Dündar Əli Əfəndi
Dündar Əli Əfəndi | |
---|---|
دندار علي أفندي | |
6 yanvar 2017 – 18 yanvar 2021 | |
Əvvəlki | Osman Bəyazid Əfəndi |
Sonrakı | Harun Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dəməşq, Suriya |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Mehmed Əbdülkərim Əfəndi |
Anası | Nemət xanım |
Həyat yoldaşı | Yüsra xanım |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Dündar Əli Osmanoğlu (30 dekabr 1930, Dəməşq – 18 yanvar 2021[2], Dəməşq[1]) — Osmanlı sülaləsinin onuncu rəisi və Osmanlı şahzadəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şahzadə Dündar Əli Əfəndi 1930-cu ildə Dəməşqdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Səlim Əfəndinin oğlu Mehmed Əbdülkərim Əfəndi, anası isə onun xanımı Nemət xanım idi. Balaca Dündar atasının sürgündə yaşadığı Dəməşqdə dünyaya gəlmiş, 1 yaşı tamam olmamış anası və atası ayrılmışdı. Atasının taxt mübarizəsi uğrunda Şərq ölkələrinə səyahət etməsi səbəbilə bundan sonrakı həyatını anasıyla keçirmişdir. 1935-ci ildə atası vəfat etmiş, bu səbəblə 2 il boyunca Beyrutdakı babası Mehmed Səlim Əfəndinin yanında qalmışdır. Ancaq babasının 1937-ci ildə vəfat etməsiylə yenidən Dəməşqə döndülər. Burada Yüsra xanımla evləndi. Övladı olmamışdır.
1995-ci ildə yenidən Türkiyə Cümhuriyyəti vətəndaşı oldu. 2017-ci ildə Osman Bəyazid Əfəndinin vəfatının ardından Osmanlı sülaləsinin rəisi elan olundu. 18 yanvar 2021-ci ildə vəfat etdi və ailə rəisliyi Harun Əfəndiyə ötürüldü.
Mənbə
[redaktə | mənbəni redaktə et]- https://web.archive.org/web/20060615093709/http://www.4dw.net/royalark/Turkey/turkey13.htm
- http://www.turkcebilgi.net/haberler/guncel/son-osmanli-vefat-etti-320878.html