə ATB, The Thrillseekers, Pit Tonc, Cac Culs, Ferri Korsten və Pol Okenfold kimi musiqiçilər üçün remikslər hazırlamışdır. 2011-ci ildə o, EnMass albom şirkətini yaratmışdır. Həmin şirkət vasitəsi ilə Darude öz musiqilərini buraxmağa başlamışdır.
2013–15: Turlar və Moments
[redaktə | mənbəni redaktə et]Darude 2013-cü il boyunca dünya turlarında olmuşdur. 2014-cü ilin iyun ayında Belçikada keçirilən Tomorrowland festivalında iki gün ard-arda çıxış etmişdir. 2015-ci ilin mart ayında Avstraliyada keçirilən Future Music festivalı nəznində Sidney, Melburn, Brisben, Adelaida və Pert şəhərlərində çıxışlar etmişdir.
2015-ci ilin avqust ayında Darude Moments adlı dördüncü studiya albomunu buraxmışdır. Albomun əsas sinqlı olan "Beautiful Alien" Finlandiya hit-paradlarında zirvəyə yüksəlməyə nail olmuş və mart ayında mahnıya çəkilmiş videoklip təqdim olunmuşdur. Moments albomunda elektro və haus üslublarında mahnılar yer almışdır. Albom tənqidçilər tərəfindən əsasən pozitiv rəylər qazanmışdır.
Dördüncü albomun buraxılışından qısa zaman sonra Darude Amerika və Kanada turuna yollanmışdır.
2019 Avroviziya Mahnı Müsabiqəsi
[redaktə | mənbəni redaktə et]29 yanvar 2018-ci il tarixdə Darudenin Finlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi elan edilmişdir. O, müsabiqədə daha öncə də əməkdaşlıq etdiyi Sebastian Reyman ilə birlikdə səhnə alacaq. Avroviziya mahnısının təyin edilməsi üçün isə Finlandiyanın YLE telekanalı Darudenin mahnılarından ibarət olan xüsusi milli seçim turu təşkil etmiş və nəticədə "Look Away" Avroviziya üçün seçilmişdir.
Mükafatlar və nominasiyalar
[redaktə | mənbəni redaktə et]İl | Mükafat | İş | Kateqoriya | Nəticə |
---|---|---|---|---|
2000 | Fin Grammy mükafatları | Darude | Ən yaxşı rəqs / Yeni Hip Hopcu | Qazandı |
Before the Storm | Ən yaxşı Debüt Albom | Qazandı | ||
"Sandstorm" | İlin mahnısı | Qazandı | ||
NRJ Radio mükafatları (İsveç) | İlin ən yaxşı mahnısı | Qazandı | ||
German Dance Awards | İlin hiti | Qazandı | ||
Darude | Ən yaxşı beynəlxalq sinql | Qazandı | ||
2001 | Dance Star (Böyük Britaniya) | İlin nailiyyəti | Qazandı | |
2002 | Golden Turntable DJ Awards | "Sandstorm" | Ən yaxşı sinql | Qazandı |
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Albomlar
[redaktə | mənbəni redaktə et]Albom adı | İl |
---|---|
Before the Storm | 2000 |
Rush | 2003 |
Label This! | 2007 |
Moments | 2015 |
Sinqllar
[redaktə | mənbəni redaktə et]Mahnı adı | İl |
---|---|
"Sandstorm" | 1999 |
"Feel the Beat" | 2000 |
"Out of Control (Back for More)" | 2001 |
"Music" | 2003 |
"Next to You" | |
"Tell Me" | 2007 |
"My Game" | |
"In the Darkness" | 2008 |
"Selfless" (Blake Lüis) | |
"I Ran (So Far Away)" (Blake Lüis) | |
"Beautiful Alien" (AI AM) |
2015 |
"Moments" (Sebastian Reyman) |
2016 |
"Singularity" (Zak Uoters və Enya Ancel) |
2017 |
"Surrender" (Eşli Uallbric və Foux) |
2018 |
"Timeless" (Jvmie) | |
"Release Me" (Sebastian Reyman) |
2019 |
"Superman" (Sebastian Reyman) | |
"Look Away" (Sebastian Reyman) |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://artists.letssingit.com/darude-1nnq3/biography.
- ↑ "It's Darude for Finland this year!". eurovision.tv (ingilis). 2019-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-29.
- ↑ "Darude Interview". 10 yanvar 2001 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2015.
- ↑ ""Out of Control (Back For More)" UK Chart History". Official Charts Company. 2021-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2017.
Əvvəlki: Saara Aalto "Monsters" |
Finlandiya Avroviziya Mahnı Müsabiqəsində 2019 |
Sonrakı: — |