Döş giləsi pirsinqi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Döş giləsi pirsinqi
ing. Nipple piercing
Pirsinq haqqında məlumat
Bəzək əşyaları: ştanqa, qapalı və dairəvi halqalar
Yerləşdiyi yer: Döş giləsi
Sağalma müddəti: 1 aydan 6 aya qədər


Döş giləsi pirsinqi — bədəndə edilən pirsinq növlərindən biridir. Bu pirsinq döş giləsinin mərkəzi hissəsində və hər bir bucaq altında deşilə bilər, lakin adətən onu horizontal və ya şaquli formada etmək daha məqsədəuyğundur. Bundan başqa, döş giləsində bir-birinin üstündə və 1-dən çox pirsinq yerləşdirmək mümkündür. Bəzi insanlar bu növ pirsinqin 1 ilə yaxın müddətə sağaldığını bildirmişdilər. İnsanlar arasında pirsinq üçün tələb son illərdə xeyli artmışdır[1].

Zinət əşyaları ilə tətbiq olunan döş giləsinin perforasiyası tarix boyu müxtəlif insanlar tərəfindən tətbiq edilmişdir. Kişi döş pirsinqi Texasın erkən tarixində mühüm rol oynamış hindu qəbiləsi Karankavalılar tərəfindən, qadın döş pirsinqi isə Əlcəzayirdə yaşayan Kabil xalqı tərəfindən ənənəvi olaraq tətbiq edilir[2].

İlk olaraq bu növ pirsinqi PretoriyanlarRoma İmperatorlarının şəxsi mühafizəçiləri istifadə edirdilər. Onlar hesab edirdilər ki, gilədə sırğası olan şəxs cəsarət və igidliyə sahibdir. Pirsinq XIV əsrdən düz 1890-cı ilə kimi, həmçinin Viktoriyan dövründə cəmiyyət, xüsusən də qadınlar arasında çox populyar olur[3][4].

Pirsinq üçün əşyaların diametri kişilərdə əsasən 2,4 mm və daha çox, qadınlarda isə 1,6 mm olmalıdır. Dəliyə salınan üzüyün diametri böyük olmalıdır, xırda üzük əyrilməyə, yerdəyişməyə və bütövlüklə yerindən çıxmaya səbəb ola bilər.

  • Gilənin standart deşilməsi
  • Gilənin çoxsayda deşilməsi
  • Gilənin böyük diametrdə deşilməsi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. E. Kasten (2007): Genitale Body-Modifications bei Frauen. Der Gynäkologe, Volume 40, Number 6, 489–500 DOI:10.1007/s00129-007-1985-8
  2. Horvath, Eddie. "Piercings". Diversity Studio. February 21, 2013. March 13, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 21, 2014.
  3. DeMello, Margo. Encyclopedia of Body Adornment. Westport, Connecticut: Greenwood Publishing Group. 2007. səh. 204. ISBN 978-0-313-33695-9. İstifadə tarixi: October 3, 2011.
  4. Patrick, Bethanne Kelly. An Uncommon History of Common Things. National Geographic Books. 2009. səh. 125.