Daşaltı
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Daşaltı | |
---|---|
39°44′30″ şm. e. 46°44′57″ ş. u.HGYO | |
Ölkə | |
Region | Şuşa rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.300 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Daşaltı — Azərbaycan Respublikasının Şuşa rayonunun Daşaltı kənd inzibati ərazi dairəsində kənd. 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kəndin adı "qayaaltı" mənasındadır. XIX əsrin əvvəllərində Zəngəzurun Düzəbürd kəndindən gəlmiş erməni ailələri məskən salmışlar. Ondan sonra bu kənd azərbaycanlılar arasında "Daşaltı Neress uşaqları" adlanmışdır. XIX əsrin sonlarında bu kənddən Daşaltı-Xüzərbürd və Daşaltı Küngüt kəndləri yaranmışdır. Xüzəburt kəndinin adı isə şuşalılarda "Xəzinə qalası" adlı mağaranın ermənicə adıdır. Sonra bu ad ermənicə Xtsadberd adlanmışdır. XIX əsrin sonlarına aid məlumata görə indiki Şuşa rayonunda iki Daşaltı adlı kənd vardı: Daşaltı-Künnət və Daşaltı-Xəzəbür.[3]
Daşaltı kənd əvvələr ətrafda yaşayan əhalinin Xəznədağ adlandırdığı mağaranın yerləşdiyi ərazi olmuşdur. Kənd XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın Zəngəzur qəzasının Düzəburd kəndindən gəlmiş azərbaycanlı və erməni ailələri Şuşa qalasının cənub divarlarının ətəyindəki dərədə, Daşaltı ("qayaaltı" mənasında) adlanan yerdə məskunlaşdırması nəticəsində yaranmışdı. Kənd yerləşdiyi ərazinin adını daşıyır.[4]
Daşaltı Şuşa qalasının cənub divarının ətəyində dərənin adıdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Zarıslıçayın (Qarqarçayın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir.
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Daşaltı kanyonu (Şuşa)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://census.stat-nkr.am/nkr/1-1.pdf.
- ↑ "Arxivlənmiş surət". 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-30.
- ↑ B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri 2005-ci il
- ↑ Daşaltı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- top-center.org. "Daşaltı əməliyyatı (2020)". top-center.org (az.). İstifadə tarixi: 2023-10-06.
Şuşa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |