Dandun
şəhər-rayon | |
Dandun | |
---|---|
丹东 | |
40°07′ şm. e. 124°32′ ş. u.HGYO |
|
Ölkə | Çin |
Daxildir | Lyonin əyalətinə |
Tarixi və coğrafiyası | |
Sahəsi | 15,222 km² |
Hündürlük | 8 m |
Saat qurşağı | 8 |
Əhalisi | |
Əhalisi | 2,4 nəfər |
Etnik tərkib | xan xalqı - 64,11%, mancurlar - 32,99% |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86 415 |
Poçt indeksi | 118000 |
Avtomobil nömrəsi | 辽F |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Dandun (1965-ci ilədək Andun) (çin. 丹东) — Çinin şimal-şərq hissəsində, Lyaonin əyalətində şəhər-rayon. Әhalisi 2,4 milyon nəfərdir (2010). Çanbayşan yastı dağlığının cənub hissəsində, Yalutszyan çayının aşağı axınında yerləşir. Beynəlxalq dostluq körpüsü (1937–43; uzunluğu 940,8 m) Dandunu Koreya Xalq Demokratik Respublikasının Sinıycu şəhəri ilə əlaqələndirir. Nəqliyyat qovşağı və port şəhəridir.[1] İllik yük dövriyyəsi 11 milyon tondur.[2]
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Dandun Şimali Koreyanın qərb sərhəddində, şimal-qərb Yalutszyan çayının (sağ) sahilində yerləşir. Çay Qərbi Koreya körfəzinə tökülür. Əyalət 120 km-lik sahil xəttinə malikdir. Danduna Dalu ( 大鹿岛) və Xiaomai ( 小麦 岛 ) adaları daxildir. Bölgə uzun qışa və rütubətli isti yaya malikdir. Ərazidə rütubətli kontinental iqlim hakimdir.
İndiki şəhərin yerində yaşayış məskənləri VII əsrdən məlumdur. XVII əsrdən sürətlə inkişaf etməyə başlamışdır. 1934-cü ildə bölgədə Mançjou-qo hakimiyyəti tərəfindən Andun (安东省) əyaləti yaradıldı. 1937-ci ilin dekabrında Andun əyalətinin urbanizasiya etmiş hissəsi Andun şəhəri kimi ayrıldı. 1949-cu ildə Andun və Lyaonin əyalətləri Lyaodun əyalətində birləşdirildi. Əyalətin idarə etmə mərkəzi Andun şəhərində yerləşirdi. 1954-cü ildə Andun şəhəri əyalət tabeli şəhər elan edildi.
1955-ci ildə xüsusi Andun rayonu (安东专区) təşkil olunmuş və 5 uezdən ibarət idi. 1958-ci ildən əyalət yenidən təşkil olunmuş, Anduna tabe olan ərazilər qonşu rayonlar arasında bölüşdürüldü.
Dandunda toxuçuluq kolleci, Lyaodun maliyyə kolleci var. Koreya müharibəsi (1950–53) hadisələrinə həsr olunmuş muzey fəaliyyət göstərir. Dandun iri ticarət və sənaye mərkəzidir. Lyaodun yarımadası azad iqtisadi zonasına daxildir (2004-ci ildə xarici ticarət dövriyyəsi təqribən 2 milyard dollar; başlıca ticarət tərəfdaşlarından biri KXDR-dir). Maşınqayırma, metallurgiya, kimya (sintetik lif, sintetik kauçuk istehsalı), əczaçılıq, toxuculuq (pambıq parça, ipək), sellüloz-kağız sənayesi müəssisələri fəaliyyət göstərir.
Böyük Çin səddinin bir hissəsi Dandun yaxınlığındadır. Әtrafındakı dağlardan birinin zirvəsindəki baxış qülləsindən Yalutszyan çayı dərəsinə gözəl mənzərə açılır. Şəhərdən 20 km şimal-qərbdə Ulun meşə parkı yerləşir.[1]
İnzibati ərazi bölgüsü
[redaktə | mənbəni redaktə et]Dandun şəhər-rayonu 3 rayondan, 2 şəhər uezdindən və 1 muxtar uezdən ibarətdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]Dandun // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 284. ISBN 978-9952-441-11-6.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Dandong: North Korea's most surprising border". 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-19.
- ↑ Liaoning Statistical Yearbook. []. 2009.