9°56′ şm. e. 8°53′ ş. u.HGYO

Cos (şəhər)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
şəhər
Cos
ing. Jos
9°56′ şm. e. 8°53′ ş. u.HGYO
Ölkə  Nigeriya
Tabesində Plato ştatı
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1,217 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 622.802 nəf. (2010)
Xəritəni göstər/gizlə
Cos xəritədə
Cos
Cos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cos (Jos)Nigeriyanın mərkəzi hissəsində şəhər. Plato ştatının inzibati mərkəzi.[1]

Əhalisi 860,9 min (2007).[1]

Cos platosunda təqribən 1250 m yük səklikdə yerləşir. Avtomobil yolları qovşağı, dəmiryol stansiyası (1914-cü ildən).[1]

Əsası 20-ci əsrin əvvəllərində ingilislər tərəfindən qoyulmuşdur. 1967-ci ildən Benue-Plato ştatının, 1975-ci ildən Plato ştatının inzibati mərkəzidir.[1]

Roma-katolik kilsəsi arxiyepiskopunun iqamətgahı burada yerləşir. Universitet (1975), YUNESKO-nun muzeyşünaslıq məktəbi; Milli muzey (1952; Nok mədəniyyəti terrakota və müasir Nigeriya keramika kolleksiyaları), Afrika Tədqiqatları İnstitutunun muzeyi (1965; yoruba incəsənəti əsərləri), açıq səma altında ənənəvi Afrika memarlığı muzeyi; Botanika bağı, zoopark var.[1]

Cos mədən rayonu mərkəzidir (qalay, niobium, tantal, volfram filizləri yataqlarının işlənilməsi). Qalayəritmə, poladyayma, mexaniki təmir zavodu, yeyinti sənayesi (o cümlədən pivə istehsalı) müəssisələri fəaliyyət göstərir; mebel, cut parça istehsal olunur; oduncaq, xam dəri emal olunur. Kurort zonasıdır. Cosdan 50 km cənubda Neolit dövrünə aid düşərgələr vardır.[1]

  1. 1 2 3 4 5 6 Cos// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 390. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]