Siyənəkkimilər
(Clupeiformes səhifəsindən yönləndirilmişdir)
Siyənəkkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Koqorta: Dəstəüstü: Dəstə: Siyənəkkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Siyənəkkimilər (lat. Clupeiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. 300-ə yaxın növü var. Sümüklü balıqlara aiddirlər. Bədəni gümüşü, uzunsov, yanlardan sıxılmışdır. Üzgəclərində tikanlı şüalar yoxdur. Bir bel üzgəci vardır. Qarın üzgəcləri 6-8 şüalıdır. Yan xətti yoxdur. Qəlsəmə qapağındakı seysmosensor kanalları yaxşı inkişaf etmişdir. Dəstəyə - siyənəkkimilər, ancouskimilər və dorabkimilər fəsilələrinə aid olan 70 cins və 300 növ daxildir. Xəzərdə və Azərbaycanın ərazi sularında ilk fəsilənin nümayəndələri yaşayır.[3]
Təsnifatı
[redaktə | vikimətni redaktə et]- Denticipitidae fəsiləsi
- Ançouslar (Engraulidae) fəsiləsi
- Pristigasteridae fəsiləsi
- Kilqarınlar (Chirocentridae) fəsiləsi
- Siyənəklər (Clupeidae) fəsiləsi
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ H.S.Abbasov, R.V.Hacıyev İxtiologiya,Bakı 2007, s.167