Con Miln
Con Miln | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | Nefrit (xəstəlik) |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Con Miln (ing. John Milne; 30 dekabr 1850, Liverpul – 31 iyul 1913, Şide[d], Cənub-Şərqi İngiltərə[d]) – Britaniya seysmoloqu. "Yaponiya seysmologiyasının atası" hesab olunur.[1] O, müasir seysmoqrafı inkişaf etdirmiş və seysmoloji stansiyaların yaradılmasını təbliğ etmişdir.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]İlk illəri
[redaktə | mənbəni redaktə et]Con Miln 1850-ci ildə Liverpul şəhərində doğulmuşdur.[1] Con Miln və Emma Tvikross cütlüyünün oğlu idi.[3] London Universitetinin Kinqs Kollecindən məzun olmuş, Kral Mədən Məktəbində geologiya və mineralogiya təhsili almışdır.[1] O, gənc yaşlarından etibarən səyahətə maraq göstərmiş, İslandiyada yerləşən Vatnayyokyudl buz təbəqəsinə təhlükəli səyahət etmişdir.[3]
Miln Almaniya və Böyük Britaniyada mədən mühəndisi işlədikdən sonra Kanadaya köçərək iki il boyunca Nyufaundlend və Labradorun təbii ehtiyatlarını araşdırmışdır.[3] Funk adasını ziyarət edərək Pinguinus impennis növündən olan pinqvinlərə aid böyük skelet kolleksiyası toplamışdır.[3] 1874-cü ildə Çarlz Tilston Bekenin başçılıq etdiyi Misir və şimal-qərbi Ərəbistan ekspedisiyasının geoloqu olmuşdur.[2]
Yaponiya
[redaktə | mənbəni redaktə et]Miln Yaponiya hökumətinin dəvəti ilə 1876-cı ildə Tokioya gəlmişdir.[3] Yaponiyaya səyahəti 11 ay davam etmiş, bütün Monqolustanı dəvə belində keçmişdir.[3] Tokio Universitetinin tərkibində geologiya, eləcə də, mədənçilik dərsləri deməyə başlamışdır.[1]
22 fevral 1880-ci ildə Yokohamada baş verən zəlzələdən sonra Yaponiya Seysmologiya Cəmiyyətini və onun "Transactions of the Seismological Society of Japan" jurnalını yaratmışdır.[1] Onun hazırladığı seysmoqraf Yaponiyadakı müşahidə postlarında istifadə olunmuşdur.[1] O, Yaponiya boyunca səyahət edərək 968 seysmoloji stansiyanın əsasını qoymuş və Yaponiyada baş verən zəlzələləri tədqiq etmişdir.[2] Yaponiyada e.ə. 265-ci ildən etibarən baş vermiş bütün zəlzələlərin kataloqunu tərtib etmişdir.[4] Yaponiyada Hakodate keşişi olan Horikava Noritsunenin qızı olan Tone Noritsune ilə evlənmişdir.[3]
Qayıdışı
[redaktə | mənbəni redaktə et]Miln 1894-cü ildə həyat yoldaşı ilə birlikdə İngiltərəyə qayıtmış və Vayt adasının Nyuport şəhəri yaxınlığında özəl seysmoloji stansiya yaratmışdır.[2] Burada yapon köməkçisi Şinobu Hirota ilə fəaliyyət göstərmişdir.[3] 1906-cı ildə seysmik dalğaların Yer kürəsi boyunca sürətini ölçmək istəsə də, uğursuz olmuşdur.[2] Britaniya Assosiasiyasının Seysmologiya Komitəsinin katibi olmuş, müşahidə stansiyaları şəbəkəsi qurmuşdur.[2] "Zəlzələlər" (1883) və "Seysmologiya" (1898) başlıca əsərləridir.[2]
Təltifləri
[redaktə | mənbəni redaktə et]Miln 1895-ci ildə Yaponiya hökuməti tərəfindən "Doğan günəş" ordeni ilə təltif olunmuşdur.[1] 1887-ci ildə London Kral Cəmiyyətinə qəbul edilmişdir.[3] 1894-cü ildə London Geologiya Cəmiyyətinin Layel medalını, 1908-ci ildə isə Kral medalını qazanmışdır.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 175. ISBN 0-87011-625-8. İstifadə tarixi: 17 noyabr 2022.
- Gillispie, Charles Coulston. Dictionary of Scientific Biography (ingiliscə). IX. Charles Scribner's Sons. 1981. səh. 406-407. ISBN 0-684-16967-3. İstifadə tarixi: 31 yanvar 2023.
- 30 dekabrda doğulanlar
- 1850-ci ildə doğulanlar
- Liverpulda doğulanlar
- 62 yaşında vəfat edənlər
- 31 iyulda vəfat edənlər
- 1913-cü ildə vəfat edənlər
- Vayt adasında vəfat edənlər
- Tokio Universitetinin müəllimləri
- London Kral Kollecinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- Əlifba sırasına görə alimlər
- Şotlandəsilli şəxslər
- Seysmoloqlar
- İngiltərə geoloqları
- Meyci hökumətinin xarici məsləhətçiləri
- Yaponiyada xarici pedaqoqlar
- İngiltərə ixtiraçıları
- Yaponiyadakı Britaniya qürbətçiləri
- "Doğan günəş" ordeni ilə təltif edilənlər