Couchsurfing
Tipi | C corporation |
---|---|
Ölkə | San Fransisko, Amerika Birləşmiş Ştatları |
Xidmət dairəsi | Bütün ölkələr |
Əhəmiyyətli şəxslər | Casey Fenton, Matt Cohler, Dan Hoffer, Jonathan Teo, Todor Tashev |
Domain | Hospitality service, Hospitality exchange, international understanding, networking |
Veb saytı | www.couchsurfing.com |
Couchsurfing (CS), internet üzərindən fəaliyyət göstərən beynəlxalq bir qonaqsevər xidmətidir. Casey Fenton, Daniel Hoffer, Leonardo Bassani da Silveira və Sebastien Le Tuan tərəfindən 2004-cü ildə San-Fransiskoda yaradılmışdır. 2011-də Better World Through Travel şirkətinə satılmışdır. Mart 2012 tarixindən etibarən dünyanın 4.416 şəhərində 6 milyondan çox üzvü var.
Couchsurfing veb saytına üzv olmaq pulsuzdur. Veb adresindən istifadə edərək profil yaradan couchsurfing üzvləri "couchsurfers", "surfers" və ya "CSers" adlanır. Üzvlər səyahətləri müddətində bir-birilərinə qonaqlama və rəhbərlik məsələlərində dəstək olurlar. Üzvləri qonaq edənə "host" deyilir.
Couchsurfing, özündən əvvəl qurulmuş Hospitality Club saytını keçərək dünyanın ən çox üzvünə sahib qonaqpərvərlik saytı olmuşdur. Bundan əlavə sayt daxilində ölkə, şəhər ya da hər hansı bölgə ilə bağlı başlıq açaraq məlumat sahibi ola bilərsiz. Eyni formada yenə sayt üzərindən hər cür sosial tədbir təşkil edərək sosiallaşmağa nail ola bilərsiz.
-
4.000-dən çox qeydiyyatdan keçmiş üzvü olan ölkələr 3 Yanvar 2011.
-
500-dən çox üzvü olan ölkələr, 3 yanvar 2011.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- HOW IT WORKS (9 iyul 2017 tarixində mənbəyindən arxivləndi)
- Couchsurfing-də qeydli olan və azərbaycan ərazisində yaşayan üzvlər.[ölü keçid] (9 iyul 2017 tarixində mənbəyindən arxivləndi)