25°14′00″ şm. e. 55°10′00″ ş. u.HGYO

Dünya adaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dünya adaları
ərəb. جزر العالم
Ümumi məlumatlar
Adaların sayı 303
Ümumi sahəsi 55 km²
Hündür nöqtəsi 4 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
25°14′00″ şm. e. 55°10′00″ ş. u.HGYO
Ölkə  BƏƏ
Akvatoriya
Dünya adaları xəritədə
Dünya adaları
Dünya adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dünya adaları (ərəb. جزر العالم‎) və ya The WorldDubay əmirliyinə aid məhəlli sularında süni şəkildə yaradılmış, quş baxışı olaraq yer kürəsini xatırladan süni arxipelaq. Adalar sahildən 4 km aralıda yerləşir[1]. Dünya adaları inzibati cəhətdən Dubay əmirliyi ərazisinə daxildir və Palma adalarının yaxınlığında salınmışdır. Adalar əsasən şelf dayazlığında yerləşən qumlardan təşkil olunmuşdur.

The World layihəsinin təşəbbüskarı Nakheel[2] şirkəti olmuşdur. Dünya adalarının yaradəlması ideyası vəliəhd və BƏƏ Müdafiə naziri şeyx Məhəmməd ibn Rəşid əl-Məktum[3] olmuşdur.

Gələcəkdə arxipelaqın sahəsini yeni adaların hesabına artırmaq düşünülür.

Arxipelaqın sahəsi 55 km²[4] təşkil edir. Bu göstərici ilə süni adalar arasında birinci yeri tutur[5].

Adaların ölçüləri 14 mindən 83 min m² arasında dəyişir. Boğazlar arasında məsafə 50-100 metrdir, dərinliyi isə 8-16 metr arasında dəyişir[6].

Tikinti zamanı Fars körfəzinin şelf qumundan istifadə edilmişdir. Podratçı şirhət NorveçYaponiyanın ən müasir texnologiyasını tətbib etmişdir[6].

Dünya adalarında materiklərin kiçildilmiş variaları olan adalara yalnız su və hava əlaqəsi ilə getmək mümkündür. Böyük dalğalardan qorunmaq məqsədi ilə ətrafına dalğaqıranlar yerləşdirilmişdir. Su təminatı və elektrik materikdən təmin edilir[6].

Belə düşünülür ki, "Dünya" sakinləri elit təbəqədən olacaqdır və onların ümumi sayı 200 mini keçməyəcəkdir[6].

Layihənin ideyası

[redaktə | mənbəni redaktə et]

Arxipelaqın yaradəlması ideyası əmir Məhəmməd ibn Rəşid əl-Məktum aiddir. 1998-ci ildə Dubayda məşhur "yeddi ulduzlu" mehmanxana olan Bürc əl-ərəb[7] tikildikdən sonra əraziyə gələn turistərin sayı artmışdır. Ancaq Dubayın cəmi 67 km təbii sahil xətti vardı. Üstəlik tikinti bumu zamanı çimərliklər tam olaraq yoxa çıxmışdır. Dubayda çimərliklərin yoxa çıxmasını ancaq süni adaların layihələndirilməsi ilə həll etmək olardı..

İlk əvvəllər 7 qitədən ibarət olan bir adanın taradılması planlaşddırılırdı. Ancaq heç bir investorun böyük bir adaya maraq göstərib onu alacağına guman olmadığından onları 7 ayrı adalata bölmək qərara alınır. Bununla da ikmanı olan şəxslər dünyanın istənilən gölgəsi almaq imkanı əldə edirdilər. İnvestorlar öz sahələrini istədiyi kimi istifadə etmək hüququ əldə edirdi.

Gələcək layihə üçün yer tapmaq olduqca cətin idi. Sahil ərazisinə yaxın Palma adaları yerləşdiyindən adaları sahildən 4 km aralıda inşa etmək qərara alınır.

«Dünya» Palma adalarından fərqli olaraq sahilə bağlı deyildi, üstəlik burada körpülər belə yoxdur. Bu səbəbdən yükün çatdırılması ancaq dənizlə mümkün idi. Mühəndislər Fast körfəzinin dib qumunu bir yerə toplamağa başlamışdılar. Adaları qorumaq məqsədi ilə möhək dambaya ehtiyac duyulurdu. Mühəndislər burada dalğaqıranları Plma adalarından daha iri götürməyi qərara alırlar. Bu dalğa qıranlar iki metr hündürlüyündə olan dalğaqıranlar asanlıqla 2 meyr hündürlüyündə olan dalğanın qarşısını almaqla yanaşı həm də adalardan dənizə açılan mənzərənin qarşısını almamalı idi. Buna bənzər iş artıq Palma adalarında görülmüşdü. Dalğaların qarşısının alınması mərcan rişlərində olduğu kimi işlənir.

Palma adalarının tikintisi ilə əlaqədar Dubay öz dəniz qumunu tükətmişdi. Ancaq layihə artıq növbəti mərkələyə keçirdi. Dubay səhralarla əhatələnməyinə baxmayaqraq səhra qumları su ilə daha tez yuyulduğundan və ekoloji cəhətdən fəsad verə bilməsi ilə əlaqədar istifadə edilə bilməzdi. Qumu körfəzin dərinliklərindən götürməli olurlar. 2004-cü ilin aprelində suyun altında ilk ada yer sıthinə çıxır. Ada Dubay adını alır. Sonradan «Amerika», «Asiya» və «Yaxın Şərq» meydana gəlir. 2005-ci ilin mayında körfəzə 15 mln daş atılır. Ancaq adaların yoxa çıxmaq təhlükəsi meydana gəlir. Üstəlik axarsız bölgə halına gələ biləcək və bataqlıqlaşmış bir sahil xətti meydana gələcəkdi. Bunu aradan qaldırmaq məqsədi ilə kanallarla axın təmin edildi. Bununla da dəniz faunası və mərcanlar üçün yarana biləcək təhlükə aradan qalxır.

Tikintinin qrafiki

[redaktə | mənbəni redaktə et]

May 2003-ci ildə the World arxipelaqının tikintisi Nakheel şirkətinə həvalə edilir. Layihə 2008-ci ildə tam başa çatdırılır. İlkin məqsəd sahəsi 56 km² olan 200 ada inşa etmək olmuşdur[4].

Fevral 2004-ci ildə adaların sayının 260 olacağı, uzunluğu 9 km, eni 6 km, sahəsi isə 84 km² olacağı bildirilir[4].

Avqust 2004-ci ildə adalatın tikinti smetasının 7,3 mld BƏƏ dolları (2 mld $)[4] olacağı qeyd edilir.

Avqust 2005-ci ildə adalarda işlərin 88% bitir[4].

Oktyabr 2006-cı ildə Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum dəyəri 7 mln dollar olan adaların «Antarktida» hissəsindəki adanı Mixail Şumaxerə hədiyyə edir[8].

Dekabr 2006-cı ildə adaların artıq 90% hazır olur[4].

Oktyabr 2007-ci ildə İrlandiya və Şanxay adaları satışa çıxardılır

Dekabr 2008-ci ildə adaların 70% satılır[4].

Tanınmış alıcılar

[redaktə | mənbəni redaktə et]
  • 30 mart 2006: Britaniya milyarderi ser Riçard Brekson «Böyük Britaniya» adasını alır və öz şəxsi təyyarəsi ilə (Virgin Atlantic Airways) Dubaydan adaya uçuş təşkil etmişdir[9].
  • 23 mart 2007: İrland sahibkarları Con О’Dolan, Noel Konnelan, Rey Nortan və Andryu Brett «İrlandiya»[4] adasını alırlar. Adanın hazırkı adı — «Günəş altında olan İrlandiya»[10].
  • 11 oktyabr 2007: Sahibkar, Zhongzhou International Holding Group (ZIHG) şirkətinin direktoru Bin Xu «Şanxay adası» və «Çin adaları»[11] qrupunu alır.
  • 15 noyabr 2007: Bret Pitt və Anjelina Coli «Efiopiya adasıni»[12] alırlar
  • 21 yanvar 2008: «Markovo» adası ən bahalı qiymədə satıldı. Alıcının adı açıqlanmır[13].
  • 25 fevral 2008: Dubai Multi Commodities Centre Antarktida adasını aldı[4].
  • 28 dekabr 2008: Turkey’s MNG Holdings şirkəti «Türkiyə»[4] adasını aldı.
  • 17 dekabr 2009: Kleindienst Group 6 adanı əldə eymişdir — «Avstriya», «Almaniya», «Niderland», «Sankt-Peterburq», «İsveç» və «İsveçrə»[4]. Adaların hamısı «Avropanın Ürəyi»[14] adı ilə birləşdirilmişdir.
  1. "Dubai's Palm and World Islands — progress update". 2020-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
  2. "İcracı şirkət The World LLC Dubayın dövlət Nakheel şirkətinin törəməsidir". 2011-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
  3. "«The World» ideyasının müəllifi Məhəmməd ibn Rəşid əl-Məktum (Mohammad Bin Rashid Al Maktoum) olmuşdur". 2013-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 "/ The World island group by Nakheel". 2013-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
  5. Dünyada təbii ən böyük arxipelaq 2 mln km² təşkil edir.
  6. 1 2 3 4 "/ Dubayda süni The World adaları". 2011-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
  7. "Burj Al Arab". 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
  8. Гагарин, Vadim. "Mixail Şumaxer şeyxdən ada hədiyyə alır". Drayv. 2006-10-25. 2013-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-27.
  9. "ser Riçard Brekson «Dünya adaları» arxipelaqının bir hissəsini almışdır". 2016-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  10. "Ирландия пошла с молотка". 2008-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  11. Süni Şanxay adası 28 milyon dollara satılır[ölü keçid]
  12. "Ulduz ər-arvad Bret Pitt və Anjelina Coli yenicə The World adalarından birini satın almışlar". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  13. "Dünya adaları arasında ən bahalı qiymədə ada satıldı". 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  14. Первый девелопер приступил к строительству на проекте «The World» Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (rus.)