Dalğa Arena
Dalğa Arena stadionu | |
---|---|
Tam adı | AFFA Futbol Mərkəzi |
Yeri | Bakı, Azərbaycan |
Təməli qoyulub | 2009 |
Tikilib | 2011 |
Açılış tarixi | 6 iyun 2011 |
Sahibi | AFFA |
Tamaşaçı tutumu | 6,700 |
Ev sahibi komanda | Araz-Naxçıvan PFK |
Meydançanın ölçüləri | 105x68 |
Ot örtüyü | Təbii |
Dalğa Arena və ya sponsorluq razılaşmasına əsasən Liv Bona Dea Arena[1] — Bakının Mərdəkan qəsəbəsində yerləşir. 6 iyun 2011-ci ildə FIFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdulayevin iştirakı ilə açılış mərasımı olmuşdur. Stadionnun tutumu 6,700 tamaşaçıdır. Rəvan, Kəpəz, Sumqayıt , Bakı, Qəbələ, Neftçi, İnter (Keşlə) , Zirə, Azal kimi yerli klublar həm Premyerliqa həm də Avroliqa oyunlarnı, bundan əlavə Azərbaycan milli futbol komandaları qonaq komandaları burada qəbul edib. Dalğa Arena stadionunda bu günə kimi 400-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionununda daxil olduğu AFFA Futbol Mərkəzinin digər məşq meydançaları ilə birlikdə 4200-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionu FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 Azərbaycanın bir tanıtım stadionlarındandır.[2][3][4][5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Dalğa Arena"nın adı dəyişdirildi". Axar.az. 23 fevral 2024. 2024-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2024.
- ↑ "2011-ci il iyulun 6-da Bakının Mərdəkan qəsəbəsində AFFA Futbol Mərkəzinin nəzdindəki "Dalğa Arena"nın açılışı". www.affa.az (ingilis). 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-28.
- ↑ "FİFA Azərbaycanın 2012-ci il dünya çempionatına hazırlığından razı qalıb" (ingilis). 21 February 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 May 2011.
- ↑ "Bakıda yeni stadionlar tikiləcək" (rus). 30 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2011.
- ↑ "Futbol Mərkəzinin və "Dalğa Arena" stadionunun açılışında FİFA, UEFA və AFFA prezidentləri iştirak edib". Azertag.az (ingilis).
Futbol haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |