Con Fante
Con Fante | |
---|---|
John Fante | |
Doğum tarixi | |
Doğum yeri | Denver, Kolorado |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Los-Anceles, Kaliforniya |
Vəfat səbəbi | Şəkər xəstəliyi |
Vətəndaşlığı | Amerikan |
Milliyyəti | İtalyan-amerikan |
Həyat yoldaşı | Coys Smart [1] |
Atası | Nikol Fante |
Anası | Meri Kapolunqo |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, ssenarist, romançı |
Fəaliyyət illəri | 1932-ci ildən |
Əsərlərinin dili | İngilis |
İlk əsəri | Los-Anceles yolu |
Vikianbarda əlaqəli mediafayllar |
Con Fante (ing. John Fante-( 8 aprel 1909- 8 may 1983) italyan əsilli amerikan yazıçı və ssenaristdir. Onun bəlkə də ən məşhur əsəri 1938-85-ci illər arasında çap olunan dörd cildlik romanlarından üçüncüsü olan və Los-Ancelesdəki həyatından bəhs edən yarı-avtobioqrafiq “Tozdan Soruş” romanıdır.
Həyatı
[redaktə | vikimətni redaktə et]Con immiqrant qızı əslən Çikaqolu amerikan olan Meri Kapolunqo və italyan əsilli immiqrant, Nikol Fantenin övladları olaraq 1909-cu il 8 apreldə Kolorado ştatının Denver şəhərində doğulmuşdur. Fante çox çətin bir uşaqlıq dövrü keçirməsinə baxmayaraq məktəbi bitirə bilir və çox tez bir zamanda işləməyə başlayır. Yoxsulluq vəziyyəti və atası ilə səngimədən davam edən fikir ayrılıqları onu ailəsi ilə yaşadığı Bolderi tərk edib 1930-cu ildə Los-Ancelesə gəlməyə vadar edir.
Universitet həyatınındakı uğursuzluq, onu yazıçılığa doğru aparır. Bu illər ərzində ilk hekayələri çap olunur və anası ilə qardaşları da Kaliforniyaya köçürlər. O dövürlərdə Henri Luizin dəstəyi ilə həm də “The American Mercury” və “The Atlantic Monthly” dərgilərinə mütəmadi olaraq məqalələr yazır. 30 yaşlarının başlanğıcında ssenarist kimi Hollivud ilə əməkdaşlığa başlayır. Bu işi sevməməyinə baxmayarq aylıq gəlirə olan ehtiyacı bu işi gorməyinə səbəb olur. O həmçinin İtaliyada da Dino De Laurentiis üçün ssenarist kimi işləmişdir. Daha sonralar Bunker Hillə köçür. Fante orada yaşadığı kiçik otağından öz romanlarında sevgi ilə bəhs edir.
1934-cü ildə ilk romanı olan “Los-Anceles yolu”nu yazmağa başlayır və 1936-cı ildə əsəri tamamlayır. Lakin bu əsərin çapı çox gec, 1985-ci ildə mümkün olur. Bunun ardınca çox böyük nailiyyət əldə etdiyi bir digər romanı olan “Baharı gözlə, Bandini”ni yazır. Bir il aradan sonra isə ən məşhur əsərlərindən biri olan “Tozdan soruş” romanı ilə bu nailiyyəti təkrarlayır.
Müharibə illəri ərzində informasiya xidmətləri üçün çalışır və məhz bu illərdə 1937-ci ildə evləndiyi həyat yoldaşı - Coys Smartdan dörd övladı olur. Həmin illər Con Fante bədii yaradıcılıqda böhranlar yaşayır. Onun növbəti əsəri yalnız 1952-ci ildə “Həyat dolu” adı ilə çap olunur.
1978-ci ildə Fante ilə Bukovski arasında yaxınlıq yaranır. Bukovski deyirdi ki, “Fante mənim Tanrım oldu”. Bukovski Fantedən “Tozdan soruş” romanını yenidən çap etməsini istəyir. Müəyyən maneələrin ortaya çıxmasına baxmayaraq, Fantenin əsərləri “Black shadow books” nəşriyyatında yenidən çap olunurlar.
Şəkər xəstəsi olan Fantenin vəziyyəti daha pisləşməyə doğru gedirdi. Xəstəliyə görə kor olmuş və hər iki ayağı amputasiyaya məruz qalmışdı. Lakin bu dövrdə əsərlərinin yenidən çap olunması onda yeni bir yaşama istəyi yaratmışdı. Onun həyat yoldaşına deyərək qələmə aldığı son romanı olan Bunker Hill xülyaları, 1982-ci ildə çap olunur.
John Fante 8 may 1983-cü ildə Los-Ancelesdə bir xəstəxana otağında vəfat etmişdir. 1987-ci ildə ABŞın Beynəlxalq Yazıçılar Assosiasyasının (PEN) prezidenti tərəfindən mükafata layiq görülmüşdür.
1989-cu ildə onun eyni adlı əsəri əsasında “Baharı gözlə, Bandini” filmi çəkildi.
1992-ci ildə “Los-Anceles yolu” əsəri Leonardo tərəfindən İtaliyada çap olundu. 2003-cü ildə, yəni görkəmli ədibin ölümünün 20 illiyi münasibətilə italyan tənqidçi və jurnalist olan Fransesko Durante tərəfindən Fantenin romanları dörd cildlik kitablar şəklində çap olundu. Bu kitablarda həmçinin ədibin müxtəlif dövrlərdə qələmə aldığı hekayələri və məktubları da yer aldı. 2006-cı ildə eyni adlı roman əsasında çəkilən ”Tozdan soruş” filmi tamaşaçılara təqdim olundu. 8 aprel 2010-cu ildə ədibin doğumunun 101 illiyi ilə bağlı Los-Ancelesdə tədbir keçirilmişdir.
Əsərləri
[redaktə | vikimətni redaktə et]Romanları
[redaktə | vikimətni redaktə et]•Los-Anceles yolu. (1933)
•Baharı gözlə, Bandini. (1938)
•Tozdan soruş. (1939)
•Həyat dolu. (1952)
•Üzümün qardaşlığı. (1977)
•Bunker Hill xülyaları. (1982)
•Qorxunc bir il. (1985)
Hekayələri
[redaktə | vikimətni redaktə et]•Dago Red. (1940)
•Atamın Tanrısı. (1985)
•Dino Rossi üçün həyat yoldaşı. (1985)
•Qərbi Roma. (1986)
•Böyük aclıq. (2000)
Məktubları
[redaktə | vikimətni redaktə et]•Əzizim, burada hərşey məni dəli edir. Avropdan məktublar. (1957-60)
•Suyun sahilində və yuxuda. Menkenə məktublar. (1930-52)
Filmləri
[redaktə | vikimətni redaktə et]Ssenariləri
[redaktə | vikimətni redaktə et]•Məni öldürməyin-1940
•Mənim adamım- 1952
•Həyat dolu -1956
•Yalnız böyük bir məhəbbət
•Poggoreal kralı -1961
•Qadın monastrının salnamələri -1962
•Mənim altı sevgilim -1963
•Kapitan Sançez -1963-64
•Maya -1966
- ↑ "Arxivlənmiş surət". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)