36°32′32″ şm. e. 31°59′17″ ş. u.HGYO

Damladaş mağarası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Damladaş
türk. Damlataş Mağarası
Mağaranın daxili
Mağaranın daxili
Ümumi məlumatlar
Sahəsi 2500 m²
Kəşf tarixi 1948
Giriş sayı 1
İşıqlandırma Süni
Yerləşməsi
36°32′32″ şm. e. 31°59′17″ ş. u.HGYO
Ölkə  Türkiyə
Region
Damladaş xəritədə
Damladaş
Damladaş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mağara daxilində stalaktit və stalaqmitlər

Damladaş (türk. Damlataş Mağarası) — Türkiyənin Alaniya şəhəri yaxınlığında mağara. Mağara Alaniya yarımadasının qərb qurtaracağında yerləşir. Aralıq dəniz yaxınlığında yerləşən mağaranın yaxınlığında məşhur Alaniya qalası yerləşir. Alaniya şəhərinin mərkəzindən mağaraya 3 km, Antaliyaya isə 124 km-dir.[1] Mağara öz adını iki söz birləşməsindən götürmüş:(türk. damla — damla, damcı, taş — daş). Çox zaman "cilalanmamış qiymətli daş" və ya "stalaqtit" sözü mənasında işlənilir.

Kəşf olunması

[redaktə | vikimətni redaktə et]

Mağara ilk dəfə 1948-ci ildə aşkar edilmiş. Sahildə liman tikintisi zamanı daş əldə etmək üçün yaxınlıqdakı qayalıq ərazi partladılmış və nəticədə mağara girişi açılmışdır. Mağara daxilində qeyr-adi gözəlliyə malik stalaqtitlər və stalaqmitlər aşkarlanmış. Tezliklə mağarada araşdırma işləri həyata keçirilmiş və ərazi qoruna ərazi elan edilmiş.

Damladaş dəniz sahilinin 100 metrliyində yerləşir. Mağara girişi uzun ve ensizdir. Uzunluğu 50 metr olan dəhliz silindir formasındadır. Mağaranın əsas zalı fantastik formalı stalaqititlər və stalaqmitlərlə zəngindir. Bəzilərinin yaşı 15 min ildən çoxdur[2]. Onların daha çox formalaşdığı ərazi 13-14 metr enə, 15 metr hündürlüyə malikdir. Damladaş iki mərtəbəlidir. Ümumi sahəsi 2500 м³-dir[2]. Mağara daxilində radioaktiv mənşəli karbon qazı toplanmış. Daxildə temperatur il boyu 22… 23˚C arasında dəyişir. Rütübətlənmə 90-98 % bərabərdir. Mağara daxili havanın analizi göstərmişdir ki, normal hava ilə müqayisədə mağarada 10-12 dəfə çox karbon 2- oksid toplanmış.

Damladaş ölkə mağaralarından içində xüsusi ziyarət üçün qurğuların olması ilə fərqlənir. Mağara astma xəstələri üçün müalicəvi təsir göstərir.[3]. Mağara daxilində temperaturunun stabil olması, yüksək rütubətlilik və karbon qazının yüksək konsentrasiyası müalicəvi təsir göstərir. Eləcədə havada cüzi radioaktivlik və ionlaşmanın olması insan orqaniziminə fərqli təsir göstərir. 2010-cu ildə, yeddi ay müddətində mağaranı 114 000 turist ziyarət etmiş, onlardan 2100 nəfəri astma xəstəliyindən əziyyət çəkirmiş. 2014-cü ildə isə mağaraya gələn astma xəstələrinin sayı 4000 çatmış. Mağarada müalicə 21gün çəkir və xəstələr gün ərzində 4 saat mağara daxilində olurlar. Səhər saat 06:00-dan 10:00 qədər mağaraya astma xəstələri buraxılır. Mağaraya trusitlər üçün giriş - 6 tl, astma xəstələri üçün isə - 0,30 tl-dir.[4] Mağara girişi yaxınlığında çimərlik var. Yaxınlıqda kiçik bazar fəaliyyət göstərir.

  1. Damlataş Mağarası Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine "Sabah" qazeti.
  2. 1 2 Туристическая компания «Обновление», пещера Дамлаташ[ölü keçid]
  3. "Информационный сайт о Турции". 2017-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-27.
  4. "Arxivlənmiş surət". 2018-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-27.