Dardanlar
Dili |
---|
Dardan dili |
Əhatə edir |
Balkan yarımadası |
Dardanlar və ya dardanlı (q.yun. Δαρδανίωνες, Δαρδάνιοι, Δάρδανοι, lat. Dardani) — qədim balkan xalqı. Əsasən müasir Kosovo və cənubi Serbiyanın ərazilərində məskunlaşmışdılar. Dardan dilində danışırdılar. Mövcud hipotezlərdən birinə görə dardanlar müasir albanların əcdadlarıdır[1].
Mifologiya
[redaktə | mənbəni redaktə et]Qədim Yunan mifologiyasına görə Dardan (Δάρδανον) İllirikin oğullarından biri idi. Məhs Dardan dardanların eponim əcdadı hesab olunur (Δάρδανοι)[2]. Bir sıra roma etnoqrafları Balkan Dardanlarını və İliadada bilinən Dardanlarla, Troas xalqı ilə əlaqələndirmək istəyirlər. Onların eponim əcdadı Zevsin oğlu, başqa bir Dardan hesab olunurdu. Bununla belə, qədim mənbələr sonuncunun etnik mənsubiyyəti haqqında mübahisəli məlumat verirlər. Romalılar Dardanları yunanlar hesab etdilər.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Siciliyalı Diodor dardanların şərqdən, Dardanel boğazı bölgəsindən gədiyini göstərirdi. Dardanlar haqqında ilk xatırlatma onların padşahı Bardilin bir neçə qəbiləni birləşdirməsi ilə əlaqədardır. Birləşmiş qəbilələr ittifaqı makedoniya çarlığına və maloslara ağır zərbə endirdilər. Sonda onlar xərac ödəməyə məcbur oldular.
358-ci ildə taxta çıxan Makedoniyalı II Filip, Dardan şahzadəsi Audatunu həyat yoldaşı kimi qəbul etdi və dardanlarla müqavilə imzaladı. Bardil hələ dardanlara rəhbərlik edirdi. Az sonra Filip onları məğlub etdi. İkinci dəfə dardanlar Makedoniya ərazisinə 334-cü ildə, Makedoniyalı İskəndərin hakimiyyəti zaman hücum etdilər. Lakin məğlub oldular və Makedoniya hakimiyyətini qəbul etdilər.
Dardanlıların ərazisi Oktavian Avqustun hakimiyyəti zamanı romalılar tərəfindən fəth edildi və latın dili tezliklə yerli dili əvəz etdi. Diokletian bu ərazidə mərkəzi Niş şəhəri olan Dardaniya əyalətini yaratdı.
Dardan dili
[redaktə | mənbəni redaktə et]Müasir tarix elmində dardanların etnik mənsubiyyətinə dair üç fərziyyə mövcuddur: Frakiya, İlliryalılar və frakiya-illiryalı.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "История Албании". 2015-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-06.
- ↑ Appian, The Foreign Wars, III, 1.2
- ↑ Greeks and Barbarians (Edinburgh Readings on the Ancient World) by T. Harrison, 2001, ISBN 0-415-93959-3, page 140
- ↑ "K. Witczak. Dardanian plant names". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-06.