Dəbdab
Dəbdab | |
---|---|
29°58′03″ şm. e. 9°25′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 33220 |
Vikianbarda əlaqəli mediafayllar |
Dəbdab (ərəb. دبداب) — Əlcəzairin şərqində, İllizi vilayətində şəhər və kommuna. İn-Amenas rayonuna daxildir.
Coğrafi mövqe
[redaktə | mənbəni redaktə et]Şəhər vilayətin şimal-şərqində, Böyük Səhranın şimal hissəsində, Liviya ilə dövlət sərhədi yaxınlığında, ölkənin paytaxtı Əlcəzairdən təxminən 947 kilometr (588 mil) cənub-şərqdə yerləşir.
Debdeb kommunası Bürc-Ömər-Driss və İn-Amenas kommunaları, həmçinin Uarqla vilayəti, Liviya və Tunis əraziləri ilə həmsərhəddir. Sahəsi 31,537 km2-dir.
İqlimi
[redaktə | mənbəni redaktə et]Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 30 mm). Orta illik temperatur 22,3 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 10,4 °C, ən isti ayda (iyulda) 32,5°C-dir.[1] .
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]53 nömrəli respublika əhəmiyyətli avtomobil yolu şəhərdən keçir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Climate: Debdeb" (ingilis). Climate-Data.org. 2019-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-27.